https://sputnik.az/20240926/azerbaycan-millisinde-qalmaqal-sahmatci-kapitani-ittiham-etdi-467663835.html
Azərbaycan millisində qalmaqal: şahmatçı kapitanı ittiham etdi
Azərbaycan millisində qalmaqal: şahmatçı kapitanı ittiham etdi
Sputnik Azərbaycan
Gülnar Məmmədovanın sözlərinə görə, məhz kapitanın münasibətinə görə komanda Ümumdünya Şahmat Olimpiadasında zəif nəticə göstərib. 26.09.2024, Sputnik Azərbaycan
2024-09-26T10:00+0400
2024-09-26T10:00+0400
2024-09-26T10:00+0400
gülnar məmmədova
idman
şahmat
şahmat turniri
azərbaycan şahmat federasiyası
https://cdnn1.img.sputnik.az/img/40701/88/407018858_0:0:1001:563_1920x0_80_0_0_89e52e3e14cbfb461050e9ac4af45e0b.jpg
BAKI, 26 sentyabr — Sputnik. Şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığmasında qalmaqal yaşanıb. Bütün bunlar Budapeştdə bu yaxınlarda başa çatan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan şahmatçılarının uğursuz çıxış edərək 15-ci yeri tutmasından sonra baş verib. Bakıya qayıdan şahmatçı Gülnar Məmmədova komandanın kapitanı, belaruslu mütəxəssis Mixail Şereşevskini özünə qarşı ədalətsizlikdə ittiham edib. Onun sözlərinə görə, Şereşevski Azərbaycanda işə başlayandan (2022-ci ilin aprelindən) ona etibar etməyib və bu, onun psixoloji durumuna və müvafiq olaraq nəticələrə təsir edib. O, hesab edir ki, Şereşevski prinsipial olaraq onun Budapeştdə keçirilən, beş oyundan üç xal qazandığı Şahmat Olimpiadasında oynamasına icazə verməyib. Onun fikrincə, bu münasibətə görə komanda yalnız 15-ci yeri tutaraq Olimpiadada uğursuz çıxış edib. "Sonuncu dəfə yeddinci turda oynadım, başa düşürdüm ki, mənə daha oynamaq şansı verməyəcəklər. Öz debütümü tətbiq etdim, hansısa anda səhvə yol verdim və həmin oyunda uduzdum. Son 4 turda artıq mənə oynamağa icazə vermədilər, baxmayaraq ki, səkkizinci turda İtaliya ilə oyundan sonra medal şansımız qalmamışdı" - Məmmədova yazıb. Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qadınlardan ibarət komandası belaruslu məşqçinin rəhbərliyi altında Avropa komanda çempionatında ikinci olub və Məmmədova doqquz oyundan yeddisində iştirak edərək 4,5 xal toplayıb. Yəni, ötənilki turnirdə şahmatçıya güvənmədiyi üçün kapitanı qınamaq çox çətindir. 2021-ci il Avropa çempionatında isə idmançı səkkiz oyunda dörd xal toplayaraq komandada ən pis nəticə göstərib. Daha sonra hələ tərkibində Şereşevski olmayan Azərbaycan komandası üçüncü olub. Onu da əlavə edək ki, Mixail Şereşevski özü bu məsələnin ictimai müzakirəsindən imtina edib. Gülnar Məmmədovanın (2336) gələcəkdə belaruslu mütəxəssisin rəhbərliyi altında milliyə dəvət alıb-almayacağı ilə bağlı mühakimə yürütmək hələlik çətindir. Ancaq qeyd etmək lazımdır ki, onun komandada hələ tam əvəzedicisi yoxdur. Reytinq baxımından ən yaxın şahmatçı 2278 xala malik Nərmin Xələfovadır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40701/88/407018858_0:0:889:667_1920x0_80_0_0_2492638d45138ed1955594457b64d45b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
gülnar məmmədova, şahmat, şahmat turniri, azərbaycan şahmat federasiyası
gülnar məmmədova, şahmat, şahmat turniri, azərbaycan şahmat federasiyası
Azərbaycan millisində qalmaqal: şahmatçı kapitanı ittiham etdi
Gülnar Məmmədovanın sözlərinə görə, məhz kapitanın münasibətinə görə komanda Ümumdünya Şahmat Olimpiadasında zəif nəticə göstərib.
BAKI, 26 sentyabr — Sputnik. Şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığmasında qalmaqal yaşanıb.
Bütün bunlar Budapeştdə bu yaxınlarda başa çatan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan şahmatçılarının uğursuz çıxış edərək 15-ci yeri tutmasından sonra baş verib.
Bakıya qayıdan şahmatçı Gülnar Məmmədova komandanın kapitanı, belaruslu mütəxəssis Mixail Şereşevskini özünə qarşı ədalətsizlikdə ittiham edib.
Onun sözlərinə görə, Şereşevski Azərbaycanda işə başlayandan (2022-ci ilin aprelindən) ona etibar etməyib və bu, onun psixoloji durumuna və müvafiq olaraq nəticələrə təsir edib.
"Hətta milli komandada reytinqdə ikinci olanda o, məni yalnız ehtiyat oyunçu kimi qəbul edirdi. Mən Şereşevski və Tomaşevskinin debüt işlərindən istifadə etməyə başlayandan sonra isə reytinqdə çox şey itirdim" - Məmmədova sosial şəbəkələrdə yazıb.
O, hesab edir ki, Şereşevski prinsipial olaraq onun Budapeştdə keçirilən, beş oyundan üç xal qazandığı Şahmat Olimpiadasında oynamasına icazə verməyib. Onun fikrincə, bu münasibətə görə komanda yalnız 15-ci yeri tutaraq Olimpiadada uğursuz çıxış edib.
"Sonuncu dəfə yeddinci turda oynadım, başa düşürdüm ki, mənə daha oynamaq şansı verməyəcəklər. Öz debütümü tətbiq etdim, hansısa anda səhvə yol verdim və həmin oyunda uduzdum. Son 4 turda artıq mənə oynamağa icazə vermədilər, baxmayaraq ki, səkkizinci turda İtaliya ilə oyundan sonra medal şansımız qalmamışdı" - Məmmədova yazıb.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın qadınlardan ibarət komandası belaruslu məşqçinin rəhbərliyi altında Avropa komanda çempionatında ikinci olub və Məmmədova doqquz oyundan yeddisində iştirak edərək 4,5 xal toplayıb. Yəni, ötənilki turnirdə şahmatçıya güvənmədiyi üçün kapitanı qınamaq çox çətindir.
2021-ci il Avropa çempionatında isə idmançı səkkiz oyunda dörd xal toplayaraq komandada ən pis nəticə göstərib. Daha sonra hələ tərkibində Şereşevski olmayan Azərbaycan komandası üçüncü olub.
Onu da əlavə edək ki, Mixail Şereşevski özü bu məsələnin ictimai müzakirəsindən imtina edib.
Gülnar Məmmədovanın (2336) gələcəkdə belaruslu mütəxəssisin rəhbərliyi altında milliyə dəvət alıb-almayacağı ilə bağlı mühakimə yürütmək hələlik çətindir. Ancaq qeyd etmək lazımdır ki, onun komandada hələ tam əvəzedicisi yoxdur. Reytinq baxımından ən yaxın şahmatçı 2278 xala malik Nərmin Xələfovadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.