https://sputnik.az/20240904/abs-rossiya-seqodnya-media-qrupuna-ve-onun-bes-toreme-sirketine-sanksiyalar-tetbiq-edib-467174836.html
ABŞ “Rossiya Seqodnya” media qrupuna və onun beş törəmə şirkətinə sanksiyalar tətbiq edib
ABŞ “Rossiya Seqodnya” media qrupuna və onun beş törəmə şirkətinə sanksiyalar tətbiq edib
Sputnik Azərbaycan
ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, ABŞ-da seçkilərə xarici müdaxilə ilə bağlı məlumatlara görə 10 milyon dollara qədər mükafat elan edir. 04.09.2024, Sputnik Azərbaycan
2024-09-04T23:52+0400
2024-09-04T23:52+0400
2024-09-05T00:00+0400
dünya xəbərləri
"rossiya seqodnya" beynəlxalq informasiya agentliyi
"rossiya seqodnya" bia
abş
sanksiya
rusiya əleyhinə sanksiyalar
https://cdnn1.img.sputnik.az/img/42350/86/423508619_0:0:3072:1728_1920x0_80_0_0_7549c5b61a938bf3db2a822e0274b65f.jpg
BAKI, 4 sentyabr - Sputnik. Birləşmiş Ştatlar Rusiyadan olan 10 şəxs və iki təşkilata qarşı ölkədəki prezident seçkilərinə düşmən təsir göstərmək ittihamı ilə sanksiya tətbiq edib.Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.“Russia Today” media qrupu və onun beş törəmə şirkəti - RİA Novosti, RT, TV-Novosti, Ruptly və Sputnik-ə sanksiya tətbiq edilib. Maliyyə Nazirliyinin qeyd etdiyi kimi, Amerika səlahiyyətliləri bu KİV-ləri xarici nümayəndəliklər siyahısına əlavə edir, viza məhdudiyyətlərinin tətbiqi üçün addımlar atır və ABŞ seçkilərinə xarici müdaxilə ilə bağlı məlumatlara görə 10 milyon dollara qədər mükafat elan edir.Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da qara siyahıya salınıb.Çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Amerika xalqının seçdiyi namizəd ABŞ prezident seçkilərində qalib gələcək. Rusiyanın işi isə bu prosesə müdaxilə etməmək və onu sadəcə müşahidə etməkdir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42350/86/423508619_65:0:2796:2048_1920x0_80_0_0_982a746cab86b991bf92d7cc2d5fd137.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"rossiya seqodnya" beynəlxalq informasiya agentliyi, "rossiya seqodnya" bia, abş, sanksiya, rusiya əleyhinə sanksiyalar
"rossiya seqodnya" beynəlxalq informasiya agentliyi, "rossiya seqodnya" bia, abş, sanksiya, rusiya əleyhinə sanksiyalar
ABŞ “Rossiya Seqodnya” media qrupuna və onun beş törəmə şirkətinə sanksiyalar tətbiq edib
23:52 04.09.2024 (Yenilənib: 00:00 05.09.2024) ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, ABŞ-da seçkilərə xarici müdaxilə ilə bağlı məlumatlara görə 10 milyon dollara qədər mükafat elan edir.
BAKI, 4 sentyabr - Sputnik. Birləşmiş Ştatlar Rusiyadan olan 10 şəxs və iki təşkilata qarşı ölkədəki prezident seçkilərinə düşmən təsir göstərmək ittihamı ilə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
"Bu gün Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir etmək üçün Moskvanın bədxah cəhdlərinə hökumətin koordinasiyalı cavabı çərçivəsində 10 fiziki və iki hüquqi şəxsə sanksiyalar təyin edib" - məlumatda deyilir.
“Russia Today” media qrupu və onun beş törəmə şirkəti - RİA Novosti, RT, TV-Novosti, Ruptly və Sputnik-ə sanksiya tətbiq edilib. Maliyyə Nazirliyinin qeyd etdiyi kimi, Amerika səlahiyyətliləri bu KİV-ləri xarici nümayəndəliklər siyahısına əlavə edir, viza məhdudiyyətlərinin tətbiqi üçün addımlar atır və ABŞ seçkilərinə xarici müdaxilə ilə bağlı məlumatlara görə 10 milyon dollara qədər mükafat elan edir.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi RT telekanalının baş redaktoru Marqarita Simonyan və onun müavinləri Anton Anisimov və Yelizaveta Brodskayaya qarşı sanksiyalar tətbiq edir.
Bundan başqa, RT xəbər yayımı xidmətinin rəis müavini Andrey Kiyaşko, rəqəmsal media layihələri departamentinin rəhbəri Konstantin Kalaşnikov və rəqəmsal media layihələri departamentinin əməkdaşı Yelena Afanasyeva da qara siyahıya salınıb.
Çərşənbə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Amerika xalqının seçdiyi namizəd ABŞ prezident seçkilərində qalib gələcək. Rusiyanın işi isə bu prosesə müdaxilə etməmək və onu sadəcə müşahidə etməkdir.