https://sputnik.az/20241005/agdamda-tikilen-maret-stadionunda-beynelxalq-yarislar-kecirilecek---nazir-467893243.html
Ağdamda tikilən “İmarət” stadionunda beynəlxalq yarışlar keçiriləcək - Nazir
Ağdamda tikilən “İmarət” stadionunda beynəlxalq yarışlar keçiriləcək - Nazir
Sputnik Azərbaycan
Gənclər və idman naziri Fərid Qayıbov deyib ki, “İmarət” stadionunun istifadəyə verilməsi bölgədə beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait... 05.10.2024, Sputnik Azərbaycan
2024-10-05T12:10+0400
2024-10-05T12:10+0400
2024-10-05T11:58+0400
idman
fərid qayıbov
gənclər və idman nazirliyi
"formula 1" üzrə qran-pri
formula-1 azərbaycan qran prisi
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467514408_0:111:1772:1108_1920x0_80_0_0_6f7657e45870e2b3e79d850b8462ee76.jpg
BAKI, 5 oktyabr - Sputnik. Dövlətimizin başçısı cənab İlham Əliyev sentyabrda Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu. Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də yerli və beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq.Bunu Gənclər və idman naziri Fərid Qayıbov sentyabr ayında həm gənclər, həm də idman sahəsindəki baş verən yeniliklər barədə danışarkən deyib.O, ötən ayın infrastrukturun inkişafı baxımından xüsusilə qürurverici olmasını bildirib:"Yayla payızın qovuşduğu sentyabr həm gənclər sahəsində, həm də idmanda nailiyyət və yeniliklərlə zəngin oldu. Ötən ay infrastrukturun inkişafı baxımından xüsusilə qürurverici oldu. Bildiyiniz kimi, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə “Böyük qayıdışın” təmin edilməsi yolunda dövlətimizin həyata keçirdiyi layihələr arasında əhalinin sağlamlığı da prioritetliyini qoruyur. Dövlətimizin başçısı cənab İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu. Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də yerli və beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq".Nazir Paris 2024 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının çıxışları barədə də danışıb:"Olimpiyaçılarımızın Paris zəfərini uğurla davam etdirən paralimpiyaçılarımız Fransanın paytaxtından effektiv nəticə ilə döndülər. 7 idman növü üzrə 18 idmançımız dördü qızıl olmaqla, 11 medal qazanaraq 168 ölkə arasında 28-ci, Avropa ölkələri arasında 13-cü oldu. Fikrimcə, paralimpiyaçılarımızın qazandıqları uğurlar əlilliyi olan şəxslərin idmana cəlb olunması prosesinə də böyük təkan verəcək".F.Qayıbov Portuqaliyada keçirilən dünya çempionatında 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycanın akrobatika gimnastlarının uğurlarına da toxunub:"Tarixi qələbə qazananlar sırasında bu dəfə akrobatika gimnastlarımız da yer aldılar. Portuqaliyada keçirilən dünya çempionatında akrobatlarımız 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmaqla ümumi medal sıralamasında 3-cü oldular. Akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qarışıq cütlüyümüz balans və qarışıq hərəkətlərdə qızıl, komanda hesabında gümüş medal qazandı. Kişi qrupumuzun temp hərəkətlərində bürünc medalı da tarixin ilklərindən oldu. Daha bir ilk isə İtaliyada keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüyümüzün gümüş medalı oldu. İdmançılarımızı uğurları münasibətilə təbrik edirəm".O, Bakıda keçirilən "Formula 1" Qran-Prisinin yüksək səviyyədə təşkil olunduğunu söyləyib:"Sentyabrda da ölkəmiz bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdi. Formula 1 Qran-Prisi artıq 8-ci dəfə Azərbaycanda yüksək səviyyədə təşkil edildi. Formula 1-də azarkeş sayı ilbəil artmaqdadır. Bu il də bütün biletlərin satılması yeni bir rekord kimi Formula 1 Azərbaycan tarixinə yazıldı. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turniri, padel tennisi üzrə "Sea Breeze Cup IV" beynəlxalq turniri, yelkən üzrə "SFA Federasiya Kuboku 2024", Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı və digər yarışların keçirilməsi sağlam həyat tərzinin inkişafı, ölkəmizin müasirləşməsi, idman növlərinin inkişaf etməsi baxımından faydalıdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467514408_74:0:1699:1219_1920x0_80_0_0_8641899a108bf581da7c50618224f248.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fərid qayıbov, gənclər və idman nazirliyi, "formula 1" üzrə qran-pri, formula-1 azərbaycan qran prisi
fərid qayıbov, gənclər və idman nazirliyi, "formula 1" üzrə qran-pri, formula-1 azərbaycan qran prisi
Ağdamda tikilən “İmarət” stadionunda beynəlxalq yarışlar keçiriləcək - Nazir
Gənclər və idman naziri Fərid Qayıbov deyib ki, “İmarət” stadionunun istifadəyə verilməsi bölgədə beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq.
