https://sputnik.az/20240830/az-kukurdlu-neft-ugrunda-reqabet--liviyadan-qara-qizil-tedarukunu-kim-evez-edecek-467020247.html
Az kükürdlü neft uğrunda rəqabət – Liviyadan "qara qızıl" tədarükünü kim əvəz edəcək
Az kükürdlü neft uğrunda rəqabət – Liviyadan "qara qızıl" tədarükünü kim əvəz edəcək
Sputnik Azərbaycan
Bazar Liviyada yataqların bağlanmasına reaksiya verdi - neftin qiyməti bazar ertəsindən etibarən 3% artıb. ABŞ Energetika Nazirliyinin bu ölkədə xammal... 30.08.2024, Sputnik Azərbaycan
2024-08-30T19:13+0400
2024-08-30T19:13+0400
2024-08-30T19:13+0400
neft
yazarlar
liviya
opec
abş
barel
milyon
avropa
elektrik
mühərrik
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288683_0:210:2894:1838_1920x0_80_0_0_3eb563c444a42bef5230c9d73b703070.jpg
BAKI, 30 avqust — Sputnik. Liviyadakı siyasi münaqişə hazırda dünya bazarını sutkada 700 min barel neftdən məhrum edib. Ölkənin şərqindəki yataqların bağlanması davam edərsə, Liviya "qara qızıl"ının müştəriləri gündəlik 1,2 milyon barel qədər neftdən məhrum olacaqlar. Bazar, gözlənildiyi kimi, Liviyada yataqların bağlanmasına cavab verdi - neftin qiyməti bazar ertəsi günündən etibarən 3% artdı. ABŞ Enerji İnformasiya Administrasiyasının bu ölkədə xammal ehtiyatlarının azalması ilə bağlı cümə axşamı açıqlanan statistikası qiymətlərin qalxmasına yalnız növbəti təkan verdi. Liviyanın neft hasilatının qeyri-sabitliyi 2011-ci il inqilabından sonra ölkənin enerji bazarının daimi xüsusiyyətinə çevrilib. "Standard Chartered" analitiklərinin hesablamalarına görə, bu, hasilatın 4 milyard bareldən bir qədər çox itkisi ilə nəticələnib və Şimali Afrika ölkəsində 320 milyard dollarlıq gəlir itkisinə səbəb olub. Liviyanı kim əvəz edəcək? Belə görünür ki, Liviyadan neft tədarükünün dayandırılması ilə bağlı mövcud vəziyyət bir müddət davam edəcək və ölkədə neft hasilatı bərpa olunsa belə, ənənəyə görə, Şimali Afrikanın bu ölkəsində növbəti münaqişə yenidən hasilatın dayanmasına səbəb olacaq. Qeyd etmək lazımdır ki, Liviya ixracının 85%-dən çoxu Avropa bazarına göndərilir. Bu Şimali Afrika ölkəsindən ən çox xammalın alıcısı isə İtaliya olub. Dünya bazarı isə artıq Liviyadan tədarüklərdə çatışmazlıqlara qarşı immunitet əldə edib - neft həcmləri, adətən, İraqın kürd regionundan, ABŞ-dan və ya digər mənbələrdən oxşar tərkibli xammalla əvəz olunur. Lakin bu dəfə Liviya neftini əvəz etmək o qədər də asan olmayacaq - Avropa bir il əvvəl Bağdadla bölgə rəhbərliyi arasındakı mübahisələrin nəticəsində Türkiyənin Ceyhan limanından keçən ixrac marşrutunun bağlanması səbəbindən İraqın kürd bölgəsindən, təxminən 450 min barel neft itirib. Liviya "qara qızılını" əvəz etmək üçün başqa bir alternativ ABŞ-dan yüngül, az kükürdlü şist nefti hesab olunur, lakin burada da heç də hər şey qaydasında deyil - ABŞ neft şirkətləri ləng qlobal iqtisadi artım səbəbindən hasilatı azaltmaq planını həyata keçirirlər. Aralıq dənizi bazarına aşağı kükürdlü neftin mühüm tədarükçüsü Azərbaycandır ki, o, bu regiona ixracı artırmaqdan məmnun olardı, lakin "qara qızıl"ın hazırkı istehsal tempi ölkəyə bu istiqamətdə