SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Terrorçuların tribunasına çevrilmiş konqres: ABŞ Azərbaycana hansı mesajı verir?

© AP Photo / Patrick Semanskykonqres
konqres - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Abunə olmaq
Politoloq deyir ki, məhz regiondankənar ölkələrin təsiri ilə regionda sülh və stabilliyin əleyhinə ssenarilər formalaşır.
BAKI, 20 sentyabr — Sputnik. ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında "Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları" adlı dinləmə keçirilib və çıxış edənlər tərəfindən Azərbaycana qarşı çoxsaylı ittihamlar səsləndirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanın bu ölkə ilə münasibətlərini gərginləşdirməkdir.
Azərbaycanda suverenliyin bərpa edilməsinin qeyd edildiyi ərəfədə belə bir tədbirin keçirilməsi xüsusilə diqqət çəkəndir.
Bu dinləmələrlə ABŞ Azərbaycana hansı mesajı verir?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa və politoloq Yeganə Hacıyeva Sputnik Azərbyacan-a danışıblar.
Millət vəkili Fazil Mustafa hesab edir ki, ABŞ bu tədbirlərlə həmişə Azərbaycanı təzyiq altında saxlamaq istəyir:
"Bu cür yanaşmalar Azərbaycanın maraqlarına ziddir və erməni lobbisinin təsiri altında olan konqresmenlər burada fəallıq nümayiş etdirirlər. Təbii ki, buna Dövlət Departamenti səviyyəsində dəstək olmasa, addımların atılması inandırıcı deyil. Bütün hallarda hansı dövlət Azərbaycanın marağına zidd addım atırsa, buna kəskin reaksiya verilir".
© Sputnik / Murad OrujovMillət vəkili Fazil Mustafa
Обсуждения, посвященные проблемам создания семьи в Азербайджане, в мультимедийном пресс-центре Sputnik Азербайджан. 14 сентября 2018 года  - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Millət vəkili Fazil Mustafa
Millət vəkili qeyd edir ki, indiyə qədər bu cür fəaliyyətlər bir nəticə verməyib:

"İndi bu fəaliyyəti davam etdirmək ağıllı seçim deyil. Azərbaycan balanslı siyasətini yürüdür və öz maraqlarına xidmət edən addımlar atır. Hər hansı bir şəkildə Azərbaycan dövlətinin mənafeyinə toxunacaq addımlar olacaqsa, ölkəmiz ona qarşı addımlar atmaq imkanına sahibdir. Bizim ölkəmiz dostluğa dostluq, düşmənliyə düşmənliklə cavab verəcək gücdədir. Ona görə də, bizim dövlətlə dost olmaq faydalı olar. Bu, ABŞ daxil olmaqla bütün aparıcı dövlətlərə aiddir".

Politoloq Yeganə Hacıyeva da sözügedən tədbirin məqsədyönlü şəkildə bu ərəfələrdə keçirilməsinə diqqət çəkib:

"Bu cür dinləmələr ABŞ konqresində erməni lobbi qruplarının, o cümlədən konqresdən maliyyələşən Erməni Milli Komitəsinin təşəbbüsü ilə keçirilsə belə, bu həm də ABŞ-ın siyasi iradəsi ilə baş tutub. Cənubi Qafqaz ABŞ üçün həssas bir bölgədir. ABŞ-ın bu vacib bölgədə yerləşən strateji tərəfdaşına qarşı separatçıların iştirakı ilə belə bir tədbirin keçirilməsini sadəcə erməni lobbilərinin ayağına yazmaq sadəlöhvlükdür. Bu baş verənlərin arxasında ABŞ özü dayanır".

© Photo : Courtesy of Yegana HajiyevaYeganə Hacıyeva, arxiv şəkli
Yeganə Hacıyeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2024
Yeganə Hacıyeva, arxiv şəkli
Politoloqun sözlərinə görə, ABŞ-ın qanunverici orqanı bəzən terroristləri legitimləşdirmək üçün platforma rolunu oynayır.
"Dəfələrlə Yaxın Şərqdə, Şimali Afrikada, Asiyada terror fəaliyyəti ilə məşğul olmuş və onlarla əlaqəli olan şəxslər ABŞ Konqresində çıxışlar ediblər. Bu baş verənlər də həmin hadisələrə aid bir nümunədir. Bu cür tədbirlər Azərbaycana qarşı təzyiq formalaşdırmaq, onu sözəbaxan ölkə etmək üçün atılır. Bu gün regionumuz sülhə doğru kövrək addımlarla gedir. Məhz regiondan kənar ölkələrin təsiri ilə regionda sülh və stabilliyin əleyhinə ssenarilər formalaşır. Ermənistan da guya onların təsiri altında bu addımları atdığını göstərməyə çalışır. Əslində isə bunun əsasında Ermənistanın özünün dövlət siyasəti dayanır. Yəni, əslində bölgəmizə xaricə təsirlər məhz Ermənistandakı revaşist əhval-ruhiyyədən güc alır", - politoloq fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ABŞ hərbçisi - Sputnik Azərbaycan, 1920, 17.09.2024
SİYASƏT
Ermənistana yardımlarını artıran ABŞ bölgədə sülh istəyir?
Xəbər lenti
0