https://sputnik.az/20240919/bok-teskilatin-prezidenti-postuna-7-namizedin-adini-aciqlayib-467497549.html
BOK təşkilatın prezidenti postuna 7 namizədin adını açıqlayıb
BOK təşkilatın prezidenti postuna 7 namizədin adını açıqlayıb
Sputnik Azərbaycan
Müraciət üçün son tarix sentyabrın 15-də başa çatıb. 19.09.2024, Sputnik Azərbaycan
2024-09-19T13:23+0400
2024-09-19T13:23+0400
2024-09-19T13:24+0400
bok
idman
prezident
namizəd
namizəd
prezidentliyə namizəd
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_0:321:3071:2048_1920x0_80_0_0_fdebf1f8b62d01842897db6f5e44205d.jpg
BAKI, 19 sentyabr — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti vəzifəsinə namizədlərin siyahısına yeddi nəfər daxildir. Bu barədə təşkilatın saytında bildirilib. Müraciət üçün son tarix sentyabrın 15-də başa çatıb. Belə ki, siyahıya Dünya Atletika Assosiasiyasının (World Athletics) prezidenti britaniyalı Sebastyan Kou daxil edilib. Qeyd edək ki, əvvəllər BOK-un Etika Komissiyasının təşkilatın qarşıdan gələn prezident seçkiləri ilə bağlı dərc etdiyi və komissiyanın rəhbəri Pan Gi Munun imzaladığı direktivə əsasən, Kounun ərizəsi təsdiqlənməyə bilməzdi. Bundan başqa, siyahıya Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri yaponiyalı Morinari Vatanabe, İordaniya Olimpiya Komitəsinin Prezidenti Feysəl ibn Hüseyn və üzgüçülük üzrə ikiqat olimpiya çempionu, BOK İcraiyyə Komitəsinin Zimbabvedən olan üzvü Kirsti Koventri də daxil ediliblər. Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) prezidenti, isveçli Yohan Eliaş, Fransa Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri David Lappartiyen və ispaniyalı kiçik Xuan Antonio Samarançın ərizələri də təsdiqlənib. Xatırladaq ki, BOK-un hazırkı rəhbəri Tomas Bax qarşıdakı müddətə yenidən seçilməyəcəyini bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426210679_333:0:3064:2048_1920x0_80_0_0_360e3e838f4e9b858776cb8d68f44e5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bok, prezident, namizəd, namizəd, prezidentliyə namizəd
bok, prezident, namizəd, namizəd, prezidentliyə namizəd
BOK təşkilatın prezidenti postuna 7 namizədin adını açıqlayıb
13:23 19.09.2024 (Yenilənib: 13:24 19.09.2024) Müraciət üçün son tarix sentyabrın 15-də başa çatıb.
BAKI, 19 sentyabr — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti vəzifəsinə namizədlərin siyahısına yeddi nəfər daxildir.
Bu barədə təşkilatın saytında bildirilib.
Müraciət üçün son tarix sentyabrın 15-də başa çatıb.
Belə ki, siyahıya Dünya Atletika Assosiasiyasının (World Athletics) prezidenti britaniyalı Sebastyan Kou daxil edilib. Qeyd edək ki, əvvəllər BOK-un Etika Komissiyasının təşkilatın qarşıdan gələn prezident seçkiləri ilə bağlı dərc etdiyi və komissiyanın rəhbəri Pan Gi Munun imzaladığı direktivə əsasən, Kounun ərizəsi təsdiqlənməyə bilməzdi.
Bundan başqa, siyahıya Beynəlxalq Gimnastika Federasiyasının rəhbəri yaponiyalı Morinari Vatanabe, İordaniya Olimpiya Komitəsinin Prezidenti Feysəl ibn Hüseyn və üzgüçülük üzrə ikiqat olimpiya çempionu, BOK İcraiyyə Komitəsinin Zimbabvedən olan üzvü Kirsti Koventri də daxil ediliblər. Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) prezidenti, isveçli Yohan Eliaş, Fransa Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri David Lappartiyen və ispaniyalı kiçik Xuan Antonio Samarançın ərizələri də təsdiqlənib.
Xatırladaq ki, BOK-un hazırkı rəhbəri Tomas Bax qarşıdakı müddətə yenidən seçilməyəcəyini bildirmişdi.