https://sputnik.az/20240906/abs-rusiyani-sosial-sebekelerde-gizli-birlik-yaratmaqda-ittiham-edib-467216273.html
ABŞ Rusiyanı sosial şəbəkələrdə gizli birlik yaratmaqda ittiham edib
ABŞ Rusiyanı sosial şəbəkələrdə gizli birlik yaratmaqda ittiham edib
Sputnik Azərbaycan
ABŞ-da prokurorlar iddia edirlər ki, onlar çox sayda izləyicisi olan bloggerlərlə sövdələşmələr edən bir şirkətə təxminən on milyon dollar köçürüblər. 06.09.2024, Sputnik Azərbaycan
2024-09-06T14:05+0400
2024-09-06T14:05+0400
2024-09-06T14:05+0400
abş
dünya xəbərləri
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
sosial şəbəkələr
rt
rt telekanalı
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443372737_0:160:3073:1888_1920x0_80_0_0_fe2c226041b5ef30bbc5ffacb27b51c9.jpg
BAKI, 6 sentyabr — Sputnik. ABŞ Ədliyyə Nazirliyi RT telekanalının əməkdaşlarını sosial şəbəkələrdə milyonlarla baxış toplayan viral videolar yaymaqda ittiham edib. Bu barədə Milli İctimai Radio (NPR) məlumat yayıb. "Sentyabrın 4-də ABŞ Ədliyyə Nazirliyi Rusiyanın dövlət televiziyası olan RT-nin iki əməkdaşını sosial şəbəkələrdə milyonlarla baxış toplayan videoçarxların yaradılmasını gizli şəkildə maliyyələşdirmək və idarə etmək sxemi yaratmaqda ittiham edib" - məlumatda deyilir. Söhbətin Konstantin Kalaşnikov və Yelena Afanasyevadan getdiyi aydınlaşır. ABŞ-da prokurorlar iddia edirlər ki, onlar çox sayda izləyicisi olan bloggerlərlə sövdələşmələr edən bir şirkətə təxminən on milyon dollar köçürüblər. Onlar, öz növbəsində, YouTube-da 16 milyondan çox baxış toplayan təxminən iki min video yayımlayıblar. Nəşr qeyd edir ki, RT əməliyyatını bir çox digər müdaxilə cəhdlərindən fərqləndirən odur ki, o, real auditoriyanı cəlb etməyə müvəffəq olub. NPR-ə görə, pulun köçürüldüyü iddia edilən şirkət Nashville-də yerləşən Tenet Media olub və onunla əməkdaşlıq edən influserlər rusiyalılar üçün işlədiklərini bilirdilər. "Rossiya seqodnya" media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan ABŞ hakimiyyətinin ittihamlarını şərh edərkən deyib ki, Qərb mediası paranoya vəziyyətinə düşüb. "ABŞ Ədliyyə Nazirliyi iddia edir ki, RT seçkilərə müdaxilə etmək və Rusiya təbliğatını yaymaq üçün milyonlarla auditoriyaya malik ən böyük mühafizəkar bloggerlərdən bəzilərini fəaliyyətə cəlb edib. Ona görə də mən və beş həmkarım da sanksiyalara məruz qalmışıq. Bloggerlər təbii ki, hər şeyi inkar edirlər, amma başqa nə edə bilərlər? Bir anlıq təsəvvür edin ki, bu həqiqətdir. Buna görə, dostlar, buna görə", Simonyan Teleqram kanalında yazıb. Bir müddət əvvəl ABŞ "Rossiya Seqodnya" media qrupu, RİA Novosti, RT, TV-Novosti, Ruptly və Sputnik-ə qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi qeyd edib ki, bu KİV-lər xarici nümayəndəliklər siyahısına daxil edilib və Ağ Ev rəhbərinin qarşıdan gələn seçkilərə müdaxiləsini sübut edən məlumatlara görə on milyon dollara qədər mükafat elan ediblər. Bundan əlavə, yeni məhdudlaşdırıcı tədbirlər Simonyana və RT-nin bir neçə top menecerinə, o cümlədən Kalaşnikov və Afanasyevaya aid edilib. ABŞ Baş prokuroru Merrik Qarlandın deyib ki, onlar çirkli pulların yuyulması və Xarici Agentlərin Qeydiyyatı Aktını pozmaqda ittiham olunurlar. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın "Rossiya Seqodnya" media qrupuna qarşı sanksiyalara cavab hazırladığını vurğulayıb. O, onların tətbiqini hibrid sxem adlandırıb, bunun yarısı hələ də ABŞ-dakı istifadəçilərə, təşkilatlara və strukturlara məlum deyil. Diplomatın sözlərinə görə, bu, ABŞ dərin dövləti və xüsusi xidmət orqanlarının iştirakı ilə hazırlanan qarşıdan gələn prezident seçkiləri öncəsi məlumat kampaniyasıdır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240904/abs-rossiya-seqodnya-media-qrupuna-ve-onun-bes-toreme-sirketine-sanksiyalar-tetbiq-edib-467174836.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443372737_170:0:2901:2048_1920x0_80_0_0_dc6103daba0f3fced6f66f96720414b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, rusiya, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, sosial şəbəkələr, rt, rt telekanalı
abş, rusiya, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, sosial şəbəkələr, rt, rt telekanalı
ABŞ Rusiyanı sosial şəbəkələrdə gizli birlik yaratmaqda ittiham edib
ABŞ-da prokurorlar iddia edirlər ki, onlar çox sayda izləyicisi olan bloggerlərlə sövdələşmələr edən bir şirkətə təxminən on milyon dollar köçürüblər.
