SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Rusiya əməkdaşlığı Qərbdə bəlli dairələri narahat edib - Politoloq

© AP Photo / Софья Сандурскаяİlham Əliyev və Vladimir Putin, arxiv
İlham Əliyev və Vladimir Putin, arxiv - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Abunə olmaq
Politoloq bildirir ki, Qərbin bölgə ilə bağlı maraqlarının qarşısında dayanan və öz suveren siyasətini sərgiləyən məhz Azərbaycandır.
BAKI, 28 avqust — Sputnik. Azərbaycan AŞPA münasibətlərində gərginlik səngimək bilmir. Qeyd edək ki, Almaniya Parlamentinin üzvü Frank Şvabe “Azadlıq Radiosunda” 23 avqust tarixində dərc edilmiş müsahibəsi zamanı, Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığını bildirərək, Azərbaycanın Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib.
Azərbaycan XİN Frank Şvabeyə sərt cavab verib və onu arzuolunmaz şəxslər siyahısına daxil edib.
Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a bildirib ki, Şvabe Azərbaycanla bağlı ittihamlarında haqlı deyil:

"Azərbaycanı AŞPA qarşısında öhdəliklərini yerinə yetirməməkdə ittiham edirlər. Görünür Azərbaycanın Rusiya əməkdaşlığı genişləndirmək istiqamətində atdığı addımlar Qərbdə bəlli dairələri narahat edib. Bu gün Qərb və Rusiya arasında geosiyasi rəqabətin yeni mərhələyə daxil olduğu hamıya məlumdur. Qərb Cənubi Qafqazın geosiyasi konfiqurasiyasının dəyişməkdə qərarlıdır və bunun üçün Ermənistandan istifadə edir".

Politoloq onu da bildirib ki, bu ilin oktyabrında Qərb Gürcüstanda keçiriləcək parlament seçkiləri öncəsi bu ölkədə qızılgül inqilabını həyata keçirməyə çalışacaq, öz maraqlarına xidmət edəcək siyasi qüvvələrin hakimiyyəytə gətirilməsini təmin etmək istəyəcək:
"Qərbin bölgə ilə bağlı maraqlarının qarşısında dayanan və öz suveren siyasətini sərgiləyən məhz Azərbaycandır. Bu da Azərbaycan liderinin bölgənin təhlükəsizlik məsələləri ilə bağlı baxışlarından qaynaqlanır. İlham Əliyev bölgənin təhlükəsizlik problemlərinin həllini "3+3" formatında gördüyünü bəyan edib. Bu da bölgə ölkələrini tam mənada qane edir".
© Photo : Courtesy of Elshan ManafovElşən Manafov
Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 28.08.2024
Elşən Manafov
Elşən Manafovun fikrincə, mövcud vəziyət Qərbi, xüsusən də ABŞ-ı qane etmir:

"Onu da qeyd edim ki, dəhlizlərlə bağlı məsələlərdə mövqelər fərqlidir. Qərbin dəhlizlərlə bağlı yanaşması Rusiya və Çinə, ŞƏT və BRİKS ölkələrinin maraqlarının əleyhinədir. Buna görə də Azərbaycana siyasi təzyiq və təhdidləri artırmağa çalışırlar. İndi də parlament seçkilərini müşahidə etməklə bağlı AŞPA-ya qarşı Azərbaycanın mövqeyini tənqid edirlər. Azərbaycan Aİ və Avropa Şurası qarşçısında götürdüyü öhdəliklərə hər zaman sadiq qalıb, hüquq, məhkəmə, siyasi sistemində islahatlar aparıb. Görünür ki, Qərbin məlum təhdidləri həm də Xəzər su hövzəsi ilə bağlı maraqlarından qaynaqlanır. Azərbaycan Qərbin bu maraqlarının qarşısında sipərdir. Azərbaycan Qərblə iqtisadi-ticari əməkdaşlığın əleyhinə deyil. Ölkəmiz öz karbohidrogen ehtiyatlarının məhz Qərb bazarında satır. Qərbdən olan diplomatlar da Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rola böyük əhəmiyyət verdiklərini bildirirlər. Lakin maraqlıdır ki, dəhlizlərlə və investisiya ilə bağlı açıqlamalarda Qərb Azərbaycanın maraqlarını nəzər almaq istəmir".

"Azərbaycan və AŞPA arasında münasibətlər onların "məsələhət bildiyi" istiqamətdə inkişaf edəcəksə, qurumda fəaliyyətimiz bərpa edilməyəcək. Azərbaycanın AŞPA-dakı mandat hüququ bərpa olunmalıdır. Bundan sonra AŞPA ilə bərabərhüququlu tərəf kimi münasibətlərin gələcəyi barədə danışıqları davam etdirə bilərik. Bizim hamımıza yaxşı bəlli olan Türiyə nümunəsi var. Qardaş ölkə 40 ilə yaxındır ki, Aİ-nin qapısında gözlədilir. Ümumiyyətlə, Qərbdə və NATO-dan Türkiyəyə göstərilən münasibət əslində mehriban düşmənçiliyi ehtiva edir", - Elşən Manafov qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Aİ bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 26.08.2024
SİYASƏT
Azərbaycandan Aİ diplomatlarına xəbərdarlıq: münasibətlərin gələcəyi necə olacaq?
Xəbər lenti
0