Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Türkiyənin BRİKS-ə qoşulmaq niyyəti niyə Qərbi narahat edir?

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidBRİKS, arxiv
BRİKS, arxiv - Sputnik Azərbaycan, 1920, 03.09.2024
Abunə olmaq
Politoloq qeyd edir ki, Qərb tərəfindən Türkiyənin niyyətinin tənqid edilməsi başa düşülən deyil.
BAKI, 3 sentyabr — Sputnik. Bloomberg mənbələrə istinadən yazır ki, Türkiyə BRİKS-ə üzv olmaq üçün müraciət edib.
Agentlik qeyd edir ki, Türkiyə qlobal təsirini gücləndirmək və ənənəvi Qərb müttəfiqlərindən kənarda yeni əlaqələr qurmaq istəyən BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə avqustun 20-də bildirib ki, Azərbaycan BRİCS-ə üzv olmaq üçün rəsmi ərizə verib.
Millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov bildirib ki, ABŞ-ın mütəmadi olaraq digər dövlətlərin daxili işlərinə qarışmağa və onların xarici siyasətinə təsir göstərməyə çalışdığı bir şəraitdə Cənubi Amerika, Asiya və Afrikanın bir çox ölkələri kimi Azərbaycan da BRİKS ilə öz suverenliyini möhkəmləndirmək imkanını əlaqələndirir.

"Ölkələr BRİKS-də öz suverenliklərini müdafiə etmək və möhkəmləndirmək üçün fürsət tapırlar. Bu həm Azərbaycanın, həm də digər yeni iştirakçıların inteqrasiyasında ən mühüm amillərdən biridir. Bu gün bəşəriyyətin əksəriyyətini Avropa İttifaqından olan yeni əxlaqın azsaylı, lakin son dərəcə fəal tərəfdarlarının diktəsinə müqavimət göstərən bir mənəvi cəhət birləşdirir", - Mixaylov bildirib.

© Sputnik / Murad OrujovMillətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov
Эксперт по международным конфликтам Евгений Михайлов - Sputnik Azərbaycan, 1920, 03.09.2024
Millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylov
Onun sözlərinə görə, Qərbin Rusiya Federasiyasına qarşı sanksiya siyasəti əks effekt verir, BRİKS assosiasiyasının inkişafı üçün ilkin şərtlər yaradır.
Liviya Xarici İşlər Nazirliyinin keçmiş rəhbərinin müavini, beynəlxalq münasibətlər tarixi professoru Usman əl-Bədri isə bildirib ki, Türkiyənin BRİKS-ə qoşulması ona iqtisadi fayda gətirəcək və Qərbə təzyiqi artıracaq.

"Türkiyənin BRİKS assosiasiyasına qoşulması barədə düşünməyə vadar edən səbəblər əsasən Avropa İttifaqının Türkiyəni qəbul etməkdən daim imtina etməsi ilə bağlıdır. Onun BRİKS-ə qoşulması bu təzyiqi artırmaq üçün bir addım ola bilər", - deyə əl-Bədri bildirib.

Professor qeyd edib ki, Türkiyənin geosiyasi mövqeyi BRİKS-ə yaxındır və bu, onun assosiasiyaya qoşulmasından əldə edə biləcəyi mümkün iqtisadi faydaları artıracaq.
Liviyanın keçmiş xarici işlər nazirinin müavini deyir ki, bu iqtisadi perspektiv Türkiyəyə böyük fayda gətirə bilər.
Türkiyənin Rusiyadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib ki, Türkiyənin BRİKS-ə rəsmi şəkildə qoşulmaq üçün müraciət etməsi ilə bağlı xəbərlər Qərbin belə bir perspektivə reaksiyasını öyrənmək üçün düşünülmüş cəhd ola bilər.

"Hələlik rəsmi qurumlardan bu məlumatın təsdiqi yoxdur. Ola bilsin ki, Türkiyə hadisələrin bu şəkildə necə inkişaf edəcəyini yoxlamaq istəyir Bu il baş tutacaq BRİKS sammitinə hələ 2 ay qalıb və o günə qədər Türkiyə rəsmiləri Qərbin reaksiyasını qiymətləndirəcək", - Sezer qeyd edib.

Sezer hesab edir ki, bir seçim olaraq, Türkiyə bu üzvlük prosesindən Qərb ölkələrindən kreditlər və investisiyalar əldə etmək üçün sövdələşmə vasitəsi kimi istifadə edə bilər.
O, həmçinin qeyd edib ki, Türkiyənin Qərb maliyyə qurumları ilə münasibətlərini nəzərə alsaq, BRİKS-ə üzvlük onun üçün riskli ola bilər və bu platforma çərçivəsində əməkdaşlıq perspektivlərini anlamaq üçün vəziyyət sınaqdan keçirilir.
Politoloq Fərhad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, BRİKS Qərblə münasibətlərin problemlər yaşayan, daha suveren siyasət həyata keçirmək istəyən ölkələrin birliyidir:

"Bu, böyük yeddiliyə alternativ olan qurumdur. Hal-hazırda BRİKS-in əsas məqsədi ABŞ mərkəzli maliyyə sisteminə alternativ qlobal maliyyə sisteminin yaradılmasıdır. Türkiyə və Azərbaycanda məhz bu kontekstdə BRİKS-ə maraq göstərir. Çünki yaxın gələcəkdə ABŞ mərkəzli maliyyə sisteminə alternativ olan maliyyə sisteminin yaradılması gözlənilir".

© Sputnik / Murad OrujovFərhad Məmmədov
Директор Центра стратегических исследований при Президенте Азербайджана Фархад Мамедов - Sputnik Azərbaycan, 1920, 03.09.2024
Fərhad Məmmədov
Politoloq qeyd edir ki, Qərb tərəfindən Türkiyənin niyyətinin tənqid edilməsi başa düşülən deyil:

"Çünki BRİKS-ə üzvlük Türkiyənin NATO və Aİ qarşısındakı öhdəliklərinə zidd deyil. Bu sırf ABŞ-ı narahat edir. ABŞ müttəfiqlərinin "Swift"dən çıxmasını istəmir, eyni zamanda onun alternativlərinin yaranmasına qarşıdır. ABŞ dünya maiyyə sitemini idarə etmək üçün belə bir sistem yaradıb və ona alternativlərin yaradılması qısqanclıqla yanaşır".

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib ki, Çin BRİKS əməkdaşlığında daha çox həmfikir tərəfdaşların iştirakını dəstəkləyir. Diplomat əlavə edib ki, BRİKS inkişaf etməkdə olan bazar və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq üçün mühüm platformadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İlham Əliyev və Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 28.08.2024
SİYASƏT
Azərbaycanın Rusiya əməkdaşlığı Qərbdə bəlli dairələri narahat edib - Politoloq
Xəbər lenti
0