https://sputnik.az/20240905/mektebli-formasi-satisi-bazarinda-tehluke---foto-video-467160142.html
Məktəbli forması satışı bazarında təhlükə - Foto video
Məktəbli forması satışı bazarında təhlükə - Foto video
Sputnik Azərbaycan
Müşahidələrimiz göstərdi ki, bu il məktəbli formalarının qiymətində 20 faiz ucuzlaşma olsa da, bazarda ən çox təlabat Çindən idxal olunan məktəbli... 05.09.2024, Sputnik Azərbaycan
2024-09-05T18:14+0400
2024-09-05T18:14+0400
2024-09-05T18:37+0400
məktəbli
təhsil
bakı tikiş evi
çin
keyfiyyətsiz materiallar
forma
idxal
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/09/05/467184612_0:120:1280:840_1920x0_80_0_0_3744096aac65cb4568e901b9569459aa.jpg
BAKI, 5 sentyabr — Sputnik. "Satışda Çin istehsalı olan ucuz və keyfiyyətsiz məktəbli formaları var. Valideynlər də qiymətdə iki-üç manat fərq olduğu üçün Çindən gətirilən, mənşəyi naməlum olan məktəbli formalarını alaraq, övladlarının sağlamlığını təhlükəyə atırlar. Heç kəs maraqlanmır ki, uyğunluq sertifikatı olmayan bu keyfiyyətsiz məktəbli formaları ölkəmizə hansı yollarla gətirilir". Bunu Sputnik Azərbaycan-a müsahibəsində Bakı Tikiş Evinin (BTE) satış satış üzrə müdiri Etibar Əzimov söyləyib. Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığından, valideynlər artıq məktəb bazarlığına başlayıb. BTE-nin satış mağazasında övladı üçün forma seçən Türanə Osmanova Sputnik Azərbaycan-a bildirib ki, satışda hər qiymətə məktəbli forması var. E.Əzimov isə deyir ki, bəzən valideynlər iki-üç manata görə, uşaqlarının həyatını təhlükəyə atırlar. Onun sözlərinə görə, Çindən ölkəmizə gətirilən məktəbli formaları ucuz olsa da, mənşəyi bilinmir. BTE səlahiyyətlisi deyir ki, bu il məktəbli formalarının qiyməti də aşağı salınıb:E.Əzimov hazırda həm qısaqol, həm də uzunqol köynəklərin 12 manata satıldığını söyləyib. Onun sözlərinə görə, Ətəklərin və şalvarların qiyməti isə 20 manatdır.Satış müdiri deyir ki, jaketləri isə Türkiyədən gətirdiklərindən qiyməti aşağı salmaq mümkün deyil. Məktəbli jaketləri 30 manata təklif olunur. Satış müdiri hər ölçüdə məktəbli formasının olduğunu, tikiş müəssisəsinin təlabatı ödəmək üçün gündəlik iş rejiminə keçdiyini söyləyib. Hazırda Tərtər, Yevlax, Lənkəran, Qəbələ, Bərdə, Masallı, Quba və Şamaxıda məktəbli formalarının satışının təşkil edildiyini söyləyib. Pərakəndə ticarət obyektlərində isə məktəbli formalarının qiyməti fərqlidir. Çin istehsalı olan məktəbli köynəkləri 7-8-9 manat, Türkiyə istehslalı olanlar 20-25 manatdır. Ətək və şalvarlar isə 11-18 manat arasında dəyişir. Satıcılar qiymətin keyfiyyətə görə dəyişdiyini, Çin istehsalı olan məktəbli formalarına təlabatın daha yüksək olduğunu söylədilər. Müşahidələrimiz göstərdi ki, bu il məktəbli formalarının qiymətində 20 faiz ucuzlaşma olsa da, bazarda ən çox təlabat Çindən idxal olunan məktəbli formalarınadır. Satıcılar isə bu formaları yerli sexlərdən aldıqlarını, parçaların Çindən gətirildiyini söylədilər. Bildirdilər ki, xammal Çindən gətirilsə də, məktəbli formaları ölkədə sexlərdə tikilərək satışa buraxılır. Satıcılar sexlərdə tikilən məktəbli formalarının materialının pambıq və yun olmadığını təsdiqlədilər. Qeyd edək ki, Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında 17 mart 2022-ci il 96 nömrəli qərarına görə, oğlanlar üçün şalvarlar və ətəklər yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan tikilməlidir. Köynəklər isə pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) olmalıdır. Jaketlər isə yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240831/mektebli-levazimatlarinin-qiymeti-bahalasib--foto-video-467019826.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/09/05/467184612_0:0:1280:960_1920x0_80_0_0_01d6509d1be918fd087eaf14ce4765c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəbli, bakı tikiş evi, çin, keyfiyyətsiz materiallar, forma, idxal, azərbaycan
məktəbli, bakı tikiş evi, çin, keyfiyyətsiz materiallar, forma, idxal, azərbaycan
Məktəbli forması satışı bazarında təhlükə - Foto video
18:14 05.09.2024 (Yenilənib: 18:37 05.09.2024) Müşahidələrimiz göstərdi ki, bu il məktəbli formalarının qiymətində 20 faiz ucuzlaşma olsa da, bazarda ən çox təlabat Çindən idxal olunan məktəbli formalarınadır.
