https://sputnik.az/20240917/ffa-ve-uefa-nin-sabiq-rehberleri-blatter-ve-platininin-isine-martda-baxilacaq-467446831.html
FİFA və UEFA-nın sabiq rəhbərləri Blatter və Platininin işinə martda baxılacaq
FİFA və UEFA-nın sabiq rəhbərləri Blatter və Platininin işinə martda baxılacaq
Sputnik Azərbaycan
2023-cü ilin yanvarında İsveçrənin Bellinzona məhkəməsi Blatter və Platinini dələduzluq ittihamlarına görə bəraət qazandırıb. 17.09.2024, Sputnik Azərbaycan
2024-09-17T23:47+0400
2024-09-17T23:47+0400
2024-09-17T23:47+0400
fifa
idman
uefa
mişel platini
yozef blatter
https://cdnn1.img.sputnik.az/img/40016/32/400163264_0:0:4235:2382_1920x0_80_0_0_23caf80246d42f8327908d77ef83d7dc.jpg
BAKI, 17 sentyabr — Sputnik. Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq rəhbəri Mişel Platininin işi üzrə apellyasiya məhkəməsində birinci instansiya məhkəməsi tərəfindən 2025-ci il martın 3-dən 25-dək keçiriləcək. Platininin vəkili Dominik Nellen bildirib ki, onlar bəraət alacaq. 2023-cü ilin yanvarında İsveçrənin Bellinzona məhkəməsi Blatter və Platinini dələduzluq ittihamlarına görə bəraət qazandırıb. Fırıldaqçılıq, səhv idarəetmə, etibarın pozulması və qiymətli kağızların saxtalaşdırılması ittihamları ilə isveçrəli və fransıza qarşı məhkəmə prosesi 2022-ci ilin iyulunda başa çatıb. İsveçrə prokurorluğu bəraət hökmündən apellyasiya şikayəti verib. "Dinləmə yəqin ki, Bazel-Lands kantonunda keçiriləcək", - vəkil deyib. 2015-ci ilin payızında İsveçrə Federal Ədliyyə Bürosu FİFA-nın o vaxtkı prezidenti Blatterə qarşı 2011-ci ildə Platiniyə qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə şübhəli bilinərək iş açıb.İsveçrə prokurorları Blatter və Platini üçün iki il sınaq müddəti olmaqla bir il səkkiz ay şərti həbs istəyib. İsveçrə qanunlarına görə, onları 5 ilə qədər həbs və ya külli miqdarda cərimə gözləyirdi. 2015-ci ilin dekabrında FİFA-nın Arbitraj Palatasının etika komitəsi Blatter və Platinini 8 il müddətinə futboldan uzaqlaşdırıb. Daha sonra FİFA Apellyasiya Komitəsi Blatterin cəzasını 6, Platininin cəzasını isə 4 ilə endirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40016/32/400163264_471:0:4235:2823_1920x0_80_0_0_aaa7ecfe09223578b27235be46baacf8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fifa, uefa, mişel platini, yozef blatter
fifa, uefa, mişel platini, yozef blatter
FİFA və UEFA-nın sabiq rəhbərləri Blatter və Platininin işinə martda baxılacaq
2023-cü ilin yanvarında İsveçrənin Bellinzona məhkəməsi Blatter və Platinini dələduzluq ittihamlarına görə bəraət qazandırıb.
BAKI, 17 sentyabr — Sputnik. Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq prezidenti Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq rəhbəri Mişel Platininin işi üzrə apellyasiya məhkəməsində birinci instansiya məhkəməsi tərəfindən 2025-ci il martın 3-dən 25-dək keçiriləcək.
Platininin vəkili Dominik Nellen bildirib ki, onlar bəraət alacaq.
2023-cü ilin yanvarında İsveçrənin Bellinzona məhkəməsi Blatter və Platinini dələduzluq ittihamlarına görə bəraət qazandırıb. Fırıldaqçılıq, səhv idarəetmə, etibarın pozulması və qiymətli kağızların saxtalaşdırılması ittihamları ilə isveçrəli və fransıza qarşı məhkəmə prosesi 2022-ci ilin iyulunda başa çatıb. İsveçrə prokurorluğu bəraət hökmündən apellyasiya şikayəti verib.
"Dinləmə yəqin ki, Bazel-Lands kantonunda keçiriləcək", - vəkil deyib.
2015-ci ilin payızında İsveçrə Federal Ədliyyə Bürosu FİFA-nın o vaxtkı prezidenti Blatterə qarşı 2011-ci ildə Platiniyə qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə şübhəli bilinərək iş açıb.
İsveçrə prokurorları Blatter və Platini üçün iki il sınaq müddəti olmaqla bir il səkkiz ay şərti həbs istəyib. İsveçrə qanunlarına görə, onları 5 ilə qədər həbs və ya külli miqdarda cərimə gözləyirdi.
2015-ci ilin dekabrında FİFA-nın Arbitraj Palatasının etika komitəsi Blatter və Platinini 8 il müddətinə futboldan uzaqlaşdırıb. Daha sonra FİFA Apellyasiya Komitəsi Blatterin cəzasını 6, Platininin cəzasını isə 4 ilə endirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.