Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan boksçuları Rusiyada 2 medal qazanıblar

© AP Photo / Jae C. HongBoks əlcəkləri, arxiv
Boks əlcəkləri, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2024
Abunə olmaq
Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığmada Məhəmmədəli Qasımzadə gümüş, Tağı Nəsibov bürünc mükafat qazanıb.
BAKI, 30 avqust — Sputnik. Rusiyanın Çita şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, milli komanda yarışı 2 medalla başa vurub.
Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığmada Məhəmmədəli Qasımzadə gümüş, Tağı Nəsibov (hər ikisi 60 kiloqram) bürünc mükafat qazanıb. M.Qasımzadə, həmçinin turnirin ən əzmkar boksçusu seçilib.
Qeyd edək ki, turnirdə 16 ölkədən 120 boksçu mübarizə aparıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0