https://sputnik.az/20241007/neft-fondunun-azeri-ciraq-gunesli-ve-sahdeniz-yataqlarindan-gelirleri-azalib-467918108.html
Neft Fondunun "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından gəlirləri azalıb
Neft Fondunun "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından gəlirləri azalıb
Sputnik Azərbaycan
AÇG yatağından cari ilin əvvəlindən oktyabrın 1-i tarixinə 4 milyard 603,7 milyon dollar gəlir əldə olunub. Ötən ilin müvafiq dövründə AÇG yatağından 5 milyard... 07.10.2024, Sputnik Azərbaycan
2024-10-07T16:25+0400
2024-10-07T16:25+0400
2024-10-07T16:25+0400
neft
neft-qaz
gəlir
azərbaycan respublikası dövlət neft fondu
dövlət neft fondu
dövlət neft fondu
azəri-çıraq-günəşli yataqlar bloku
azəri-çıraq-günəşli
şahdəniz
şahdəniz” yatağı
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129539_0:160:3072:1888_1920x0_80_0_0_0350db083ea694cfdeafb1f70020e27a.jpg
BAKI, 7 oktyabr — Sputnik. Dövlət Neft Fondunun (ARDNF) cari ilin doqquz ayı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataq bloku üzrə gəlirləri 630,3 milyon dollar və ya 12 faiz azalıb. Sputnik Azərbaycan Dövlət Neft Fonduna istinadla xəbər verir ki, AÇG yatağından cari ilin əvvəlindən oktyabrın 1-i tarixinə 4 milyard 603,7 milyon dollar gəlir əldə olunub. Ötən ilin müvafiq dövründə AÇG yatağından 5 milyard 234 milyon dollar gəlir əldə edilmişdi. Şahdəniz yatağından (qaz və kondensat) gəlirlər isə 2023-cü ildəki 1 milyard 183 milyon dollar ilə müqayisədə bu il 364,4 milyon dollar təşkil edib. Bu da illik müqayisədə 69,1 faiz azalmadır. Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. AÇG-də "BP" şirkəti (30,37 faiz), Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR (25 faiz) pay sahibidir. "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı sazişin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb. "Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı, bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik". Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında səsləndirib. "Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılıb və onlardan tələb edilib ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranıb ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq", dövlətimizin başçısı əlavə edib.
https://sputnik.az/20240929/yeni-kohne-yataqlar-bu-layiheler-azerbaycana-neft-ve-qaz-ixracini-artirmaga-imkan-verecek-467600501.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/04/465129539_171:0:2902:2048_1920x0_80_0_0_1d2d0de5d7dcae708aed213b9dad756d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, gəlir, azərbaycan respublikası dövlət neft fondu, dövlət neft fondu, dövlət neft fondu, azəri-çıraq-günəşli yataqlar bloku, azəri-çıraq-günəşli, şahdəniz, şahdəniz” yatağı
neft, gəlir, azərbaycan respublikası dövlət neft fondu, dövlət neft fondu, dövlət neft fondu, azəri-çıraq-günəşli yataqlar bloku, azəri-çıraq-günəşli, şahdəniz, şahdəniz” yatağı
Neft Fondunun "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından gəlirləri azalıb
AÇG yatağından cari ilin əvvəlindən oktyabrın 1-i tarixinə 4 milyard 603,7 milyon dollar gəlir əldə olunub. Ötən ilin müvafiq dövründə AÇG yatağından 5 milyard 234 milyon dollar gəlir əldə edilmişdi.
BAKI, 7 oktyabr — Sputnik. Dövlət Neft Fondunun (ARDNF) cari ilin doqquz ayı ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataq bloku üzrə gəlirləri 630,3 milyon dollar və ya 12 faiz azalıb.
Sputnik Azərbaycan Dövlət Neft Fonduna istinadla xəbər verir ki, AÇG yatağından cari ilin əvvəlindən oktyabrın 1-i tarixinə 4 milyard 603,7 milyon dollar gəlir əldə olunub. Ötən ilin müvafiq dövründə AÇG yatağından 5 milyard 234 milyon dollar gəlir əldə edilmişdi.
Şahdəniz yatağından (qaz və kondensat) gəlirlər isə 2023-cü ildəki 1 milyard 183 milyon dollar ilə müqayisədə bu il 364,4 milyon dollar təşkil edib. Bu da illik müqayisədə 69,1 faiz azalmadır.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. AÇG-də "BP" şirkəti (30,37 faiz), Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR (25 faiz) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. 2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı sazişin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
"Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı, bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik". Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında səsləndirib.
"Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılıb və onlardan tələb edilib ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranıb ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq", dövlətimizin başçısı əlavə edib.