https://sputnik.az/20240906/black-sea-energy-cercivesinde-qara-denizin-dibi-ile-kabel-cekilisinin-deyeri-aciqlanib-467177556.html
"Black Sea Energy" çərçivəsində Qara dənizin dibi ilə kabel çəkilişinin dəyəri açıqlanıb
"Black Sea Energy" çərçivəsində Qara dənizin dibi ilə kabel çəkilişinin dəyəri açıqlanıb
Sputnik Azərbaycan
Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstandan olan şirkətlər "yaşıl" enerji dəhlizi layihəsini həyata keçirəcək şirkətin yaradılması haqqında saziş... 06.09.2024, Sputnik Azərbaycan
2024-09-06T10:01+0400
2024-09-06T10:01+0400
2024-09-06T10:01+0400
qara dəniz
yazarlar
avropa ittifaqı
ixrac
kabel
enerji
rumıniya
macarıstan
özbəkistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/09/04/467172674_0:161:3068:1887_1920x0_80_0_0_86e987d7127a4a51df74dab3961fe49c.jpg
BAKI, 6 sentyabr — Sputnik. Xəzər dənizi regionundan Avropaya "yaşıl" elektrik enerjisinin nəqli üçün nəzərdə tutulan "Black Sea Energy" layihəsinin icrası çərçivəsində Gürcüstan və Rumıniya arasında sualtı kabel xəttinin çəkilməsi üçün 3,5 milyard avro lazımdır. Bu barədə Rumıniyanın "Romania Insider" nəşri Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın "yaşıl" enerji dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edən dövlətlərin energetika nazirlərinin səkkizinci iclasının yekunları üzrə keçirilən mətbuat konfransında söylədiklərinə istinadən xəbər verib. Xatırladaq ki, ötən çərşənbə axşamı dörd operator – "Transelectrica SA" (Rumıniya), "AzerEnerji JSC" (Azərbaycan), "Georgian State Electrosystem" (Gürcüstan) və "MVM Zrt" (Macarıstan) arasında "yaşıl" enerji dəhlizi layihəsini həyata keçirəcək baş ofisi Buxarestdə olan şirkətin yaradılması haqqında saziş imzalanıb. Onun sözlərinə görə, Avropa bazarı kifayət qədər yaxşı işləmir. Daha ucuz enerji həmişə qitənin şərqinə çatmır və buna görə də enerji təhlükəsizliyini və rəqabət qabiliyyətini təmin etmək üçün əlavə enerji tədarükü marşrutlarına ehtiyacımız var. Qara dənizdən Avropaya ixrac Ötən ilin noyabrında Azərbaycan, Özbəkistan və Qazaxıstan Avropaya "yaşıl" enerjinin nəqli ilə bağlı razılığa gəliblər. Rəsmi məlumata görə, tərəflərin imzaladığı layihənin texniki şərtlərinin hazırlanması üçün birgə işçi qrupu yaradılacaq. Qazaxıstan və Özbəkistanın bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin Azərbaycana tədarük edilməsi, oradan da Gürcüstan ərazisi və Qara dəniz vasitəsilə Avropaya ixrac edilməsi planlaşdırılır. Orada Rumıniya və Macarıstan bu "yaşıl" elektrik enerjisinin idxalçıları olacaqlar. Layihə çərçivəsində Qara dənizin dibi üzrə elektrik enerjisinin ötürülməsi üçün dünyanın ən uzun sualtı kabeli çəkiləcək. May ayında Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı (Aİ) ölkələrinə "yaşıl" enerji satmaq üçün Xəzər dənizinin dibi ilə yüksək voltlu kabelin çəkilməsi və enerji sistemlərinin inteqrasiyası üzrə layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) işlənib hazırlanmasına başlayıblar. Macarıstan hökuməti bu yaxınlarda bəyan edib ki, Avropa Komissiyası bu layihəni bütün Avropa üçün vacib hesab edir və onun işlənib hazırlanması üçün 2,3 milyard avro ayırıb. Ona qoyulan investisiyalar dörd ilə qədər müddətə nəzərdə tutulub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240903/azerbaycan-gurcustan-ruminiya-ve-macaristan-birge-muessise-yaradiblar-467145379.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/04/467172674_169:0:2900:2048_1920x0_80_0_0_f3a3c56c97b0613a245c72b3ad75c608.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qara dəniz, avropa ittifaqı, ixrac, kabel, enerji, rumıniya, macarıstan, özbəkistan, azərbaycan, yaşıl
qara dəniz, avropa ittifaqı, ixrac, kabel, enerji, rumıniya, macarıstan, özbəkistan, azərbaycan, yaşıl
"Black Sea Energy" çərçivəsində Qara dənizin dibi ilə kabel çəkilişinin dəyəri açıqlanıb
Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstandan olan şirkətlər "yaşıl" enerji dəhlizi layihəsini həyata keçirəcək şirkətin yaradılması haqqında saziş imzalayıblar.
