Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Qeydiyyata gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirildi

© Sputnik / Ilham MustafayevQazaxda mətkəbin həyəti
Qazaxda mətkəbin həyəti - Sputnik Azərbaycan, 1920, 18.09.2024
Abunə olmaq
2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq.
BAKI, 18 sentyabr — Sputnik. 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.
I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr 2024-cü il saat 11:00-dan 15 oktyabr 2024-cü il saat 18:00-a qədər, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün isə 18 sentyabr 2024-cü il saat 11:00-dan 27 sentyabr 2024-cü il saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq. Qeyd edilən tarixə qədər övladları üçün mektebebqebul.edu.az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, bu günə qədər I sinfə 132 931 nəfər, məktəbəhazırlıq qruplarına isə 90 672 nəfər uşaq qəbul olunub.
sinif - Sputnik Azərbaycan, 1920, 18.09.2024
TƏHSİL
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0