BAKI, 5 oktyabr - Sputnik. Dövlətimizin başçısı cənab İlham Əliyev sentyabrda Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu. Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də yerli və beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq.
Bunu Gənclər və idman naziri Fərid Qayıbov sentyabr ayında həm gənclər, həm də idman sahəsindəki baş verən yeniliklər barədə danışarkən deyib.
O, ötən ayın infrastrukturun inkişafı baxımından xüsusilə qürurverici olmasını bildirib:
"Yayla payızın qovuşduğu sentyabr həm gənclər sahəsində, həm də idmanda nailiyyət və yeniliklərlə zəngin oldu. Ötən ay infrastrukturun inkişafı baxımından xüsusilə qürurverici oldu. Bildiyiniz kimi, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə “Böyük qayıdışın” təmin edilməsi yolunda dövlətimizin həyata keçirdiyi layihələr arasında əhalinin sağlamlığı da prioritetliyini qoruyur. Dövlətimizin başçısı cənab İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoydu. Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də yerli və beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq".
Nazir Paris 2024 Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançılarının çıxışları barədə də danışıb:
"Olimpiyaçılarımızın Paris zəfərini uğurla davam etdirən paralimpiyaçılarımız Fransanın paytaxtından effektiv nəticə ilə döndülər. 7 idman növü üzrə 18 idmançımız dördü qızıl olmaqla, 11 medal qazanaraq 168 ölkə arasında 28-ci, Avropa ölkələri arasında 13-cü oldu. Fikrimcə, paralimpiyaçılarımızın qazandıqları uğurlar əlilliyi olan şəxslərin idmana cəlb olunması prosesinə də böyük təkan verəcək".
F.Qayıbov Portuqaliyada keçirilən dünya çempionatında 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan Azərbaycanın akrobatika gimnastlarının uğurlarına da toxunub:
"Tarixi qələbə qazananlar sırasında bu dəfə akrobatika gimnastlarımız da yer aldılar. Portuqaliyada keçirilən dünya çempionatında akrobatlarımız 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmaqla ümumi medal sıralamasında 3-cü oldular. Akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qarışıq cütlüyümüz balans və qarışıq hərəkətlərdə qızıl, komanda hesabında gümüş medal qazandı. Kişi qrupumuzun temp hərəkətlərində bürünc medalı da tarixin ilklərindən oldu. Daha bir ilk isə İtaliyada keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüyümüzün gümüş medalı oldu. İdmançılarımızı uğurları münasibətilə təbrik edirəm".
O, Bakıda keçirilən "Formula 1" Qran-Prisinin yüksək səviyyədə təşkil olunduğunu söyləyib:
"Sentyabrda da ölkəmiz bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdi. Formula 1 Qran-Prisi artıq 8-ci dəfə Azərbaycanda yüksək səviyyədə təşkil edildi. Formula 1-də azarkeş sayı ilbəil artmaqdadır. Bu il də bütün biletlərin satılması yeni bir rekord kimi Formula 1 Azərbaycan tarixinə yazıldı. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turniri, padel tennisi üzrə "Sea Breeze Cup IV" beynəlxalq turniri, yelkən üzrə "SFA Federasiya Kuboku 2024", Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı və digər yarışların keçirilməsi sağlam həyat tərzinin inkişafı, ölkəmizin müasirləşməsi, idman növlərinin inkişaf etməsi baxımından faydalıdır".