https://sputnik.az/20240909/rusiya-ve-kxdr-herterefli-strateji-terefdasligi-guclendirmeye-davam-edecek---putin-467256271.html
Rusiya və KXDR hərtərəfli strateji tərəfdaşlığı gücləndirməyə davam edəcək - Putin
Rusiya və KXDR hərtərəfli strateji tərəfdaşlığı gücləndirməyə davam edəcək - Putin
Sputnik Azərbaycan
Putinin teleqramında qeyd olunub ki, əməkdaşlıq iki xalqın fundamental maraqlarına cavab verir. 09.09.2024, Sputnik Azərbaycan
2024-09-09T16:02+0400
2024-09-09T16:02+0400
2024-09-09T16:02+0400
rusiya prezidenti vladimir putin
dünya xəbərləri
kim çen in
şimali koreya lideri kim çen in
şimali koreya lideri
şimali koreya
pxenyan
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1b/462899240_0:320:3071:2048_1920x0_80_0_0_79c1fe7ee12a1933f6b92a620079d479.jpg
BAKI, 9 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı bu ölkənin yaranmasının 76-cı ildönümü münasibətilə təbrik edib. Kremlin saytında müvafiq teleqram dərc olunub. Putin Moskva və Pxenyanın hərtərəfli strateji tərəfdaşlığı sistemli şəkildə gücləndirməyə davam edəcəklərini qeyd edib. "Hörmətli yoldaş Kim Çen In, Koreya Xalq Demokratik Respublikasının yaranmasının 76-cı ildönümü münasibətilə səmimi təbrikləri qəbul edin", - teleqramda deyilir. Putinin telqramında qeyd olunub ki, əməkdaşlıq iki xalqın fundamental maraqlarına cavab verir və Koreya yarımadasında və bütövlükdə Şimal-Şərqi Asiya regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsinə uyğundur. Rusiya dövlətinin başçısı əlavə edib ki, ölkələr arasında münasibətlər yaxşı dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır və yüksək səviyyədədir və bu, son günlər Pxenyanda ölkə liderləri arasında aparılmış konstruktiv və məzmunlu danışıqlarla tam təsdiqlənib. "Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə əmin-amanlıq və firavanlıq arzulayıram", Rusiya Federasiyasının Prezidenti qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240909/azerbaycan-prezidenti-kim-cen-ini-tebrik-edib-467258692.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1b/462899240_176:0:2907:2048_1920x0_80_0_0_6e8963e3e303316949e3cbcaa91a05bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, kim çen in, şimali koreya lideri kim çen in, şimali koreya lideri, şimali koreya, pxenyan
rusiya prezidenti vladimir putin, kim çen in, şimali koreya lideri kim çen in, şimali koreya lideri, şimali koreya, pxenyan
Rusiya və KXDR hərtərəfli strateji tərəfdaşlığı gücləndirməyə davam edəcək - Putin
Putinin teleqramında qeyd olunub ki, əməkdaşlıq iki xalqın fundamental maraqlarına cavab verir.
BAKI, 9 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı bu ölkənin yaranmasının 76-cı ildönümü münasibətilə təbrik edib. Kremlin saytında müvafiq teleqram dərc olunub.
Putin Moskva və Pxenyanın hərtərəfli strateji tərəfdaşlığı sistemli şəkildə gücləndirməyə davam edəcəklərini qeyd edib.
"Hörmətli yoldaş Kim Çen In, Koreya Xalq Demokratik Respublikasının yaranmasının 76-cı ildönümü münasibətilə səmimi təbrikləri qəbul edin", - teleqramda deyilir.
Putinin telqramında qeyd olunub ki, əməkdaşlıq iki xalqın fundamental maraqlarına cavab verir və Koreya yarımadasında və bütövlükdə Şimal-Şərqi Asiya regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsinə uyğundur. Rusiya dövlətinin başçısı əlavə edib ki, ölkələr arasında münasibətlər yaxşı dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır və yüksək səviyyədədir və bu, son günlər Pxenyanda ölkə liderləri arasında aparılmış konstruktiv və məzmunlu danışıqlarla tam təsdiqlənib.
"Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə əmin-amanlıq və firavanlıq arzulayıram", Rusiya Federasiyasının Prezidenti qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.