https://sputnik.az/20240902/azerbaycanin-nar-ixraci-niye-azalib-467013775.html
Azərbaycanın nar ixracı niyə azalıb?
Azərbaycanın nar ixracı niyə azalıb?
Sputnik Azərbaycan
Aqrar sahə üzrə ekspert bildirib ki, nar bağlarında aqrotexniki qulluq işlərinin vaxtında və düzgün aparılması çox mühümdür və bu, məhsuldarlığı artırır... 02.09.2024, Sputnik Azərbaycan
2024-09-02T09:18+0400
2024-09-02T09:18+0400
2024-09-02T09:18+0400
nar
iqtisadiyyat
ixrac
azərbaycan
rusiya
dövlət gömrük komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/06/433955915_0:256:2730:1792_1920x0_80_0_0_4733d0b8791fe1f36c8f7840b684b4b4.jpg
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycanın nar ixracında azalma qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 3,2 milyon dollar dəyərində 3651 ton nar ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,4 dəfə, miqdar baxımından 1,7 dəfə azdır. Narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər və s. hazırlanır. Azərbaycan nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada "Çəhrayı gülöyşə", "Bala Mürsəl", "Azərbaycan gülöyşəsi", "Nazik qabıq", "Vələs", "İri gilə" və s. sortlar becərilir. "Keçən il yağıntıların çox olması narın keyfiyyətinə mənfi təsir götərib" Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, hava şəraitinin pis keçməsi və aqrotexniki qulluq işlərinin düzgün aparılmaması məhsulun keyfiyyətinə təsir göstərə bilər:Ekspert bildirib ki, nar bağlarında aqrotexniki qulluq işlərinin vaxtında və düzgün aparılması çox mühümdür və bu, məhsuldarlığı artırır:"Hansı fermer aqrotexniki qulluq işlərini düzgün aparırsa, normal məhsul da götürür. Xarici ölkələrdə Azərbaycan narına həmişə tələbat var". Onun sözlərinə görə, hava şəraitinin pis keçməsi nəticəsində bu il gilas meyvəsinin ixracında da azalma gözlənilir:Sığortalanan nar bağlarının sahəsi 2 dəfədən çox artıb Qeyd edək ki, bu yaxınlarda Aqrar Sığorta Fondunda Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyasının üzvləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanda nar bağlarının üzləşdiyi risklər və əkin sahələrinin aqrar sığota vasitəsilə qorunması müzakirə edilib. Görüşdə Aqrar Sığotra Fondunun sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta vasitəsilə 41 növ bitkini sığorta etmək mümkündür, bura meyvə bağları, o cümlədən nar bitkisi də aiddir:Fond rəhbəri vurğulayıb ki, görüşdə məqsəd ölkəmizdə nar bitkisinin sığortasını genişləndirmək, bu sahədə fəaliyyət göstərən fermer və sahibkarların gəlirlərini qorumaqdır. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov görüşdə bildirib ki, təşkilat öz sıralarında respublikanın müxtəlif bölgələrində 500-dən artıq fermer və sahibkarı birləşdirir.Onun sözlərinə görə, hər il ölkədə 187 min ton ətrafında nar məhsulu yığılır, bundan 29 min ton və ya 15% ölkədən xaricə ixrac edilir, hazırda nar ölkəyə valyuta gətirən ixrac məhsullarından birinə çevrilib. Görüşdə aqrar sığorta mexanizmi vasitəsilə nar əkinlərinin sığortalanması imkanları təqdim edilib. Bildirilib ki, sığorta haqqının ödənilməsində tətbiq edilən 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə nar əkinlərini sığorta edə bilərlər. Belə ki, nar bağlarının böyük hissəsinin yerləşdiyi Mərkəzi Aran regionunda 1000 manatlıq nar məhsulunun baza zərfi ilə sığortalanması fermerə cəmi 8,2 manata başa gəlir. Fermerlər əlavə ödənişlə nar bağını dolu nəticəsində baş verən keyfiyyət itkisi və şaxtavurma kimi risklərdən də sığorta edə bilərlər. Görüşdə bildirilib ki, aqrar sığorta şərtlərinin sərfəli olmasına görə, ölkədə sığortalanan nar bağlarının sahəsi artmaqdadır. 2023-cü ildə 455 hektar nar bağı sığorta edildiyi halda, 2024-cü ildə bu rəqəm 2 dəfədən çox artaraq 1000 hektara yaxınlaşıb. Keçən il nar ixracının 85 faizi Rusiyanın payına düşüb Xatırladaq ki, Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanın ümumi nar ixracının 85 faizi Rusiyanın payına düşüb. Keçən il Azərbaycan Rusiyaya 24313 ton, Belarusa 368 ton, Qazaxıstana 441 ton nar ixrac edib. Bundan başqa, Azərbaycandan Gürcüstana, Ukraynaya, Moldovaya və digər ölkələrə nar ixrac edilib.Rəsmi məlumatlara əsasən, 2021-ci ildə Azərbaycandan xarici ölkələrə 29,2 milyon dollarlıq, 2022-ci ildə 31,6 milyon dollarlıq nar məhsulu ixrac olunub. Yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir. Nar bağlarının