BAKI, 5 sentyabr — Sputnik. "Satışda Çin istehsalı olan ucuz və keyfiyyətsiz məktəbli formaları var. Valideynlər də qiymətdə iki-üç manat fərq olduğu üçün Çindən gətirilən, mənşəyi naməlum olan məktəbli formalarını alaraq, övladlarının sağlamlığını təhlükəyə atırlar. Heç kəs maraqlanmır ki, uyğunluq sertifikatı olmayan bu keyfiyyətsiz məktəbli formaları ölkəmizə hansı yollarla gətirilir".
Bunu Sputnik Azərbaycan-a müsahibəsində Bakı Tikiş Evinin (BTE) satış satış üzrə müdiri Etibar Əzimov söyləyib.
Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığından, valideynlər artıq məktəb bazarlığına başlayıb. BTE-nin satış mağazasında övladı üçün forma seçən Türanə Osmanova Sputnik Azərbaycan-a bildirib ki, satışda hər qiymətə məktəbli forması var.
"Bəzi yerlərdə 8-9 manata da məktəbli köynəkləri var. Amma Çin istehsalıdır. Türkiyə istehsalı olan köynəklər isə 18-19 manatdır. Onların keyfiyyəti daha yaxşıdır. Amma mən bu il iki övladıma məktəbli forması almalı olduğumdan, bu qiymətə imkanım çatmır. Ona görə yerli istehsal olan məktəbli formaları alıram", - alıcı deyib.
E.Əzimov isə deyir ki, bəzən valideynlər iki-üç manata görə, uşaqlarının həyatını təhlükəyə atırlar. Onun sözlərinə görə, Çindən ölkəmizə gətirilən məktəbli formaları ucuz olsa da, mənşəyi bilinmir.
"Çindən kiloqramla alınıb ölkəmizə gətirilən məktəbli formaları sintetik lifli parçalardan tikilir. Bu paltarlar uşaqlar üçün təhlükəlidir. Dəri ilə təmasda allergiya yaradır, dəri nəfəs ala bilmir. Amma bəzi valideynlər ucuz olsun deyə, Çindən gətirilən, mənşəyi bilinməyən məktəbli formalarını alırlar. Mən demirəm ki, gəlib bizim istehsal etdiyimiz məktəbli formasını alsınlar. Ölkədə beş böyük tikiş müəssisəsi məktəbli forması istehsal edir. Hansının məhsulunu bəyənirlərsə, onu alsınlar. Valideynlər iki-üç manat qiymət fərqinə görə uşaqlarının sağlamlığını təhlükəyə atmasınlar", - deyə Etibar Əzimov bildirib.
BTE səlahiyyətlisi deyir ki, bu il məktəbli formalarının qiyməti də aşağı salınıb:
"Keyfiyyəti saxlamaq şərtilə qiyməti ucuzlaşdırdıq ki, valideynlər uşaqlarına pambıq, yun tərkibli keyfiyyətli geyim alsınlar. Bizim istehsal etdiyimiz formalar standartlara uyğundur. Məhsullarımızın uyğunluq sertifikatı var. Amma Çindən gətirilən məktəbli formaları bazarı tutub. Təəssüf ki, cüzi qiymət fərqinə görə valideynlər əksər hallarda yenə mənşəyi naməlum olan geyimlərə üstünlük verirlər".
E.Əzimov hazırda həm qısaqol, həm də uzunqol köynəklərin 12 manata satıldığını söyləyib. Onun sözlərinə görə, Ətəklərin və şalvarların qiyməti isə 20 manatdır.
Satış müdiri deyir ki, jaketləri isə Türkiyədən gətirdiklərindən qiyməti aşağı salmaq mümkün deyil. Məktəbli jaketləri 30 manata təklif olunur. Satış müdiri hər ölçüdə məktəbli formasının olduğunu, tikiş müəssisəsinin təlabatı ödəmək üçün gündəlik iş rejiminə keçdiyini söyləyib. Hazırda Tərtər, Yevlax, Lənkəran, Qəbələ, Bərdə, Masallı, Quba və Şamaxıda məktəbli formalarının satışının təşkil edildiyini söyləyib.
Pərakəndə ticarət obyektlərində isə məktəbli formalarının qiyməti fərqlidir. Çin istehsalı olan məktəbli köynəkləri 7-8-9 manat, Türkiyə istehslalı olanlar 20-25 manatdır. Ətək və şalvarlar isə 11-18 manat arasında dəyişir. Satıcılar qiymətin keyfiyyətə görə dəyişdiyini, Çin istehsalı olan məktəbli formalarına təlabatın daha yüksək olduğunu söylədilər.
Müşahidələrimiz göstərdi ki, bu il məktəbli formalarının qiymətində 20 faiz ucuzlaşma olsa da, bazarda ən çox təlabat Çindən idxal olunan məktəbli formalarınadır. Satıcılar isə bu formaları yerli sexlərdən aldıqlarını, parçaların Çindən gətirildiyini söylədilər. Bildirdilər ki, xammal Çindən gətirilsə də, məktəbli formaları ölkədə sexlərdə tikilərək satışa buraxılır. Satıcılar sexlərdə tikilən məktəbli formalarının materialının pambıq və yun olmadığını təsdiqlədilər.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında 17 mart 2022-ci il 96 nömrəli qərarına görə, oğlanlar üçün şalvarlar və ətəklər yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan tikilməlidir. Köynəklər isə pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) olmalıdır. Jaketlər isə yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.