https://sputnik.az/20240828/cempionlar-liqasi-qarabag-bakida-dinamo-zaqrebe-uduzdu-466971901.html
Çempionlar Liqası: "Qarabağ" Bakıda "Dinamo Zaqreb"ə uduzdu
Çempionlar Liqası: "Qarabağ" Bakıda "Dinamo Zaqreb"ə uduzdu
Sputnik Azərbaycan
Azərbaycan çempionu mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək. 28.08.2024, Sputnik Azərbaycan
2024-08-28T22:43+0400
2024-08-28T22:43+0400
2024-08-29T10:46+0400
idman
"qarabağ" fk
uefa çempionlar liqası
zaqreb
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1d/466974229_0:0:3001:1688_1920x0_80_0_0_c8bd84277d070a1692de7a73751b95b1.jpg
BAKI, 28 avqust — Sputnik. UEFA Çempionlar Liqasının pley-off mərhələsində son cavab görüşləri keçirilib. Ağdamın "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika stadionunda Xorvatiyanın "Dinamo Zaqreb" komanasını qəbul edib. İngiltərədən olan baş hakim Maykl Oliverin idarə etdiyi qarşılaşma xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 33-cü dəqiqədə açılıb. Marko Pyatsa adını tabloya yazdırıb. Matçın 55-ci dəqiqədə isə Mateus Silva avtoqol müəllifi olub. Xatırladaq ki, tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib. İki oyunun nəticəsinə əsasən "Dinamo Zaqreb" UEFA Çempionlar Liqasında yoluna davam edəcək. "Qarabağ" isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/1d/466974229_52:0:2719:2000_1920x0_80_0_0_7ccf539361565d3e8c0f2c4505808b99.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"qarabağ" fk, uefa çempionlar liqası, zaqreb
"qarabağ" fk, uefa çempionlar liqası, zaqreb
Çempionlar Liqası: "Qarabağ" Bakıda "Dinamo Zaqreb"ə uduzdu
22:43 28.08.2024 (Yenilənib: 10:46 29.08.2024) Azərbaycan çempionu mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
BAKI, 28 avqust — Sputnik. UEFA Çempionlar Liqasının pley-off mərhələsində son cavab görüşləri keçirilib.
Ağdamın "Qarabağ" klubu Tofiq Bəhramov adına Respublika stadionunda Xorvatiyanın "Dinamo Zaqreb" komanasını qəbul edib.
İngiltərədən olan baş hakim Maykl Oliverin idarə etdiyi qarşılaşma xorvatların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 33-cü dəqiqədə açılıb. Marko Pyatsa adını tabloya yazdırıb. Matçın 55-ci dəqiqədə isə Mateus Silva avtoqol müəllifi olub.
Xatırladaq ki, tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.
İki oyunun nəticəsinə əsasən "Dinamo Zaqreb" UEFA Çempionlar Liqasında yoluna davam edəcək. "Qarabağ" isə mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.