Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Fernandu Santuş: "Estoniya ağıllı komandadır"

© Photo : AFFAFernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub
Fernandu Santuş Qəbələ şəhər stadionu ilə tanış olub - Sputnik Azərbaycan, 1920, 11.10.2024
Abunə olmaq
Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək.
BAKI, 11 oktyabr - Sputnik. Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərinə qururdu.
"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Estoniya yığmasına qarşı UEFA Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis 1:3 hesablı məğubiyyəti şərh edib:
"Komandamız görüşə çox yaxşı başlamışdı. 35-ci dəqiqəyə qədər kompakt oyun sərgiləyirdik. Rəqib komanda qapımız qarşısında qol şansı əldə edə bilmirdi. Lakin futbol belə bir oyundur. İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı. Özümüzü toparlayıb, bərabərlik qolunu vurduq. Təəssüf ki, bərabərliyi qoruyub saxlaya bilmədik. Estoniya ağıllı komandadır, oyunu əks-hücumlar üzərinə qururdu. Əgər topu rəqib qapısından keçirə bilmirsənsə, qarşı tərəf bundan faydalanacaq".
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək
Xəbər lenti
0