Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paris-2024: Raman Saley 2-ci medalını qazandı, Mehriban Əliyeva onu yenə təbrik etdi

© Photo : Social media page of Azerbaijan National Paralympic CommitteeAzərbaycanın paraüzgüçüsü Raman Saley
Azərbaycanın paraüzgüçüsü Raman Saley - Sputnik Azərbaycan, 1920, 04.09.2024
Abunə olmaq
Birinci vitse-prezident qeyd edib ki, idmançının əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır!
BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın paraüzgüçüsü Raman Saleyin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə bağlı paylaşım edib.
“Raman Saleyin növbəti qələbəsi! Bürünc medal! İdmançımızın əldə etdiyi medallar məharətin, güclü iradənin və qələbə əzminin layiqli mükafatıdır! Paraüzgüçünü səmimi-qəlbdən təbrik edir, ona yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!” paylaşımda deyilir.
Xatırladaq ki, Ramen Saley avqustun 31-də S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb. O, finişə 1 dəqiqə 67 saniyə ilə çataraq ikinci olub və gümüş medal qazanıb.
31.08.24, 20:56
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycanın paraüzgüçüsü Raman Saleyin Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı paylaşım edib.
"Gümüş medal! 🙏🙏Paraüzgüçü Raman Saley Azərbaycanı “Paris-2024” Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdi! İdmançımızı təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!" - Mehriban Əliyevanın paylaşımında deyilir.
***
Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.
Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.
29.08.24, 12:37
Azərbaycanın üç paralimpiyaçısı "Paris-2024"də mübarizəyə başlayır
Azərbaycan paralimpiyaçıları bu gün "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaqlar.
İlk yarış günündə üç idmançımız qüvvəsini sınayacaq.
Əvvəlcə paraüzgüçü Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxası üstə üzmə) çıxış edəcək.
Daha sonra parakamandan oxatma üzrə yığmanın üzvü Cahan Musayev hədəfi dəqiq nişan almağa çalışacaq.
Ardınca isə parataekvondoçu Sabir Zeynalov (K44 kateqoriyası, 58 kiloqram) dayanq üzərinə çıxacaq. O, mübarizəyə 1/4 finaldan qoşulacaq.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur.
Xatırladaq ki, dünən "Paris-2024" Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Tədbirin gedişində paralimpiyaçıların paradı olub. Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandırıblar.
Xəbər lenti
0