https://sputnik.az/20240918/xususi-sinifler-uzre-sagird-sixligi-normalari-mueyyenlesib-467483055.html
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib
Sputnik Azərbaycan
İnklüziv təhsil sinfi 22 uşaqdan ibarət komplektləşdiriləcək. 18.09.2024, Sputnik Azərbaycan
2024-09-18T14:39+0400
2024-09-18T14:39+0400
2024-09-18T14:40+0400
sinif
təhsil
əli əsədov
ümumi təhsil müəssisələri
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461313496_396:0:2343:1095_1920x0_80_0_0_8a8abb38138509371104dc86541bd9e2.jpg
BAKI, 18 sentyabr — Sputnik. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarında dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Belə ki, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı aşağıdakı qaydada müəyyənləşdirilib: - eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün - 8 nəfər; - eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər üçün - 10 nəfər; - nitq pozuntuları olan şəxslər üçün - 12 nəfər; - görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün - 12 nəfər; - əqli (psixi) pozuntuları (əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar) olan şəxslər üçün - 10 nəfər; - emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər üçün - 12 nəfər; - dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olan şəxslər üçün - 10 nəfər; - xroniki somatik xəstəlikləri olan şəxslər üçün - 10 nəfər; - mürəkkəb çatışmazlıqları olan şəxslər üçün - 6 nəfər. Əqli geriliyi və ya fiziki çatışmazlığı olan şagirdlər üçün əmək təlimi və istehsalat hazırlığı sinifləri 5 nəfərdən az olmamaqla, ümumi təhsil müəssisələrində təşkil edilən inklüziv təhsil sinfi 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdiriləcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/0e/461313496_639:0:2099:1095_1920x0_80_0_0_c78e6ad93d4a688448d0e8ddc7113701.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sinif, əli əsədov, ümumi təhsil müəssisələri
sinif, əli əsədov, ümumi təhsil müəssisələri
Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib
14:39 18.09.2024 (Yenilənib: 14:40 18.09.2024) İnklüziv təhsil sinfi 22 uşaqdan ibarət komplektləşdiriləcək.
BAKI, 18 sentyabr — Sputnik. Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normalarında dəyişiklik edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, xüsusi ümumtəhsil məktəblərinin, internat tipli xüsusi ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli təhsil müəssisələrinin və inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin siniflərində (qruplarında) şagirdlərin maksimum sayı aşağıdakı qaydada müəyyənləşdirilib:
- eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün - 8 nəfər;
- eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş şəxslər üçün - 10 nəfər;
- nitq pozuntuları olan şəxslər üçün - 12 nəfər;
- görmə qabiliyyəti tam və qismən məhdud olan şəxslər üçün - 12 nəfər;
- əqli (psixi) pozuntuları (əqli geriliyi və ağır əqli geriliyi, psixi inkişaf ləngliyi olanlar) olan şəxslər üçün - 10 nəfər;
- emosional-iradi sahədə və davranışında çatışmazlıq olan şəxslər üçün - 12 nəfər;
- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olan şəxslər üçün - 10 nəfər;
- xroniki somatik xəstəlikləri olan şəxslər üçün - 10 nəfər;
- mürəkkəb çatışmazlıqları olan şəxslər üçün - 6 nəfər.
Əqli geriliyi və ya fiziki çatışmazlığı olan şagirdlər üçün əmək təlimi və istehsalat hazırlığı sinifləri 5 nəfərdən az olmamaqla, ümumi təhsil müəssisələrində təşkil edilən inklüziv təhsil sinfi 22 uşaqdan (sağlamlıq imkanları məhdud olan uşaqlar 2 nəfərdən artıq olmamaqla) ibarət komplektləşdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.