BAKI, 6 sentyabr — Sputnik. Xəzər dənizi regionundan Avropaya "yaşıl" elektrik enerjisinin nəqli üçün nəzərdə tutulan "Black Sea Energy" layihəsinin icrası çərçivəsində Gürcüstan və Rumıniya arasında sualtı kabel xəttinin çəkilməsi üçün 3,5 milyard avro lazımdır.
Bu barədə Rumıniyanın "Romania Insider" nəşri Rumıniyanın energetika naziri Sebastyan-İoan Burdujanın "yaşıl" enerji dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edən dövlətlərin energetika nazirlərinin səkkizinci iclasının yekunları üzrə keçirilən mətbuat konfransında söylədiklərinə istinadən xəbər verib.
"Bu, ucuz layihə deyil - texniki-iqtisadi əsaslandırma bizə təqdim olunandan sonra xərclər barədə məlumat əldə edəcəyik. Ancaq bilirik ki, Gürcüstan və Rumıniya arasında sualtı kabel xəttinin çəkilməsi üçün 3,5 milyard avro lazımdır və bu layihənin regionun enerji təhlükəsizliyi üçün faydalı olacağına da əminik", - Burduja bildirib.
Xatırladaq ki, ötən çərşənbə axşamı dörd operator – "Transelectrica SA" (Rumıniya), "AzerEnerji JSC" (Azərbaycan), "Georgian State Electrosystem" (Gürcüstan) və "MVM Zrt" (Macarıstan) arasında "yaşıl" enerji dəhlizi layihəsini həyata keçirəcək baş ofisi Buxarestdə olan şirkətin yaradılması haqqında saziş imzalanıb.
"Bizim üçün bu layihə milli təhlükəsizlik məsələsidir. Biz elektrik enerjisinin tədarükünün şaxələndirilməsinin zəruriliyindən çox danışırıq. Əgər son günlərdə Avropanın enerji xəritəsinə baxsanız, şərq cinahında qiymətlərin çox yüksək olduğunu görəcəksiniz və bu da tədarük zəncirlərinin şaxələndirilməməsindən qaynaqlanır", - Rumıniyanın energetika naziri qeyd edib.
Onun sözlərinə görə, Avropa bazarı kifayət qədər yaxşı işləmir. Daha ucuz enerji həmişə qitənin şərqinə çatmır və buna görə də enerji təhlükəsizliyini və rəqabət qabiliyyətini təmin etmək üçün əlavə enerji tədarükü marşrutlarına ehtiyacımız var.
Qara dənizdən Avropaya ixrac
Ötən ilin noyabrında Azərbaycan, Özbəkistan və Qazaxıstan Avropaya "yaşıl" enerjinin nəqli ilə bağlı razılığa gəliblər. Rəsmi məlumata görə, tərəflərin imzaladığı layihənin texniki şərtlərinin hazırlanması üçün birgə işçi qrupu yaradılacaq.
Qazaxıstan və Özbəkistanın bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin Azərbaycana tədarük edilməsi, oradan da Gürcüstan ərazisi və Qara dəniz vasitəsilə Avropaya ixrac edilməsi planlaşdırılır. Orada Rumıniya və Macarıstan bu "yaşıl" elektrik enerjisinin idxalçıları olacaqlar.
Layihə çərçivəsində Qara dənizin dibi üzrə elektrik enerjisinin ötürülməsi üçün dünyanın ən uzun sualtı kabeli çəkiləcək.
May ayında Qazaxıstan, Azərbaycan və Özbəkistan Avropa İttifaqı (Aİ) ölkələrinə "yaşıl" enerji satmaq üçün Xəzər dənizinin dibi ilə yüksək voltlu kabelin çəkilməsi və enerji sistemlərinin inteqrasiyası üzrə layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) işlənib hazırlanmasına başlayıblar.
Macarıstan hökuməti bu yaxınlarda bəyan edib ki, Avropa Komissiyası bu layihəni bütün Avropa üçün vacib hesab edir və onun işlənib hazırlanması üçün 2,3 milyard avro ayırıb. Ona qoyulan investisiyalar dörd ilə qədər müddətə nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.