https://sputnik.az/20241010/a-missiyasinin-fealiyyeti-azerbaycani-niye-narahat-edir-467995654.html
Aİ missiyasının fəaliyyəti Azərbaycanı niyə narahat edir?
Aİ missiyasının fəaliyyəti Azərbaycanı niyə narahat edir?
Sputnik Azərbaycan
Ehtiyatda olan polkovnik bildirir ki, Ermənitanın hərbi-siyasi rəhbərliyi Aİ missiyasının mövcudluğundan faydalanmağa çalışır. 10.10.2024, Sputnik Azərbaycan
2024-10-10T17:56+0400
2024-10-10T17:56+0400
2024-10-10T17:56+0400
ai
təhlil
hikmət hacıyev
prezident ilham əliyev
mixail qaluzin
tofiq zülfüqarov
nato
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0f/457725857_0:0:923:520_1920x0_80_0_0_7cd617e2f146e1dfbeed361c1af80ffc.jpg
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev NATO generalı ilə görüşdə bildirib ki, şərti sərhədin Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsi Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olur. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan mediasında dövlət sərhədi yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Azərbaycan tərəfi Aİ "müşahidəçilərinin" erməni hərbçilərlə birgə sərhəd "reydlərini" Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirir. Bəs Aİ missiyası bölgədə hərbi toqquşmaya zəmin yarada bilərmi? Mövzu ilə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov və Hava Hücumundan Müdafiə sahəsi üzrə mütəxəssis, ehtiyatda olan polkovnik Ramiz Şərifov Sputnik Azərbaycan-a şərh ediblər. Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyir ki, Azərbaycna lap əvvəldən bu missiyyanın mövcudluğuna etiraz etmişdi: "Avropa qurumları məcbur qalıb onu sadəcə Ermənistan ərazisində yerləşdirməli oldular. Missiya hazırda öz məqsəd və vəzifələrindən uzaq işlər icra edir. Çünki bu missiyanın fəaliyəti üçün sərhəd mövcud deyil. İndiki fəaliyyətləri isə Ermənistanın təxribatlarına haqq qazandırmağa xidmət edir. Hesab edirəm ki, bu missiyanın mövcudluğu gərginliyi artıran faktordur". Keçmiş xarici işlər naziri qeyd edir ki, Aİ missiyasının kəşfiyyat fəaliyyəti ilə bağlı iddialar mövcuddur: "Bu iddiaların nə qədər real olmasını mən deyə bilmərəm. Amma Fransanın bu missiyanın yaranmasında fəal rolu olub. Fransa Prezidenti Emmanuel Makron daxili siyasi maraqlarına uyğun olaraq Ermənistan mövzusunu başlayıb. Azərbaycan üçün bu missiya təhlükəsizliyə deyil, risklərin yaranmasına gətirib çıxara bilər. Çünki Ermənistan hərbçiləri sərhəddə Azərbaycan hərbçilərini təxribata çəkmək üçün cəhdlər edə bilər. Bu baxımdan missiya Azərbaycana lazım deyil". Ehtiyatda olan polkovnik Ramiz Şərifov isə bildirir ki, Ermənitanın hərbi-siyasi rəhbərliyi Aİ missiyasının mövcudluğundan faydalanmağa çalışır: "Onların sülh sazişi ilə bağlı müzakirələrdə tutduqları mövqe də Aİ missiyasının mövcudluğunun nəticəsidir. Ermənistan sürətlə silahlanır və sülh istəyir. Belə bir zziddiyyətli şəraitdə Azərbaycan Ermənistanın sülh arzularına etimad göstərmir. Eyni zamanda Aİ missiyasının hazırkı şəraitdə real vəziyyəti qiymətləndirmək niyyəti, ona təsir göstərmək üçün marağı yoxdur. Aİ-nin tərkibində Fransa nümayəndələrinin olması şərti sərhddə təxribatın baş verməsinə zəmin yaratmış olur. Çünki həm Ermənistanı silahlandırıb, həm də sabitlik üçün çalışmaq bir-birinə zidd fəaliyyətlərdir". Ehtiyatda olan polkovnikin sözlərinə görə, sülh müqaviləsinin imzalanmadığı şəraitdə istənilən hərbi toqquşmanın baş verməsi realdır. Bölgədə Aİ missiyasının mövcudluğundan asılı olmayaraq Azərbaycan istənilən təxribata cavab verəcək. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. H.Hacıyev vurğulayıb ki, hazırda tərəflər arasında (Ermənistan ilə Azərbaycan) reqlament razılaşdırılıb: "Razılaşmaya uyğun olaraq zəmin və çərçivə yaradılır ki, delimitasiya prosesi aparılsın. Qarşılıqlı anlaşma şəraitində proses bundan sonra da ikitərəfli əsasda davam edəcək. Sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır". Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin isə bir müddət əvvəl bildirmişdi ki, Avropa İttifaqının (Aİ) monitorinq missiyası Ermənistanda Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/0f/457725857_0:0:923:692_1920x0_80_0_0_68bc6b28ccecbdfeb9a0916114bfc9c5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, hikmət hacıyev, prezident ilham əliyev, mixail qaluzin, tofiq zülfüqarov, nato
ai, hikmət hacıyev, prezident ilham əliyev, mixail qaluzin, tofiq zülfüqarov, nato
Aİ missiyasının fəaliyyəti Azərbaycanı niyə narahat edir?
