Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın AİB ölkələrinə xurma ixracı kəskin artıb

© Sputnik / Murad OrujovKaralyok meyvəsi
Karalyok meyvəsi - Sputnik Azərbaycan, 1920, 05.08.2024
Abunə olmaq
Ekspertlərin fikrincə, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək. Nəticədə xurma ixracından gəlirlər artır.
BAKI, 5 avqust — Sputnik. Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə təzə xurma ixracı kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-may aylarında Azərbaycan:
-Rusiyaya 31020 ton,
-Qazaxıstana 568 ton,
-Belarusa 195 ton təzə xurma ixrac edib.
Hesabat dövründə bu ölkələrə təzə xurma ixracında kəskin artım müşahidə edilir. Belə ki, təzə xurma ixracı illik müqayisədə Rusiyaya 1,6 dəfə, Qazaxıstana 5 dəfə, Belarusa 2,6 dəfə artıb.
Xurma əsasən Rusiyaya göndərilib
Qeyd edək ki, xurmaya tələbatın olması Aİİ ölkələrinə ixracı artırıb. Azərbaycan xurmasının əsas ixrac bazarı Rusiya olub. Belə ki, bu ilin ilk 5 ayında Azərbaycanın ümumi təzə xurma ixracının 87,7%-i Rusiyanın payına düşüb. Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə və digər ölkələrə də xurma ixrac edilib.
Ekspertlərin fikrincə, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək. Son dövrlərdə fermerlər xurma istehsalına maraq göstərir və yeni bağlar salırlar. Xurma istehsalına marağın artması ixraca da təsir göstərir. Nəticədə xurma ixracından gəlirlər artır.
Ölkədə xurma istehsalı artıb
Xurma meyvələrindən həm təzə həm qurudulmuş həm də emal olunmuş halda istifadə edilir. Xurma meyvələrindən müxtəlif cemlər, mürəbbə, spirtli içkilər və s. hazırlanır.
2023-cü ildə ölkədə xurma istehsalı 2019-cu ilə nisbətən 5,6%, 2022-ci ilə nisbətən isə 1,5% artaraq 187,1 min ton olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xurma məhsulu, arxiv - Sputnik Azərbaycan, 1920, 19.04.2024
İQTİSADİYYAT
Azərbaycanın təzə xurma ixracı kəskin artıb - Əsasən Rusiyaya göndərilib
Xəbər lenti
0