https://sputnik.az/20241017/xurma-ixracindan-gelirlerimiz-artir---azerbaycan-teze-xurma-ixracinda-dunyada-ikincidir-468077698.html
Xurma ixracından gəlirlərimiz artır - Azərbaycan təzə xurma ixracında dünyada ikincidir
Xurma ixracından gəlirlərimiz artır - Azərbaycan təzə xurma ixracında dünyada ikincidir
Sputnik Azərbaycan
Ekspertlərin fikrincə, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək. Bölgədə yaş xurmanın əsasən Azərbaycanda olması... 17.10.2024, Sputnik Azərbaycan
2024-10-17T10:21+0400
2024-10-17T10:21+0400
2024-10-17T11:28+0400
xurma
iqtisadiyyat
azərbaycan
ixrac
avrasiya iqtisadi ittifaqı
aqrar sığorta
dövlət statistika komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/08/434986787_0:103:2000:1228_1920x0_80_0_0_7b0931ab4766430a63dd448611a9580a.jpg
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı özünü qeyri-neft məhsullarının ixracında da göstərir. Azərbaycanda ən çox ixrac olunan məhsullardan biri də təzə xurmadır. Bu il təzə xurma ixracında kəskin artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 28 milyon dollar dəyərində 35365 ton təzə xurma ixrac olunub.Təzə xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,3%, miqdar ifadəsində 74,5% artıb. Qeyd edək ki, Azərbaycanın ixrac etdiyi təzə xurma bahalaşıb. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın 1 ton təzə xurmasının orta ixrac qiyməti 1334 manat olub. Bu da illik müqayisədə 99 manat çox deməkdir. İxrac qiymətin artması sahibkarlarımızı daha çox məhsul ixrac etməyə təşviq edib. Çünki ixrac qiymətin bahalaşması sahibkarların gəlirlərini artırır. Ekspert: "Azərbaycanda xurma istehsalına maraq artıb" Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək:"Azərbaycanda əsasən aran rayonlarında yeni intensiv xurma bağları salınıb. Beş il bundan öncə xurma istehsalına maraq çox azalmışdı və fermerlər hətta xurma bağlarını məhv edirdilər. Son dövrlərdə isə fermerlər xurma istehsalına maraq göstərir və yeni bağlar salırlar. Xurma istehsalına marağın artması ixraca da təsir göstərir. Nəticədə xurma ixracından gəlirlər artır. Son illər xurma qurusunun ixracı da xeyli artıb". Ekspert qeyd edib ki, bölgədə yaş xurmanın əsasən Azərbaycanda olması ölkəmizin xurma ixracında üstünlüyüdür:"Yəni məhsul sadəcə bizdədir, lakin xurmanın saxlanması çox xərc tələb edir. Bazarda sabitlik bir az pozulan kimi artıq xurma satışında problem yaranır. Başqa sözlə, hazır məhsul bağdan çıxıb birbaşa ixraca getsə, problem olmur və gəlir gətirir. Amma bu məhsul soyuducuda saxlansa, sərf etmir. Məsələn, almanı evdə azı 10-15 gün saxlamaq mümkündür, amma xurma tez xarab olur, belə saxlamaq olmur". Ekspert onu da əlavə edib ki, Azərbaycanın yaş xurma ixracında əsas bazarı Rusiyadır. "Azərbaycan Avropaya xurma ixracını artıra bilər" "Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov bildirib ki, Azərbaycanın Avropa İttifaqı ölkələrinə xurma ixracı arta bilər:"Artıq Azərbaycan xurması Macarıstan, Polşa, Çexiya və Estoniya kimi ölkələrə az da olsa ixrac edilib. Tədricən ixracın miqdarı artacaq, məhsulumuz həmin bazarlarda özünə yer tutacaq. Biz eyni zamanda Moldova, Belarus, Qazaxıstana və Birləşmiş Ərəb Əmirliklərinə də xurma ixrac edirik". "Azərbaycan təzə xurma ixracına görə dünyada ikinci yerdədir" "Azexport.az" elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov "Azərbaycan iqtisadiyyatı" teleqram kanalına deyib ki, 2023-cü ildə Azərbaycan İspaniyadan sonra dünyanın ikinci ən böyük təzə xurma ixracatçısı olub:"Ötən il Azərbaycandan 127 milyon dollar dəyərində təzə xurma ixrac olunub və ölkəmizin xurma üzrə dünya bazarında ixracat payı 23,09 faiz təşkil edib". Azərbaycanın təzə xurma ixracının 91%-i AİB ölkələrinin payına düşüb Qeyd edək ki, Azərbaycandan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinə təzə xurma ixracı kəskin artıb. Bu ilin 8 ayında Azərbaycanın cəmi təzə xurma ixracının 91%-i AİB ölkələrinin payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan Rusiyaya 25 milyon dollar, Qazaxıstana 368 min dollar, Belarusa 273 min dollar dəyərində təzə xurma ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından ölkəmizdən təzə xurma ixracı Rusiyaya 75%, Qazaxıstana 524%, Belarusa 123% artıb. Azərbaycan xurmasının əsas ixrac bazarı Rusiya olub. