Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın çiyələk ixracı kəskin artıb - Əsas bazarımız Rusiyadır - Artımın səbəbləri

© Sputnik / Виталий Тимкив / Mediabanka keçidÇiyələk yığımı, arxiv
Çiyələk yığımı, arxiv - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Abunə olmaq
Ekspert bildirib ki, bu il çiyələk ixracında əhəmiyyətli artım müşahidə edilir və məhsulun əksəriyyəti Rusiyaya göndərilib. Əvvəllər bir çiyələk tağından ən çox 20-30 gün ərzində məhsul yığmaq olurdusa, indi bir çiyələk tağından bütün yay boyu məhsul götürmək olur.
BAKI, 27 avqust — Sputnik. Azərbaycanın təzə çiyələk ixracı kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 22,5 milyon dollar dəyərində 16853 ton təzə çiyələk ixrac edilib. Çiyələk ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 25,6 faiz, miqdar baxımından 30,1 faiz artıb.
"Rusiya bazarında Azərbaycan çiyələyinə tələbat var"
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu il çiyələk ixracında əhəmiyyətli artım müşahidə edilir və məhsulun əksəriyyəti Rusiyaya göndərilib:
"İxracın artmasının bir sıra səbəbləri var. Səbəblərdən biri çiyələk istehsalında hibrid toxumlarından istifadə edilməsidir. Hibrid toxumlarından istifadə etməklə sahələrdən daha çox məhsul götürülür. Əvvəllər bir çiyələk tağından ən çox 20-30 gün ərzində məhsul yığmaq olurdusa, indi bir çiyələk tağından bütün yay boyu məhsul götürmək olur".
© Photo : UNECMircavid Həsənov
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov - Sputnik Azərbaycan, 1920, 26.08.2024
Mircavid Həsənov
Ekspertin fikrincə, gələn il çiyələk ixracı daha da arta bilər:

"Məhsul ixracından gəlirlər artanda fermerlər həmin məhsulu daha çox əkirlər. Azərbaycanda çiyələk istehsalının perspektivi böyükdür. Çünki çiyələk ölkənin əksər ərazilərində becərilir. Əsasən də cənub bölgəsində çiyələk daha çox əkilir".

Mütəxəssis diqqətə çatdırıb ki, Rusiya bazarında Azərbaycan çiyələyinə tələbat var. Çünki məhsulumuz daha dadlıdır.
"Çiyələyin əsas ixrac bazarı Rusiyadır"
Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev bildirib ki, çiyələk istehsalının və ixracının artmasının əsas səbəbi əkin sahələrinin genişlənməsi və soyuducu depoların sayının çoxalmasıdır:
"Bu il giləmeyvələr üçün əlavə 4 yeni soyuducu depo işə başlayıb. Giləmeyvə çox həssas məhsul olduğundan onun saxlanılması çətinlik yaradır. Adi depolar giləmeyvələrin saxlanılması üçün sərfəli deyil, ona görə də xüsusi depoların yaradılmasına ehtiyac duyulur".
Onun sözlərinə görə, ötən illərdə olduğu kimi, bu il də çiyələyin əsas ixrac bazarı Rusiyadır:
"Ərəb ölkələrinin də Azərbaycan çiyələyinə marağı artıb. Bu istiqamətdə məqsədə çatmaq üçün görüşlər keçirilir, müqavilələr bağlanılır".
© Photo : From the personal archive of Nemat SeyfullayevAzərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev
Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev - Sputnik Azərbaycan, 1920, 26.08.2024
Azərbaycan Giləmeyvə İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Nemət Seyfullayev
N.Seyfullayev onu da bildirib ki, əvvəllər çiyələk əkini ən çox Cəlilabad rayonunda aparılırdı, amma artıq Lənkəran, Masallı, Astara və Biləsuvarda da çiyələk əkini sahələri genişlənib:

"İstehsal artdıqca ixrac da çoxalacaq. İstehsal artdığı üçün artıq Azərbaycana xaricdən çiyələk, demək olar ki, gətirilmir, istixanalarda yerli məhsul istehsal edilir".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycanın cəmi çiyələk ixracının 96,5 faizi Rusiyanın payına düşüb. Həmçinin Belarusa, Qazaxıstana və digər ölkələrə də məhsul ixrac edillib. Keçən il isə Azərbaycanın cəmi çiyələk ixracının 97%-i Rusiyanın payına düşüb. Ötən il ümumilikdə ölkəmizdən 25,5 milyon dollar dəyərində 18748 ton təzə çiyələk xaricə ixrac edilib.
"Təkcə Lənkərandakı çiyələk plantasiyalarında il ərzində 10 mindən artıq şəxs çalışır"
Xatırladaq ki, iyun ayında kənd təsərrüfatı naziri Məcnun Məmmədov respublikanın cənub bölgəsinə səfər edib. Səfər çərçivəsində nazirə məlumat verilib ki, son illər Lənkəranda çiyələk yetişdirilməsinə də maraq çoxalıb. Çiyələk plantasiyalarının artması məşğulluğun təmin olunmasına da müsbət təsir göstərir. Təkcə Lənkərandakı çiyələk plantasiyalarında il ərzində 10 mindən artıq şəxs çalışır.
© Photo : AZERTAGMəcnun Məmmədov
Məcnun Məmmədov - Sputnik Azərbaycan, 1920, 26.08.2024
Məcnun Məmmədov
Çiyələk yetişdiriciliyinin kifayət qədər gəlirli sahə olması Lənkəranda məhsul istehsalı, qablaşdırılması, saxlanması və ixracı infrastrukturunun formalaşmasına müsbət təsir göstərir. Hazırda Lənkəranın kəndlərində 20-yə yaxın müxtəlif ölçülü soyuducu anbarlar inşa olunub, eyni zamanda tara istehsalı sexləri fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Çiyələk, arxiv - Sputnik Azərbaycan, 1920, 12.05.2024
İQTİSADİYYAT
Bu ölkələrə Azərbaycandan çiyələk ixracı kəskin artıb
Xəbər lenti
0