satışları kəskin şəkildə artırmağa imkan vermir. Eyni zamanda, Azərbaycan nefti, şübhəsiz ki, Liviyadan tədarükün dayandırılmasından yalnız fayda görəcək - tədarükün azalması fonunda Azərbaycandan "qara qızıl" almaq üçün rəqabət güclənəcək və xammalın maya dəyərini artıracaq. OPEC haqlı idi OPEC illərdir ki, dünyanın gözlənilməz "qara qızıl" qıtlığı ilə üzləşməməsi üçün yeni neft hasilatı layihələrinə investisiyaları artırmağa çağırır. Hazırda dünya enerji nəhəngləri də "yaşıl tendensiya" fonunda sərmayənin vacibliyindən danışır, karbohidrogen layihələrinin maliyyələşdirilməsini azaltmaq niyyətində olduqlarını bəyan edirlər. Belə ki, ABŞ-ın "ExxonMobil" şirkəti özünün son hesabatında qeyd edib ki, neft və qaz 2050-ci ildə qlobal enerji kompleksində mühüm rol oynamağa davam edəcək, neftə tələbat isə artım pik nöqtələrindən sonra gündəlik 100 milyon bareldən çox qalacaq. Şirkətin analitiklərinin hesablamalarına görə, əgər 2035-ci ildə qlobal miqyasda satılan hər yeni avtomobil elektrik mühərrikli olsaydı, 2050-ci ildə neftə tələbat yenə də gündəlik 85 milyon barel olacaq. Şirkətin hesabatında qeyd edilib ki, bu, 2010-cu ildə olduğu kimidir. "ExxonMobil"ə görə, qlobal neft hasilatı təbii olaraq növbəti 25 il ərzində ildə, təxminən 15% azalacaq - şirkət qeyd edir ki, daha sürətli azalma tempi şist və digər qeyri-ənənəvi neft hasilatına keçidin nəticəsidir, bu halda tükənmə adi hasilat formalarına nisbətən daha tez baş verir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457288683_82:0:2813:2048_1920x0_80_0_0_23611fda3120451ca1503ccf2779b54b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, liviya, opec, abş, barel, milyon, avropa, elektrik, mühərrik, qara qızıl
neft, liviya, opec, abş, barel, milyon, avropa, elektrik, mühərrik, qara qızıl
Az kükürdlü neft uğrunda rəqabət – Liviyadan "qara qızıl" tədarükünü kim əvəz edəcək
Bazar Liviyada yataqların bağlanmasına reaksiya verdi - neftin qiyməti bazar ertəsindən etibarən 3% artıb. ABŞ Energetika Nazirliyinin bu ölkədə xammal ehtiyatlarının azalması ilə bağlı cümə axşamı açıqladığı statistika isə yalnız qiymət artımına təkan verib.
BAKI, 30 avqust — Sputnik. Liviyadakı siyasi münaqişə hazırda dünya bazarını sutkada 700 min barel neftdən məhrum edib. Ölkənin şərqindəki yataqların bağlanması davam edərsə, Liviya "qara qızıl"ının müştəriləri gündəlik 1,2 milyon barel qədər neftdən məhrum olacaqlar.
Bazar, gözlənildiyi kimi, Liviyada yataqların bağlanmasına cavab verdi - neftin qiyməti bazar ertəsi günündən etibarən 3% artdı. ABŞ Enerji İnformasiya Administrasiyasının bu ölkədə xammal ehtiyatlarının azalması ilə bağlı cümə axşamı açıqlanan statistikası qiymətlərin qalxmasına yalnız növbəti təkan verdi.
Liviyanın neft hasilatının qeyri-sabitliyi 2011-ci il inqilabından sonra ölkənin enerji bazarının daimi xüsusiyyətinə çevrilib. "Standard Chartered" analitiklərinin hesablamalarına görə, bu, hasilatın 4 milyard bareldən bir qədər çox itkisi ilə nəticələnib və Şimali Afrika ölkəsində 320 milyard dollarlıq gəlir itkisinə səbəb olub.
Liviyanı kim əvəz edəcək?
