SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin "binokl missiyası" tənqidi: Aİ Cənubi Qafqazda nə görmək istəyir?

© Sputnik / Murad OrujovAzərbaycan sərhədçiləri, arxiv
Azərbaycan sərhədçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Abunə olmaq
Millət vəkili bildirir ki, Aİ missiyası ortaya çıxarkən mülki missiya idi, zamanla isə o, hərbi xarakter almağa başlayıb.
BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası "Avropa müşahidəçilər missiyasının" müddətinin Azərbaycanın razılığı olmadan, məsləhətləşmədən uzadılmasıdır. Dövlət başçısı qeyd edib ki, missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar olub.
Qeyd edək ki, son olaraq Danimarkanın Milli Polis Departamentinin əməkdaşlarından ibarət qrup da sərhədboyu ərazidə patrul fəaliyyətinə cəlb olunub. İrəvan Avropa İttifaqı (Aİ) missiyasının bölgədə mövcudluğundan məmnundur və onun uzadılmasını təşviq edir. Aİ isə bölgədəki strateji maraqları naminə bu missiyanın davam etdirilməsi üçün səylərini və missiyanın vəzifələrini genişləndirir.
Prezidentin Aİ missiyası ilə bağlı kəskin fikirləri həm də Azərbaycanla Qərb münasibətlərindəki gərginliyin növbəti təzahürü kimi qəbul edilə bilər.
Millət vəkili Elman Nəsirov bildirir ki, Aİ missiyası ortaya çıxarkən mülki missiya idi, zamanla isə o, hərbi xarakter almağa başladı. Onun sözlərinə görə, bu missiyanı NATO missiyası da adlandırmaq olar.

"Bu gün regionda kommunikasiyaların açılması ilə bağlı Ermənistan tərəfi müxtəlif təkliflərlə çıxış edir. Artıq ABŞ-ın Zəngəzur dəhlizində məhdud hərbi kontingenti var. Onlar da Ermənistan hərbçiləri ilə birgə hərbi təlimlər üçün gəlmişdilər, ancaq bir hissəsi hələ də bölgədə qalmaqdadır. Ona görə də Azərbaycanın dövlət başçısı bölgədə bu mövcudluğu binokl diplomatiyası adlandırdı".

© Sputnik / Murad OrujovMillət vəkili Elman Nəsirov
Millət vəkili Elman Nəsirov - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Millət vəkili Elman Nəsirov
Deputatın fikrincə, Aİ misisyasının mövcudluğu bölgədə sülh prosesinin irəliləyişinə mane olacaq faktordur.
"Azərbaycan həmişə bu məsələ ilə bağlı həmişə açıq şəkildə danışıb. ATƏT-in fakt araşdırıcı missiyası da vaxtilə Qarabağa gəlmişdi. Bu gün bizim gördüyümüz dağıntıları, xarabalıqları görsələr də Ermənistan qarşı hər hansı addım atmamışdılar. Bu baxımdan mövcud Aİ missiyasının da bölgədə nəyisə dəyişdirmək, sülhü təmin etmək iqtidarında olduğunu düşünmürəm. Onlar bunun tam əksi olan fəaliyyətlə məşğuldurlar", - millət vəkili qeyd edib.
Elman Nəsirov onu da vurğulayıb ki, Aİ missiyası Ermənistanda revanşizmi şirnikləndirmək məqsədlərinə xidmət edir:
"Bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına vasitəçilik etmək niyyətinə düşən bu missiya əslində prosesə maneçilik törətməklə məşğuldur. Avropa İttifaqı Ermənistanın bölgədəki pozucu fəaliyyətini dəstəkləyir".
Politoloq Samir Hümbətov bildirib ki, Aİ-nin Azərbaycana qarşı atdığı addımlar dövlət maraqlarımıza ziddir:

"Eyni zamanda bu addımlar Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının dağılmasına hesablanıb. İndiki halda Avropa İttifaqı və ümumilikdə kollektiv Qərbin addımları regionu uzunmüddətli münaqişəyə sürükləməyə xidmət edir. Bura Ermənistanın silahlandırılması və Aİ-nin mülki missiya adı altında keçmiş hərbçilərinin şərti dövlət sərhədinə gətirilməsi daxildir".

© Photo : From the personal archive of Samir HumbatovPolitoloq Samir Hümbətov
Samir Hümbətov - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Politoloq Samir Hümbətov
Politoloq qeyd edib ki, Azərbaycan prezidenti bu missiyanın nə ilə məğul olduğunu çox gözəl bilir:

"Ona görə də Azərbaycan lideri son çıxışlarında missiyanın mövcduluğunu, fəaliyyətini kəskin tənqid etdi. Aİ missiyasının bu cür davranışları Azərbaycan üçün məqbul hesab edilmir. Bu baxımdan prezidentin Aİ missiyasının tənqid etməsi, həm də Azərbaycan xalqının maraqlarından irəli gəlir".

Xatırladaq ki, Azərbaycan XİN də bildirmişdi ki, Aİ tərəfi Ermənistan tərəfindən sərhədyanı bölgələrdə "Avropa İttifaqı Missiyası himayəsi" altında yerləşdirilmiş muzdluların Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdid olduğunu bilməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Aİ-nin missiyası - Sputnik Azərbaycan, 1920, 10.10.2024
TƏHLİL
Aİ missiyasının fəaliyyəti Azərbaycanı niyə narahat edir?
Xəbər lenti
0