Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda boks üzrə Çempionlar Gecəsi keçiriləcək

© AP Photo / Jae C. Hongboks
boks  - Sputnik Azərbaycan, 1920, 18.09.2024
Abunə olmaq
Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.
BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 28-də Bakıda boks üzrə Beynəlxalq Boks Assosiasiyasının (IBA) Çempionlar Gecəsi keçiriləcək.
Azərbaycan Boks Federasiyasının (ABF) 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.
Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kiloqramda Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.
Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kiloqram) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.
Qeyd edək ki, IBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0