Пейзаж гор в городе Гусар - Sputnik Azərbaycan, 1920
BÖLGƏ
Azərbaycanla qonşu ölkələrdə və ərazilərdə baş verən hadisələr

Mirzoyan İrəvanın Bakıya təkliflərini açıqladı

© AP Photo / Bebeto MatthewsMirzoyan
Mirzoyan - Sputnik Azərbaycan, 1920, 18.10.2024
Abunə olmaq
Ermənistan XİN rəhbəri deyib ki, Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun istifadəyə verilməsi Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsini aktivləşdirəcək.
BAKI, 18 oktyabr — Sputnik. Ermənistan və Türkiyə hazırda işləməyən Gümrü-Qars dəmir yolu xətti boyunca sərhəd keçidi üçün texniki tələbləri birgə qiymətləndirəcək.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "3+3" formatında keçirilən görüşdə bildirib.

"Ermənistan və Türkiyə arasında körpünün vəziyyətinin birgə qiymətləndirilməsindən sonra Ermənistan tərəfinin Ermənistan-Türkiyə sərhədindəki Marqara sərhəd-keçid məntəqəsinin tikintisini və texniki modernləşdirilməsini artıq başa çatdırdığını bildirməkdən məmnunam. Türkiyə artıq Gümrü-Qars dəmir yolu ilə sərhədi keçmək üçün texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəliblər", Mirzoyan qeyd edib.

Onun sözlərinə görə, bu, Ermənistan və Türkiyə arasında birbaşa uçuşların yaradılması və hava yüklərinin daşınmasına qoyulan qadağaların qarşılıqlı olaraq aradan qaldırılması ilə bağlı artıq icra olunmuş qərarları tamamlayır.
"Ermənistan və Türkiyə arasında Gümrü-Qars dəmir yolunun istifadəyə verilməsi Ermənistan və Azərbaycan arasında dəmir yolu əlaqəsinin aktivləşdirilməsi ilə birlikdə Fars körfəzi, Qara dəniz, Xəzər və Aralıq dənizləri arasında səmərəli əlaqəni təmin edəcək", Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, bunu nəzərə alan İrəvan Bakıya hər iki ölkənin suverenliyinə və yurisdiksiyasına tam riayət etməklə dəmir yolu infrastrukturunun yenidən işə salınması, sərhəd keçidlərinin və gömrük prosedurlarının sadələşdirilməsi, eləcə də bəzi əlavə təhlükəsizlik mexanizmlərinin təmin edilməsi variantlarını təklif edib.
16.09.24, 15:29
Mirzoyan: Ermənistan Azərbaycanla tezliklə sülh sazişi imzalamağa hazırdır
Mən Ermənistanın sülh gündəliyinə qəti sadiqliyini bir daha təsdiqləmək istəyirəm. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda fransalı həmkarı Stefan Sejournet ilə birgə mətbuat konfransında deyib.
Mirzoyan bildirib ki, İrəvan sülh müqaviləsi layihəsinin yalnız tərəflərin razılaşdırdığı mətndən ibarət növbəti redaksiya variantını Bakıya təhvil verib.
Erməni nazir qeyd edib ki, Ermənistan İrəvan və Bakı arasında artıq razılaşdırılmış mətni mümkün qədər tez imzalamağa hazırdır.
"Alma-Ata Bəyannaməsinə əsaslanan iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıdığı saziş, digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycanın sərhədlərinin iki ölkə arasında mövcud olan sərhədlər olduğunu müəyyən edir", Ararat Mirzoyan vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0