https://sputnik.az/20240915/geomaqnit-qasirgasi-olacaq-radiosiqnallarin-oturulmesinde-kesilmeler-musahide-edile-biler-467302722.html
Sabah Yer kürəsini güclü maqnit qasırğaları vuracaq
Sabah Yer kürəsini güclü maqnit qasırğaları vuracaq
Sputnik Azərbaycan
Sentyabrın 16-da güclü maqnit qasırğası ehtimalı 30%, sentyabrın 17-də 35% səviyyəsində qiymətləndirilir. 15.09.2024, Sputnik Azərbaycan
2024-09-15T17:45+0400
2024-09-15T17:45+0400
2024-09-15T16:56+0400
geomaqnit qasırğası
şamaxı astrofizika rəsədxanası
sentyabr
radio
siqnal
kəsilmə
elm
yer kürəsi
günəş
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460991300_0:160:3072:1888_1920x0_80_0_0_b61cda378d5db95da698bfdc8b9c1ddd.jpg
BAKI, 15 sentyabr — Sputnik. Güclü maqnit qasırğaları bazar ertəsi Yer kürəsini vuracaq və bu proses bütün gün davam edəcək.Bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.Məlumata görə, maqnit qasırğalarına sentyabrın 14-də günəşdə baş verən güclü partlayışı səbəb olub.Sentyabrın 16-da güclü maqnit qasırğası ehtimalı 30%, sentyabrın 17-də 35% səviyyəsində qiymətləndirilir. Maqnitosfer yalnız çərşənbə axşamı günortadan sonra yenidən sakitləşəcək.11.09.24, 23:26Geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər"Sentyabrın 12-13-də geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər". Bu barədə Sputnik Azərbaycan-a BDU-nun Astrofizika kafedrasından bildirilib. Qeyd edilib ki, günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb. "Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər", - məlumatda bildirilir.Qeyd olunur ki, hazırda geomaqnit sahə sakit və qeyri-stabildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460991300_171:0:2902:2048_1920x0_80_0_0_3539f92ba3d31e94e4a78fd0272b37f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
geomaqnit qasırğası, şamaxı astrofizika rəsədxanası, sentyabr, radio, siqnal, kəsilmə, yer kürəsi, günəş
geomaqnit qasırğası, şamaxı astrofizika rəsədxanası, sentyabr, radio, siqnal, kəsilmə, yer kürəsi, günəş
Sabah Yer kürəsini güclü maqnit qasırğaları vuracaq
Sentyabrın 16-da güclü maqnit qasırğası ehtimalı 30%, sentyabrın 17-də 35% səviyyəsində qiymətləndirilir.
BAKI, 15 sentyabr — Sputnik. Güclü maqnit qasırğaları bazar ertəsi Yer kürəsini vuracaq və bu proses bütün gün davam edəcək.
Bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Məlumata görə, maqnit qasırğalarına sentyabrın 14-də günəşdə baş verən güclü partlayışı səbəb olub.
Sentyabrın 16-da güclü maqnit qasırğası ehtimalı 30%, sentyabrın 17-də 35% səviyyəsində qiymətləndirilir. Maqnitosfer yalnız çərşənbə axşamı günortadan sonra yenidən sakitləşəcək.
Geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər
"Sentyabrın 12-13-də geomaqnit qasırğası olacaq, radiosiqnalların ötürülməsində kəsilmələr müşahidə edilə bilər". Bu barədə Sputnik Azərbaycan-a BDU-nun Astrofizika kafedrasından bildirilib.
Qeyd edilib ki, günəşdə davamlı olaraq baş verən M sinif (radiodalğaları əngəlləyən, yayılmasına mane olan) alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.
"Günəşin şimal-qərb hissəsində sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq. Bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər", - məlumatda bildirilir.
Qeyd olunur ki, hazırda geomaqnit sahə sakit və qeyri-stabildir.
"10 sentyabr tarixində baş vermiş tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək. Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq", - məlumatda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.