salınması üçün dövlət tərəfindən birdəfəlik subsidiya ayrılır. Hər hektar intensiv nar bağlarının salınmasına görə 3000 manat subsidiya verilir. Assosiasiya: Yağıntı və istilər narın məhsuldarlığına təsir göstərib Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov "Report"a deyib ki, Azərbaycanda yağıntıların həddindən artıq olması və ondan sonra kəskin istilərin düşməsi narın məhsuldarlığına təsir göstərib:Onun sözlərinə görə, dərman, gübrə və pestisidlərin qiymətlərində dövri olaraq artım müşahidə edilir:"Bu da fermerlərin rifahına kifayət qədər mənfi təsir göstərən amillərdən biridir. Xüsusilə regionlarda baş verən münaqişələr bu bahalaşmaya zəmin yaradır. Narın maya dəyərində biz bu qiymət artımını nəzərə almağa çalışsaq da, ixrac edilən ölkələrdə məhsulun alıcılıq qabiliyyəti və regionda baş verən qlobal proseslər də məhsulun qiymətinin aşağı enməsinə səbəb olur". O qeyd edib ki, hazırda rəhbərlik etdiyi qurum Azərbaycan narını yeni bazarlara çıxarmağa, bir növ ölkənin nar ixracını şaxələndirməyə çalışır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240827/azerbaycanin-ciyelek-ixraci-keskin-artib---esas-bazarimiz-rusiyadir---artimin-sebebleri-466914360.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/06/433955915_0:0:2730:2048_1920x0_80_0_0_8b2a116e35e1f00cc8b7c214c1ff0895.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nar, ixrac, azərbaycan, rusiya, dövlət gömrük komitəsi
nar, ixrac, azərbaycan, rusiya, dövlət gömrük komitəsi
Azərbaycanın nar ixracı niyə azalıb?
Aqrar sahə üzrə ekspert bildirib ki, nar bağlarında aqrotexniki qulluq işlərinin vaxtında və düzgün aparılması çox mühümdür və bu, məhsuldarlığı artırır. Xarici ölkələrdə Azərbaycan narına həmişə tələbat var.
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycanın nar ixracında azalma qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 3,2 milyon dollar dəyərində 3651 ton nar ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,4 dəfə, miqdar baxımından 1,7 dəfə azdır.
Narın meyvəsi həm təzə halda istehlak üçün, həm də sənayedə emal edilmək məqsədilə istifadə olunur. Qida sənayesində mədəni və yabanı nar sortlarından müxtəlif məmulatlar, şirələr, şərbətlər, spirtsiz içkilər və s. hazırlanır. Azərbaycan nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada "Çəhrayı gülöyşə", "Bala Mürsəl", "Azərbaycan gülöyşəsi", "Nazik qabıq", "Vələs", "İri gilə" və s. sortlar becərilir.
"Keçən il yağıntıların çox olması narın keyfiyyətinə mənfi təsir götərib"
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, hava şəraitinin pis keçməsi və aqrotexniki qulluq işlərinin düzgün aparılmaması məhsulun keyfiyyətinə təsir göstərə bilər:
"Böyük ehtimal ki, keyfiyyətsiz məhsul xaricə göndərilməyib. Çünki ixrac üçün keyfiyyətli, standartlara cavab verən məhsullar olmalıdır. İxracın azalması keyfiyyətli məhsulun az olması ilə bağlı ola bilər. Keçən il yağıntıların çox olması narın keyfiyyətinə mənfi təsir götərib".
Ekspert bildirib ki, nar bağlarında aqrotexniki qulluq işlərinin vaxtında və düzgün aparılması çox mühümdür və bu, məhsuldarlığı artırır:
"Hansı fermer aqrotexniki qulluq işlərini düzgün aparırsa, normal məhsul da götürür. Xarici ölkələrdə Azərbaycan narına həmişə tələbat var".
Onun sözlərinə görə, hava şəraitinin pis keçməsi nəticəsində bu il gilas meyvəsinin ixracında da azalma gözlənilir:
"Bu il hava şəraitinin pis keçməsi əsasən gilas istehsalına çox təsir edib. Digər meyvələrin istehsalında (alma, şaftalı və s. - red.) isə ciddi problem yoxdur".
Sığortalanan nar bağlarının sahəsi 2 dəfədən çox artıb
Qeyd edək ki, bu yaxınlarda Aqrar Sığorta Fondunda Azərbaycan Nar İstehsalı və İxracatı Assosiasiyasının üzvləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanda nar bağlarının üzləşdiyi risklər və əkin sahələrinin aqrar sığota vasitəsilə qorunması müzakirə edilib. Görüşdə Aqrar Sığotra Fondunun sədri Fuad Sadıqov bildirib ki, aqrar sığorta vasitəsilə 41 növ bitkini sığorta etmək mümkündür, bura meyvə bağları, o cümlədən nar bitkisi də aiddir:
"Ölkədə rəsmi qeydiyyatdan keçmiş 8 min hektaradək nar bağı var, amma qeydiyyatda olmayan, o cümlədən həyatyanı sahələrdə yaradılan bağları nəzərə aldıqda bu rəqəm bir neçə dəfə artıqdır. Nar bağlarının böyük hissəsi – təqribən 80%-i Mərkəzi Aran regionunun payına düşür".