Ehtiyatda olan polkovnik bildirir ki, Ermənitanın hərbi-siyasi rəhbərliyi Aİ missiyasının mövcudluğundan faydalanmağa çalışır.
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev NATO generalı ilə görüşdə bildirib ki, şərti sərhədin Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsi Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olur.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan mediasında dövlət sərhədi yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Azərbaycan tərəfi Aİ "müşahidəçilərinin" erməni hərbçilərlə birgə sərhəd "reydlərini" Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirir.
Bəs Aİ missiyası bölgədə hərbi toqquşmaya zəmin yarada bilərmi?
Mövzu ilə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov və Hava Hücumundan Müdafiə sahəsi üzrə mütəxəssis, ehtiyatda olan polkovnik Ramiz Şərifov Sputnik Azərbaycan-a şərh ediblər.
Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyir ki, Azərbaycna lap əvvəldən bu missiyyanın mövcudluğuna etiraz etmişdi:
"Avropa qurumları məcbur qalıb onu sadəcə Ermənistan ərazisində yerləşdirməli oldular. Missiya hazırda öz məqsəd və vəzifələrindən uzaq işlər icra edir. Çünki bu missiyanın fəaliyəti üçün sərhəd mövcud deyil. İndiki fəaliyyətləri isə Ermənistanın təxribatlarına haqq qazandırmağa xidmət edir. Hesab edirəm ki, bu missiyanın mövcudluğu gərginliyi artıran faktordur".
Keçmiş xarici işlər naziri qeyd edir ki, Aİ missiyasının kəşfiyyat fəaliyyəti ilə bağlı iddialar mövcuddur:
"Bu iddiaların nə qədər real olmasını mən deyə bilmərəm. Amma Fransanın bu missiyanın yaranmasında fəal rolu olub. Fransa Prezidenti Emmanuel Makron daxili siyasi maraqlarına uyğun olaraq Ermənistan mövzusunu başlayıb. Azərbaycan üçün bu missiya təhlükəsizliyə deyil, risklərin yaranmasına gətirib çıxara bilər. Çünki Ermənistan hərbçiləri sərhəddə Azərbaycan hərbçilərini təxribata çəkmək üçün cəhdlər edə bilər. Bu baxımdan missiya Azərbaycana lazım deyil".
Ehtiyatda olan polkovnik Ramiz Şərifov isə bildirir ki, Ermənitanın hərbi-siyasi rəhbərliyi Aİ missiyasının mövcudluğundan faydalanmağa çalışır:
"Onların sülh sazişi ilə bağlı müzakirələrdə tutduqları mövqe də Aİ missiyasının mövcudluğunun nəticəsidir. Ermənistan sürətlə silahlanır və sülh istəyir. Belə bir zziddiyyətli şəraitdə Azərbaycan Ermənistanın sülh arzularına etimad göstərmir. Eyni zamanda Aİ missiyasının hazırkı şəraitdə real vəziyyəti qiymətləndirmək niyyəti, ona təsir göstərmək üçün marağı yoxdur. Aİ-nin tərkibində Fransa nümayəndələrinin olması şərti sərhddə təxribatın baş verməsinə zəmin yaratmış olur. Çünki həm Ermənistanı silahlandırıb, həm də sabitlik üçün çalışmaq bir-birinə zidd fəaliyyətlərdir".
Ehtiyatda olan polkovnikin sözlərinə görə, sülh müqaviləsinin imzalanmadığı şəraitdə istənilən hərbi toqquşmanın baş verməsi realdır. Bölgədə Aİ missiyasının mövcudluğundan asılı olmayaraq Azərbaycan istənilən təxribata cavab verəcək.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, artıq Avropa İttifaqının sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur. H.Hacıyev vurğulayıb ki, hazırda tərəflər arasında (Ermənistan ilə Azərbaycan) reqlament razılaşdırılıb: "Razılaşmaya uyğun olaraq zəmin və çərçivə yaradılır ki, delimitasiya prosesi aparılsın. Qarşılıqlı anlaşma şəraitində proses bundan sonra da ikitərəfli əsasda davam edəcək. Sərhədlərin delimitasiya prosesi sırf ikitərəfli xarakter daşıyır".
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin isə bir müddət əvvəl bildirmişdi ki, Avropa İttifaqının (Aİ) monitorinq missiyası Ermənistanda Rusiya, İran və Azərbaycana qarşı kəşfiyyat məlumatları toplayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin