https://sputnik.az/20240831/mektebli-levazimatlarinin-qiymeti-bahalasib--foto-video-467019826.html
Məktəbli ləvazimatlarının qiyməti bahalaşıb -Foto-Video
Məktəbli ləvazimatlarının qiyməti bahalaşıb -Foto-Video
Sputnik Azərbaycan
Satıcılarlar yeni tədris ili ərəfəsi satışın o qədər də çox olmadığını söylədilər. 31.08.2024, Sputnik Azərbaycan
2024-08-31T09:18+0400
2024-08-31T09:18+0400
2024-08-31T09:18+0400
məktəb
təhsil
ləvazimat
qiymət
azərbaycan
qələm
çanta
dəftər
qəpik
manat
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1d/466990682_0:120:1280:840_1920x0_80_0_0_f1172f1271ce0640fb1476503e420d1b.jpg
BAKI, 31 avqust — Sputnik. "Bu il çantaların qiyməti xeyli bahalaşıb. Ötən il 15-20 manata çanta almaq mümkün idisə, bu il həmin çantaların qiyməti 35 manatdan aşağı deyil". Bunu Sputnik Azərbaycan-a müsahibəsində övladı üçün məktəb bazarlığı edən valideyn Günel Salmanova söyləyib.O, bildirib ki, üç övladı məktəblidir. Onlardan ikisinə bu il məktəbli çantası almalıdır. Sputnik Azərbaycan məktəbli ləvazimatları bazarında müşahidə aparıb. Satıcılar da çantaların və digər məktəbli ləvazimatlarının qiymətində artım olduğunu təsdiqləyiblər. Bunun Türkiyədə qiymətlərin bahalaşması və Ukraynada olan münaqişə ilə bağlı olduğunu söyləyiblər. Onlar Çindən gətirilən məktəbli ləvazimatlarının da qiymətində cüzi artım olduğunu bildirdilər. Paytaxtın Elmlər Akademiyası metro stansiyası ətrafında yerləşən məktəbli ləvazimatları satış obyektlərində endirimlə belə qiymətlərdə artım müşahidə olunurdu. Çantaların qiyməti 35 manatdan başlayaraq 190 manatadək dəyişir. Satıcılar ən bahalı məktəbli çantaların Türkiyə istehsalı olduğunu söylədilər.Rəngli karandaşların qiymət 8 manatdan 15 manatadəkdir.Sadə qələmlərin qiyməti 30-50 qəpik, qələm qabları 8-12 manata satılır. Qələmyonanlar və pozanların qiyməti 40-50 qəpik, xətkeşlərin qiyməti isə 90 qəpik - 1 manatdır. Satıcılarlar yeni tədris ili ərəfəsində satışın o qədər də çox olmadığını söylədilər. Bildirdilər ki, valideynlərin çoxu onlayn yolla xaricdən əsas ləvazimatları aldıqlarından, yalnız dəftər-qələm satılır. Onlar dəftərlərin qiymətində 5-10 qəpik bahalaşma olduğunu təsdiqlədilər. Valideynlər isə təkcə məktəbli ləvazimatları almaq üçün bir uşaq üçün minimum 150 manat xərc tələb olunduğunu söylədilər. Onlar qiymətlərə məktəbli forması və ayaqqabı da daxil olarsa, bir şagirdi məktəbə yola salmağın 250 manata başa gəldiyini bildirdilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240807/mektebli-formalarinin-satis-unvanlari-aciqlanib-466532219.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1d/466990682_0:0:1280:960_1920x0_80_0_0_3aac1ed5074c1ba892ba47a968bb33fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, ləvazimat, qiymət, azərbaycan, qələm, çanta, dəftər, qəpik, manat, türkiyə, çin, bazar, məktəbli forması
məktəb, ləvazimat, qiymət, azərbaycan, qələm, çanta, dəftər, qəpik, manat, türkiyə, çin, bazar, məktəbli forması
Məktəbli ləvazimatlarının qiyməti bahalaşıb -Foto-Video
Satıcılarlar yeni tədris ili ərəfəsi satışın o qədər də çox olmadığını söylədilər.
BAKI, 31 avqust — Sputnik. "Bu il çantaların qiyməti xeyli bahalaşıb. Ötən il 15-20 manata çanta almaq mümkün idisə, bu il həmin çantaların qiyməti 35 manatdan aşağı deyil". Bunu Sputnik Azərbaycan-a müsahibəsində övladı üçün məktəb bazarlığı edən valideyn Günel Salmanova söyləyib.
O, bildirib ki, üç övladı məktəblidir. Onlardan ikisinə bu il məktəbli çantası almalıdır.
"Normal görünüşü və keyffiyyəti olan çantaların qiyməti 50 manatdır. Ən ucuzunu alsam, 35 manatdır. Çantaların qiyməti bu il bahalaşıb. İki qızım üçün məktəbli çantası almalıyam. Oğlum isə iki il əvvəl aldığım çanta ilə məktəbə gedəcək. Çantalarla yanaşı dəftər, qələm, məktəbli geyimi, ayaqqabı da almalıyam", - deyə valideyn məktəbli ləvazimatlarının bahalşmasından şikayətlənib.
Sputnik Azərbaycan məktəbli ləvazimatları bazarında müşahidə aparıb. Satıcılar da çantaların və digər məktəbli ləvazimatlarının qiymətində artım olduğunu təsdiqləyiblər. Bunun Türkiyədə qiymətlərin bahalaşması və Ukraynada olan münaqişə ilə bağlı olduğunu söyləyiblər. Onlar Çindən gətirilən məktəbli ləvazimatlarının da qiymətində cüzi artım olduğunu bildirdilər.
Paytaxtın Elmlər Akademiyası metro stansiyası ətrafında yerləşən məktəbli ləvazimatları satış obyektlərində endirimlə belə qiymətlərdə artım müşahidə olunurdu.
Çantaların qiyməti 35 manatdan başlayaraq 190 manatadək dəyişir. Satıcılar ən bahalı məktəbli çantaların Türkiyə istehsalı olduğunu söylədilər.
12 vəqərli dəftələr - 15-30 qəpik;
24 vərəqli dəftərlər - 40-50 qəpik;
60 vərəqli dəftərlər - 65-80 qəpik;
90-100 vərəqli dəftərlər - 95 qəpik-1 manat.
Rəngli karandaşların qiymət 8 manatdan 15 manatadəkdir.
Sadə qələmlərin qiyməti 30-50 qəpik, qələm qabları 8-12 manata satılır. Qələmyonanlar və pozanların qiyməti 40-50 qəpik, xətkeşlərin qiyməti isə 90 qəpik - 1 manatdır.
Satıcılarlar yeni tədris ili ərəfəsində satışın o qədər də çox olmadığını söylədilər. Bildirdilər ki, valideynlərin çoxu onlayn yolla xaricdən əsas ləvazimatları aldıqlarından, yalnız dəftər-qələm satılır. Onlar dəftərlərin qiymətində 5-10 qəpik bahalaşma olduğunu təsdiqlədilər.
Valideynlər isə təkcə məktəbli ləvazimatları almaq üçün bir uşaq üçün minimum 150 manat xərc tələb olunduğunu söylədilər. Onlar qiymətlərə məktəbli forması və ayaqqabı da daxil olarsa, bir şagirdi məktəbə yola salmağın 250 manata başa gəldiyini bildirdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.