Fond rəhbəri vurğulayıb ki, görüşdə məqsəd ölkəmizdə nar bitkisinin sığortasını genişləndirmək, bu sahədə fəaliyyət göstərən fermer və sahibkarların gəlirlərini qorumaqdır.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov görüşdə bildirib ki, təşkilat öz sıralarında respublikanın müxtəlif bölgələrində 500-dən artıq fermer və sahibkarı birləşdirir.
Onun sözlərinə görə, hər il ölkədə 187 min ton ətrafında nar məhsulu yığılır, bundan 29 min ton və ya 15% ölkədən xaricə ixrac edilir, hazırda nar ölkəyə valyuta gətirən ixrac məhsullarından birinə çevrilib.
Görüşdə aqrar sığorta mexanizmi vasitəsilə nar əkinlərinin sığortalanması imkanları təqdim edilib. Bildirilib ki, sığorta haqqının ödənilməsində tətbiq edilən 50%-lik dövlət dəstəyi sayəsində fermerlər cüzi məbləğ ödəməklə nar əkinlərini sığorta edə bilərlər. Belə ki, nar bağlarının böyük hissəsinin yerləşdiyi Mərkəzi Aran regionunda 1000 manatlıq nar məhsulunun baza zərfi ilə sığortalanması fermerə cəmi 8,2 manata başa gəlir. Fermerlər əlavə ödənişlə nar bağını dolu nəticəsində baş verən keyfiyyət itkisi və şaxtavurma kimi risklərdən də sığorta edə bilərlər. Görüşdə bildirilib ki, aqrar sığorta şərtlərinin sərfəli olmasına görə, ölkədə sığortalanan nar bağlarının sahəsi artmaqdadır. 2023-cü ildə 455 hektar nar bağı sığorta edildiyi halda, 2024-cü ildə bu rəqəm 2 dəfədən çox artaraq 1000 hektara yaxınlaşıb.
Keçən il nar ixracının 85 faizi Rusiyanın payına düşüb
Xatırladaq ki, Azərbaycan narı əsasən Rusiya bazarına göndərilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycanın ümumi nar ixracının 85 faizi Rusiyanın payına düşüb. Keçən il Azərbaycan Rusiyaya 24313 ton, Belarusa 368 ton, Qazaxıstana 441 ton nar ixrac edib. Bundan başqa, Azərbaycandan Gürcüstana, Ukraynaya, Moldovaya və digər ölkələrə nar ixrac edilib.
Rəsmi məlumatlara əsasən, 2021-ci ildə Azərbaycandan xarici ölkələrə 29,2 milyon dollarlıq, 2022-ci ildə 31,6 milyon dollarlıq nar məhsulu ixrac olunub. Yeni nar bağlarının salındığını və onların yaxın gələcəkdə məhsul verəcəyini nəzərə alanda nar məhsulunun ixracda payının daha da artacağı gözlənilir. Nar bağlarının salınması üçün dövlət tərəfindən birdəfəlik subsidiya ayrılır. Hər hektar intensiv nar bağlarının salınmasına görə 3000 manat subsidiya verilir.
Assosiasiya: Yağıntı və istilər narın məhsuldarlığına təsir göstərib
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov "Report"a deyib ki, Azərbaycanda yağıntıların həddindən artıq olması və ondan sonra kəskin istilərin düşməsi narın məhsuldarlığına təsir göstərib:
"Hazırda bağlarda yekun aqro-texniki qulluq prosesləri gedir. Ümumilikdə hava şəraiti ilə bağlı bəzi yerlərdə sel və digər yağıntı fəsadları özünü göstərib. Narçılığın geniş yayıldığı coğrafi ərazilərdə də bunu müşahidə edirik. Fikrimcə, bəzi regionlarda fermerlərimiz adıçəkilən problemlə üzləşə bilərlər. Amma hələ ki, bu fəsadların statistik göstəricisi ilə bağlı yekun fikir bildirmək mümkün deyil. Çünki bununla bağlı yalnız yığım zamanı rəy verilə bilər. Yığım isə sentyabrın sonu, oktyabrın ilk on günlüyündə başlayacaq".
Onun sözlərinə görə, dərman, gübrə və pestisidlərin qiymətlərində dövri olaraq artım müşahidə edilir:
"Bu da fermerlərin rifahına kifayət qədər mənfi təsir göstərən amillərdən biridir. Xüsusilə regionlarda baş verən münaqişələr bu bahalaşmaya zəmin yaradır. Narın maya dəyərində biz bu qiymət artımını nəzərə almağa çalışsaq da, ixrac edilən ölkələrdə məhsulun alıcılıq qabiliyyəti və regionda baş verən qlobal proseslər də məhsulun qiymətinin aşağı enməsinə səbəb olur". O qeyd edib ki, hazırda rəhbərlik etdiyi qurum Azərbaycan narını yeni bazarlara çıxarmağa, bir növ ölkənin nar ixracını şaxələndirməyə çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.