BAKI, 6 sentyabr — Sputnik. ABŞ Ədliyyə Nazirliyi RT telekanalının əməkdaşlarını sosial şəbəkələrdə milyonlarla baxış toplayan viral videolar yaymaqda ittiham edib. Bu barədə Milli İctimai Radio (NPR) məlumat yayıb.
"Sentyabrın 4-də ABŞ Ədliyyə Nazirliyi Rusiyanın dövlət televiziyası olan RT-nin iki əməkdaşını sosial şəbəkələrdə milyonlarla baxış toplayan videoçarxların yaradılmasını gizli şəkildə maliyyələşdirmək və idarə etmək sxemi yaratmaqda ittiham edib" - məlumatda deyilir.
Söhbətin Konstantin Kalaşnikov və Yelena Afanasyevadan getdiyi aydınlaşır. ABŞ-da prokurorlar iddia edirlər ki, onlar çox sayda izləyicisi olan bloggerlərlə sövdələşmələr edən bir şirkətə təxminən on milyon dollar köçürüblər. Onlar, öz növbəsində, YouTube-da 16 milyondan çox baxış toplayan təxminən iki min video yayımlayıblar.
Nəşr qeyd edir ki, RT əməliyyatını bir çox digər müdaxilə cəhdlərindən fərqləndirən odur ki, o, real auditoriyanı cəlb etməyə müvəffəq olub.
NPR-ə görə, pulun köçürüldüyü iddia edilən şirkət Nashville-də yerləşən Tenet Media olub və onunla əməkdaşlıq edən influserlər rusiyalılar üçün işlədiklərini bilirdilər.
"Rossiya seqodnya" media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan ABŞ hakimiyyətinin ittihamlarını şərh edərkən deyib ki, Qərb mediası paranoya vəziyyətinə düşüb.
"ABŞ Ədliyyə Nazirliyi iddia edir ki, RT seçkilərə müdaxilə etmək və Rusiya təbliğatını yaymaq üçün milyonlarla auditoriyaya malik ən böyük mühafizəkar bloggerlərdən bəzilərini fəaliyyətə cəlb edib. Ona görə də mən və beş həmkarım da sanksiyalara məruz qalmışıq. Bloggerlər təbii ki, hər şeyi inkar edirlər, amma başqa nə edə bilərlər? Bir anlıq təsəvvür edin ki, bu həqiqətdir. Buna görə, dostlar, buna görə", Simonyan Teleqram kanalında yazıb.
Bir müddət əvvəl ABŞ "Rossiya Seqodnya" media qrupu, RİA Novosti, RT, TV-Novosti, Ruptly və Sputnik-ə qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi qeyd edib ki, bu KİV-lər xarici nümayəndəliklər siyahısına daxil edilib və Ağ Ev rəhbərinin qarşıdan gələn seçkilərə müdaxiləsini sübut edən məlumatlara görə on milyon dollara qədər mükafat elan ediblər.
Bundan əlavə, yeni məhdudlaşdırıcı tədbirlər Simonyana və RT-nin bir neçə top menecerinə, o cümlədən Kalaşnikov və Afanasyevaya aid edilib. ABŞ Baş prokuroru Merrik Qarlandın deyib ki, onlar çirkli pulların yuyulması və Xarici Agentlərin Qeydiyyatı Aktını pozmaqda ittiham olunurlar.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın "Rossiya Seqodnya" media qrupuna qarşı sanksiyalara cavab hazırladığını vurğulayıb. O, onların tətbiqini hibrid sxem adlandırıb, bunun yarısı hələ də ABŞ-dakı istifadəçilərə, təşkilatlara və strukturlara məlum deyil. Diplomatın sözlərinə görə, bu, ABŞ dərin dövləti və xüsusi xidmət orqanlarının iştirakı ilə hazırlanan qarşıdan gələn prezident seçkiləri öncəsi məlumat kampaniyasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.