SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistana yardımlarını artıran ABŞ bölgədə sülh istəyir?

© Photo : Sgt. Isaiah Campbell / U.S. Marine Corps via APABŞ hərbçisi
ABŞ hərbçisi - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Abunə olmaq
Politoloq bildirir ki, ABŞ rəsmi Bakının regionun yeni konfiqurasiyasındakı dəyişikliklərlə bağlı mövqeyinə təsir etməyə çalışır.
BAKI, 17 sentyabr — Sputnik. Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller isə bildirib ki, ABŞ həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək imkanını səbirsizliklə gözləyir.
Xatırladaq ki, bundan əvvəl Blinken Ermənistan baş naziri Nikol Paşinyanla danışmışdı.
Bəs ABŞ Dövlət Katibinin son telefon danışıqları nə ilə səciyyələnir?
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, ABŞ qısa zamanda sülh müqaviləsinin imzalanmasına çalışsa da, bunda öz maraqları var:
"ABŞ göstəməyə çalışır ki, bölgənin sahibi odur və prosesləri o diqtə edir. Onsuz hər hansı proses gedə bilməz. Ancaq Azərbaycanın yanaşması bu cür deyil. Ermənistanın təklif etdiyi tələsik hazırlanmış sülh müqaviləsi Azərbaycanın maraqlarına uyğun deyil. Əgər Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, konstitusiya dəyişikliyinə getməlidir".
© Photo : Azerbaijan Institute of TheologyDeputat Ceyhun Məmmədov
Deputat Ceyhun Məmmədov  - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Deputat Ceyhun Məmmədov
Millət vəkilinin sözlərinə görə, Ermənistanın Aəzrbaycana qarşı ərazi iddiaları var:

"Belə bir halda heç kim Ermənistanın gələcəkdə təxribatlarının olmayacağına zəmanət verə bilməz. Ona görə də, ABŞ sülh istəyirsə, Ermənistana konstitusiya dəyişikliyinə dəyişiklik etməsinə təsir etməli, bu ölkənin sürətli şəkildə silahlanmasına mane olmalıdır. Sülh istəyən bir ölkə atəşkəsi pozmamalıdır. Biz bunu dəfələrlə bütün görüşlərdə həm Ermənistanın, həm ABŞ-ın, həm də digər dövlətlərin diqqətinə çatdırmışıq".

Ceyhun Məmmədov hesab edir ki, Ermənistanın hazırkı davranışı ilə sülhə nail olmaq qeyri-mümkün görünür.
"Bu halda hər hansı sülhdən söhbət gedə bilməz. Hazırda Ermənistan öz mövqeyini konkretləşdirməli, lazımi addımlar atmalıdır. Bu gün sülhə töhfə vermək istədiyini deyən ölkələr həm də Ermənistanı silahlandırırlar. USAİD Ermənista yardımları iki dfədən çox artıb. ABŞ hazırda atdığı addımlar Ermənistanı sülhə yox, Azərbaycana qarşı revanşa sövq edir. Ermənistan da bu yardımlardan ruhlanaraq təxribatlara əl atır. Biz ABŞ-ın ortaya sağlam, dürüst mövqe qoymasını istəyirik. Bu baxımdan indiki şəraitdə ABŞ rəsmilərinin verdiyi bütün açıqlamalar qeyri-effektivdir".
Politoloq Elşən Manafov isə bildirir ki, ABŞ rəsmi Bakının regionun yeni konfiqurasiyasındakı dəyişikliklərlə bağlı mövqeyinə təsir etməyə, onu öz xeyrinə dəyişdirməyə çalışır.
Politoloq qeyd edir ki, regionun təhlükəsizlik problemlərinin həlli ilə bağlı rəsmi Bakının yanaşması Cənubi Qafqaza dair planları olan hər kəsə yaxşı bəllidir:

"Azərbaycan regionun problemlərinin "3+3" formatında həllini dəstəkləyir və kənar ölkələrin bu prosesdə iştirakını məqbul saymır. Blinken Azərbaycan lideri ilə telefon danışığında vasitəçilik etməyə hazır olduğunu bəyan edib. ABŞ-ın gerçək məqsədi Rusiyanın moderatorluq rolunu ələ keçirmək, onu bölgədən sıxışdırıb çıxarmaqdır".

© Photo : Courtesy of Elshan ManafovElşən Manafov
Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 17.09.2024
Elşən Manafov

"Qərb Azərbaycanın mövqeyindən və bölgədəki mövcud reallıqlardan məmnun deyil. Azərbaycan isə bütün tərəflərlə Ermənistanla münasibətlərin nizamlanması üçün qarşılıqlı faydalı əməkdaşlığa hazırdır. Ancaq Azərbaycan Rusiyaya qarşı heç bir geosiyasi fəaliyyətdə rol almayacaq. Çünki bu, bölgəmizin, ölkəmizin maraqlarına ziddir. Ona görə də hər vəchlə reallıqları dəyişmək üçün təşəbbüslərlə çıxış edirlər".

Ekspertlərin də qeyd etdiyi kimi, ABŞ-ın canfəşanlığında əsas qayə Azərbaycanla Ermənistan arasındakı problemlərin həlli deyil. Rəsmi Vaşinqton son aylarda baş verənlərin fonunda yenidən aktivləşərək proseslərdə iştirakı əldən vermək istəmir. Xüsusən də Rusiya liderinin Azərbaycana səfərindən sonra kommunikasiyaların açılması ilə bağlı işlərin sürətlənməsi, o cümlədən iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin imzalanmasından sonra Qərbin proseslərdə aktivliyi artıb. Təbii ki, hər kəs öz payını götürmək istəyir. Bu həftə Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurnenin Ermənistana səfəri də bu proseslərin bir parçası sayıla bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Вид на город с мусорной свалки на окраине Еревана - Sputnik Azərbaycan, 1920, 17.09.2024
TƏHLİL
Fransa XİN rəhbəri İrəvanda yalan danışıb?
Xəbər lenti
0