https://sputnik.az/20240912/azerbaycan-ehalisine-xeberdarliq-edildi-havada-olum-riski-var-467333097.html
Azərbaycan əhalisinə xəbərdarlıq edildi: Havada ölüm riski var!
Azərbaycan əhalisinə xəbərdarlıq edildi: Havada ölüm riski var!
Sputnik Azərbaycan
Səadət Feyziyeva maqnit qasırğasının yüksək olduğu günlərdə mümkün qədər açıq havada az qalmağı, gün ərzində iki-üç litr su içməyi tövsiyyə edib. 12.09.2024, Sputnik Azərbaycan
2024-09-12T14:10+0400
2024-09-12T14:10+0400
2024-09-13T12:46+0400
hava
cəmiyyət
ölüm
risk
maqnit
maqnit qasırğası
maqnit fırtınası
hipertoniya
hipertoniya xəstəliyi
https://cdnn1.img.sputnik.az/img/42397/44/423974459_442:351:2000:1227_1920x0_80_0_0_b45672e408561bef2dfca4959df52d69.jpg
BAKI, 12 sentyabr — Sputnik. Bu günlərdə hipertoniyadan əziyyət çəkən, insult keçirmiş xəstələr səhhətlərinə qarşı diqqətli olmalıdırlar. Çünki, maqnit qasırğası əsasən arterial hipertenziya xəstələrinə təsir edir. Hətta işlək təzyiqi olanlarda belə maqnit qasırğası zamanı təzyiq yüksəlir. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Şuşa Rayon Mərkəzi Xəstəxanasının Polikilinikasının terapevt həkimi Səadət Feyziyeva söyləyib. O, bildirib ki, bu gündən başlayan maqnit qasırğası ürək-qan damar xəstələrinə də təsir edir: "Belə xəstələr təzyiqi normal saxlamalı, dərman preparatlarını qəbul etməyi xüsusilə bu günlərdə unutmamalıdırlar". Qeyd edək ki, artıq dünəndən BDU-nun Astrofizika kafedrası sentyabrın 12-13-də geomaqnit qasırğasının olacağı, radiosiqnalların ötürülməsində kəsilmələrin müşahidə edilə biləcəyi barədə xəbərdarlıq yayıb. Qeyd edilib ki, günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb. "Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər. Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. 10 sentyabr tarixində baş vermiş tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək. Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq", - məlumatda qeyd olunub. S. Feyziyeva maqnit qasırğasının yüksək olduğu günlərdə mümkün qədər açıq havada az qalmağı, gün ərzində iki-üç litr su içməyi tövsiyə edib. Bildirib ki, insanların bu günlərdə energetik içkilərdən uzaq durmaları məsləhətdir.O, xüsusilə insult keçirmiş şəxslərin həyatı üçün bu havada təhlükə olduğunu, ona görə də, öz səhhətlərinə qayğı ilə yanaşmalı olduqlarını söyləyib. "Maqnit qasırğası xroniki xəstəlikləri olanlara da təsir edir. Orqanizmdə hansı nayihə zəifdirsə, o xəstəliyin baş qaldırması müşahidə olunur. Odur ki, bu havada xroniki xəstikləri olanlar da diqqətli olmalı, açıq havada az gəzməli, bol su içməlidirlər" - terapevt bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240915/geomaqnit-qasirgasi-olacaq-radiosiqnallarin-oturulmesinde-kesilmeler-musahide-edile-biler-467302722.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42397/44/423974459_359:260:1786:1330_1920x0_80_0_0_f109568dfb055c3d1a422bb1d46ef3b1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hava, ölüm, risk, maqnit, maqnit qasırğası, maqnit fırtınası, hipertoniya, hipertoniya xəstəliyi
hava, ölüm, risk, maqnit, maqnit qasırğası, maqnit fırtınası, hipertoniya, hipertoniya xəstəliyi
Azərbaycan əhalisinə xəbərdarlıq edildi: Havada ölüm riski var!
14:10 12.09.2024 (Yenilənib: 12:46 13.09.2024) Səadət Feyziyeva maqnit qasırğasının yüksək olduğu günlərdə mümkün qədər açıq havada az qalmağı, gün ərzində iki-üç litr su içməyi tövsiyyə edib.
BAKI, 12 sentyabr — Sputnik. Bu günlərdə hipertoniyadan əziyyət çəkən, insult keçirmiş xəstələr səhhətlərinə qarşı diqqətli olmalıdırlar. Çünki, maqnit qasırğası əsasən arterial hipertenziya xəstələrinə təsir edir. Hətta işlək təzyiqi olanlarda belə maqnit qasırğası zamanı təzyiq yüksəlir.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Şuşa Rayon Mərkəzi Xəstəxanasının Polikilinikasının terapevt həkimi Səadət Feyziyeva söyləyib.
O, bildirib ki, bu gündən başlayan maqnit qasırğası ürək-qan damar xəstələrinə də təsir edir:
"Belə xəstələr təzyiqi normal saxlamalı, dərman preparatlarını qəbul etməyi xüsusilə bu günlərdə unutmamalıdırlar".
Qeyd edək ki, artıq dünəndən BDU-nun Astrofizika kafedrası sentyabrın 12-13-də geomaqnit qasırğasının olacağı, radiosiqnalların ötürülməsində kəsilmələrin müşahidə edilə biləcəyi barədə xəbərdarlıq yayıb.
Qeyd edilib ki, günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.
"Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər. Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. 10 sentyabr tarixində baş vermiş tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək. Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq", - məlumatda qeyd olunub.
S. Feyziyeva maqnit qasırğasının yüksək olduğu günlərdə mümkün qədər açıq havada az qalmağı, gün ərzində iki-üç litr su içməyi tövsiyə edib. Bildirib ki, insanların bu günlərdə energetik içkilərdən uzaq durmaları məsləhətdir.O, xüsusilə insult keçirmiş şəxslərin həyatı üçün bu havada təhlükə olduğunu, ona görə də, öz səhhətlərinə qayğı ilə yanaşmalı olduqlarını söyləyib.
"Maqnit qasırğası xroniki xəstəlikləri olanlara da təsir edir. Orqanizmdə hansı nayihə zəifdirsə, o xəstəliyin baş qaldırması müşahidə olunur. Odur ki, bu havada xroniki xəstikləri olanlar da diqqətli olmalı, açıq havada az gəzməli, bol su içməlidirlər" - terapevt bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.