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycan 127,2 milyon dollar dəyərində 165 min ton təzə xurma ixrac edib ki, bu da 2022-ci illə müqayisədə dəyər ifadəsində 39%, miqdar ifadəsində 11,7% çoxdur. Xurmanın əsas ixrac bazarı Rusiya olub. Belə ki, 2023-cü ildə Azərbaycanın cəmi təzə xurma ixracının 89%-i Rusiyanın payına düşüb. Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13132 hektar xurma bağı var. Xurma bağları Azərbaycanın bütün regionlarında yaradılıb. Ölkədə ən çox xurma bağları Göyçay, Şəmkir və Ağdaşdadır. Xurma bağlarını sığortalamaq mümkündür Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır. Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən sığorta edir. Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir. Məsələn, Göyçay rayonunda yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun sığota haqqı illik 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə, fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər. İntensiv xurma bağlarının salınmasına görə subsidiya veriləcək Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şəki-Zaqatala, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında sahəsi azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv xurma (xirnik) bağlarının hər hektarına görə 3000 manat əkin subsidiyası veriləcək. 2025-ci ildən xurma (xirnik) tinglərinin istehsalı və satışına görə də toxum subsidiyası veriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240805/azerbaycanin-ab-olkelerine-xurma-ixraci-keskin-artib-466436730.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/08/434986787_114:0:1887:1330_1920x0_80_0_0_82af7506cb0aa71f1634e0e5458ab012.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xurma, azərbaycan, ixrac, avrasiya iqtisadi ittifaqı, aqrar sığorta, dövlət statistika komitəsi
xurma, azərbaycan, ixrac, avrasiya iqtisadi ittifaqı, aqrar sığorta, dövlət statistika komitəsi
Xurma ixracından gəlirlərimiz artır - Azərbaycan təzə xurma ixracında dünyada ikincidir
10:21 17.10.2024 (Yenilənib: 11:28 17.10.2024) Ekspertlərin fikrincə, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək. Bölgədə yaş xurmanın əsasən Azərbaycanda olması ölkəmizin xurma ixracında üstünlüyüdür.
BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı özünü qeyri-neft məhsullarının ixracında da göstərir. Azərbaycanda ən çox ixrac olunan məhsullardan biri də təzə xurmadır. Bu il təzə xurma ixracında kəskin artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 28 milyon dollar dəyərində 35365 ton təzə xurma ixrac olunub.
Təzə xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,3%, miqdar ifadəsində 74,5% artıb.
Qeyd edək ki, Azərbaycanın ixrac etdiyi təzə xurma bahalaşıb. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın 1 ton təzə xurmasının orta ixrac qiyməti 1334 manat olub. Bu da illik müqayisədə 99 manat çox deməkdir. İxrac qiymətin artması sahibkarlarımızı daha çox məhsul ixrac etməyə təşviq edib. Çünki ixrac qiymətin bahalaşması sahibkarların gəlirlərini artırır.
Ekspert: "Azərbaycanda xurma istehsalına maraq artıb"
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək:
"Azərbaycanda əsasən aran rayonlarında yeni intensiv xurma bağları salınıb. Beş il bundan öncə xurma istehsalına maraq çox azalmışdı və fermerlər hətta xurma bağlarını məhv edirdilər. Son dövrlərdə isə fermerlər xurma istehsalına maraq göstərir və yeni bağlar salırlar. Xurma istehsalına marağın artması ixraca da təsir göstərir. Nəticədə xurma ixracından gəlirlər artır. Son illər xurma qurusunun ixracı da xeyli artıb".
