SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti Kim Çen Inı təbrik edib

© Sputnik / Евгений Биятов / Mediabanka keçidPrezident İlham Əliyev, arxiv
Prezident İlham Əliyev, arxiv - Sputnik Azərbaycan, 1920, 09.09.2024
Abunə olmaq
İlham Əliyev Şimali Koreya liderinə xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığın genişlənəcəyinə inamını ifadə edib.
BAKI, 9 sentyabr — Sputnik. Prezident İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Ina təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri,
Koreya Xalq Demokratik Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcək, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımız bundan sonra da genişlənəcək.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0