Belə görünür ki, Liviyadan neft tədarükünün dayandırılması ilə bağlı mövcud vəziyyət bir müddət davam edəcək və ölkədə neft hasilatı bərpa olunsa belə, ənənəyə görə, Şimali Afrikanın bu ölkəsində növbəti münaqişə yenidən hasilatın dayanmasına səbəb olacaq. Qeyd etmək lazımdır ki, Liviya ixracının 85%-dən çoxu Avropa bazarına göndərilir. Bu Şimali Afrika ölkəsindən ən çox xammalın alıcısı isə İtaliya olub.
Dünya bazarı isə artıq Liviyadan tədarüklərdə çatışmazlıqlara qarşı immunitet əldə edib - neft həcmləri, adətən, İraqın kürd regionundan, ABŞ-dan və ya digər mənbələrdən oxşar tərkibli xammalla əvəz olunur. Lakin bu dəfə Liviya neftini əvəz etmək o qədər də asan olmayacaq - Avropa bir il əvvəl Bağdadla bölgə rəhbərliyi arasındakı mübahisələrin nəticəsində Türkiyənin Ceyhan limanından keçən ixrac marşrutunun bağlanması səbəbindən İraqın kürd bölgəsindən, təxminən 450 min barel neft itirib.
Liviya "qara qızılını" əvəz etmək üçün başqa bir alternativ ABŞ-dan yüngül, az kükürdlü şist nefti hesab olunur, lakin burada da heç də hər şey qaydasında deyil - ABŞ neft şirkətləri ləng qlobal iqtisadi artım səbəbindən hasilatı azaltmaq planını həyata keçirirlər.
Aralıq dənizi bazarına aşağı kükürdlü neftin mühüm tədarükçüsü Azərbaycandır ki, o, bu regiona ixracı artırmaqdan məmnun olardı, lakin "qara qızıl"ın hazırkı istehsal tempi ölkəyə bu istiqamətdə satışları kəskin şəkildə artırmağa imkan vermir. Eyni zamanda, Azərbaycan nefti, şübhəsiz ki, Liviyadan tədarükün dayandırılmasından yalnız fayda görəcək - tədarükün azalması fonunda Azərbaycandan "qara qızıl" almaq üçün rəqabət güclənəcək və xammalın maya dəyərini artıracaq.
OPEC illərdir ki, dünyanın gözlənilməz "qara qızıl" qıtlığı ilə üzləşməməsi üçün yeni neft hasilatı layihələrinə investisiyaları artırmağa çağırır. Hazırda dünya enerji nəhəngləri də "yaşıl tendensiya" fonunda sərmayənin vacibliyindən danışır, karbohidrogen layihələrinin maliyyələşdirilməsini azaltmaq niyyətində olduqlarını bəyan edirlər.
Belə ki, ABŞ-ın "ExxonMobil" şirkəti özünün son hesabatında qeyd edib ki, neft və qaz 2050-ci ildə qlobal enerji kompleksində mühüm rol oynamağa davam edəcək, neftə tələbat isə artım pik nöqtələrindən sonra gündəlik 100 milyon bareldən çox qalacaq.
Şirkətin analitiklərinin hesablamalarına görə, əgər 2035-ci ildə qlobal miqyasda satılan hər yeni avtomobil elektrik mühərrikli olsaydı, 2050-ci ildə neftə tələbat yenə də gündəlik 85 milyon barel olacaq. Şirkətin hesabatında qeyd edilib ki, bu, 2010-cu ildə olduğu kimidir.
"ExxonMobil"ə görə, qlobal neft hasilatı təbii olaraq növbəti 25 il ərzində ildə, təxminən 15% azalacaq - şirkət qeyd edir ki, daha sürətli azalma tempi şist və digər qeyri-ənənəvi neft hasilatına keçidin nəticəsidir, bu halda tükənmə adi hasilat formalarına nisbətən daha tez baş verir.
"Konkret olaraq qeyd edək ki, yeni sərmayələr olmadan qlobal neft tədarükü təkcə birinci ildə gündəlik 15 milyon bareldən çox azalacaq. Bu, qorxulu perspektivdir, çünki bu sürətlə neft tədarükü 2030-cu ilə qədər gündəlik 100 milyon bareldən 30 milyon bareldən də aşağı düşəcək", - "ExxonMobil"in hesabatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.