Ekspert qeyd edib ki, bölgədə yaş xurmanın əsasən Azərbaycanda olması ölkəmizin xurma ixracında üstünlüyüdür:
"Yəni məhsul sadəcə bizdədir, lakin xurmanın saxlanması çox xərc tələb edir. Bazarda sabitlik bir az pozulan kimi artıq xurma satışında problem yaranır. Başqa sözlə, hazır məhsul bağdan çıxıb birbaşa ixraca getsə, problem olmur və gəlir gətirir. Amma bu məhsul soyuducuda saxlansa, sərf etmir. Məsələn, almanı evdə azı 10-15 gün saxlamaq mümkündür, amma xurma tez xarab olur, belə saxlamaq olmur". Ekspert onu da əlavə edib ki, Azərbaycanın yaş xurma ixracında əsas bazarı Rusiyadır.
"Azərbaycan Avropaya xurma ixracını artıra bilər"
"Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov bildirib ki, Azərbaycanın Avropa İttifaqı ölkələrinə xurma ixracı arta bilər:
"Artıq Azərbaycan xurması Macarıstan, Polşa, Çexiya və Estoniya kimi ölkələrə az da olsa ixrac edilib. Tədricən ixracın miqdarı artacaq, məhsulumuz həmin bazarlarda özünə yer tutacaq. Biz eyni zamanda Moldova, Belarus, Qazaxıstana və Birləşmiş Ərəb Əmirliklərinə də xurma ixrac edirik".
"Azərbaycan təzə xurma ixracına görə dünyada ikinci yerdədir"
"Azexport.az" elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov "Azərbaycan iqtisadiyyatı" teleqram kanalına deyib ki, 2023-cü ildə Azərbaycan İspaniyadan sonra dünyanın ikinci ən böyük təzə xurma ixracatçısı olub:
"Ötən il Azərbaycandan 127 milyon dollar dəyərində təzə xurma ixrac olunub və ölkəmizin xurma üzrə dünya bazarında ixracat payı 23,09 faiz təşkil edib".
Azərbaycanın təzə xurma ixracının 91%-i AİB ölkələrinin payına düşüb
Qeyd edək ki, Azərbaycandan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinə təzə xurma ixracı kəskin artıb. Bu ilin 8 ayında Azərbaycanın cəmi təzə xurma ixracının 91%-i AİB ölkələrinin payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycandan Rusiyaya 25 milyon dollar, Qazaxıstana 368 min dollar, Belarusa 273 min dollar dəyərində təzə xurma ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından ölkəmizdən təzə xurma ixracı Rusiyaya 75%, Qazaxıstana 524%, Belarusa 123% artıb. Azərbaycan xurmasının əsas ixrac bazarı Rusiya olub.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycan 127,2 milyon dollar dəyərində 165 min ton təzə xurma ixrac edib ki, bu da 2022-ci illə müqayisədə dəyər ifadəsində 39%, miqdar ifadəsində 11,7% çoxdur. Xurmanın əsas ixrac bazarı Rusiya olub. Belə ki, 2023-cü ildə Azərbaycanın cəmi təzə xurma ixracının 89%-i Rusiyanın payına düşüb.
Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13132 hektar xurma bağı var. Xurma bağları Azərbaycanın bütün regionlarında yaradılıb. Ölkədə ən çox xurma bağları Göyçay, Şəmkir və Ağdaşdadır.
Xurma bağlarını sığortalamaq mümkündür
Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır. Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən sığorta edir. Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir. Məsələn, Göyçay rayonunda yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun sığota haqqı illik 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə, fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər.
İntensiv xurma bağlarının salınmasına görə subsidiya veriləcək
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şəki-Zaqatala, Mərkəzi Aran, Gəncə-Daşkəsən, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında sahəsi azı 2 hektar olan və 1 hektara minimum 650 ədəd sertifikatlı tingin əkildiyi intensiv xurma (xirnik) bağlarının hər hektarına görə 3000 manat əkin subsidiyası veriləcək. 2025-ci ildən xurma (xirnik) tinglərinin istehsalı və satışına görə də toxum subsidiyası veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.