https://sputnik.az/20240826/azerbaycandan-a-diplomatlarina-xeberdarliq-munasibetlerin-geleceyi-nece-olacaq-466916422.html
Azərbaycandan Aİ diplomatlarına xəbərdarlıq: münasibətlərin gələcəyi necə olacaq?
Azərbaycandan Aİ diplomatlarına xəbərdarlıq: münasibətlərin gələcəyi necə olacaq?
Sputnik Azərbaycan
Politoloq vurğulayıb ki, Azərbaycan-Rusiya əməkdaşlığı Aİ ilə münasibətlərdə önəmli rol oynayır. 26.08.2024, Sputnik Azərbaycan
2024-08-26T16:51+0400
2024-08-26T16:51+0400
2024-08-27T11:11+0400
ai
siyasət
azərbaycan
deputat
aşpa
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333715_0:0:3113:1751_1920x0_80_0_0_ad5468f73c4dedc5e57b4960cc9d7277.jpg
BAKI, 26 avqust — Sputnik. Avropa İttifaqının (Aİ) bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Azərbaycan və Aİ münasibətlərinin hamar olmadığı hər kəsə bəllidir. Bununla belə bu nahamarlıq şəraitində Azərbaycanla Aİ-nin müəyyən ölkələri arasında iqtisadi tərəfdaşlıq genişlənməkdə davam edir. Lakin Azərbaycanın ictimai-siyasi həyatında baş verənlərə Aİ-nin yanaşması rəsmi Bakının mütəmadi etirazlarına səbəb olur. Azərbaycanın Avropa sturukturları ilə münasibətlərindəki gərginlik bu ilin yanvarında ən yüksək mərhələsinə çatdı. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti təşkilatla əməkdaşlığı və onda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar qəbul etdi. Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib. Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifini Almaniya nümayəndə heyətindən deputat Frank Şvabe vermişdi. Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş həmin deputatları, o cümlədən də Frank Şvabeni "arzuolunmaz şəxslər" siyahısına daxil edib. Azərbaycan Aİ münasibətlərindəki gərginliyin səbəbləri müxtəlifdir. Açıq şəkildə qeyd etmək olar ki, Azərbaycanın geosiyasi mövqeyi Qərbi qane etmir. Rəsmi Bakının regional müstəvidə qurduğu əməkdaşlıqlar, imzaladığı strateji tərəfdaşlıq sazişləri Aİ-nin Cənubi Qafqazla bağlı maraqlarına daban-dabana ziddir. Aİ istəyir ki, Azərbaycan da Ermənistan kimi yaxın qonşuları ilə münasibətini Qərbin istəkləri əsasında qursun. Lakin bu gözləntilər Azərbaycan və Aİ arasındakı körpüləri hər keçən gün daha çox "yandırır", normal münasibətlərin qurulmasını mümkünsüz edir. Bəs Azərbaycan-Aİ münasibətlərini hansı gələcək gözləyir? Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a danışıb. Politoloqun sözlərinə görə, Avropa İttifaqı ilə münasibətlərin inkişafı hamar deyil:"Bizim Aİ-nin on ölkəsi ilə sıx münasibətlərimiz var. Rəsmi Brüssel isə bu münasibətləri gözardı edərək Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir. Deyərdim ki, bu, onların köhnə vərdişidir. Onların özlərini çox ağıllı saydıqlarından bizim üçün problemlər yaratmağa çalışırlar. Azərbaycan dövləti münasibətləri bərabərhüquqluluq prinsipi əsasında qurulmasının tərəfdarıdır. Rəsmi Bakı daxili işlərinə qarışılmasını istəmir. Hər ölkənin öz siyasi prioriteteləri, təhlükəsizlik konsepsiyaları var. Bu baxımdan Aİ-nin tələbləri qəbuledilməzdir. Avropa ölkələri Azərbaycan-Ermənistan münasibətlərindəki tənzimləmə prosesinə müdaxilələri ilə bizə yeni problemlər yaradırdılar". Tofiq Abbasov həmçinin qeyd edib ki, Azərbaycan dövləti bəyan etdiyi prinsiplərdən geri çəkilmir:Politoloq bildirir ki, Azərbaycan siyasi hakimiyyəti tərəfindən verilən qərarlar Bakıda qəbul olunur. Aİ isə Azərbaycanın suveren siyasət yürütməsi ilə barışa bilmir."Regiona sülh gətirəcəyi iddia edilən mülki missiyanı Azərbaycan ərazisində yerləşdirmək istəyirdilər. Amma bu bizim daxili və xarici siyasətimizə uyğun gəlmirdi deyə buna etiraz etdik. Ümumilikdə, Aİ-nin istəkləri Azərbaycanın xarici siyasəti ilə uzlaşmır. Buna görə də rəsmi Bakı bu istəkləri rədd edir. Azərbaycan XİN-in avropalı iki diplomata da xəbərdarlığı önəmli məqamdır. Bütün karyeralarını Azərbaycana qarşı fəaliyyətə həsr etmiş şəxslərin Bakıya gəlişi məqsədəuyğun hesab edilmir. Bu Aİ-nin digər məmurları və diplomatları üçün də mesajdır" - politoloq qeyd edib. T.Abbasov vurğulayıb ki, Azərbaycan-Rusiya əməkdaşlığı da Aİ ilə münasibətlərə ciddi təsir edir:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240817/baki-a-nin-enerji-tehlukesizliyi-haqqinda-niye-brusselden-daha-cox-dusunur-466723400.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333715_52:0:2783:2048_1920x0_80_0_0_f0f204ba751579bdf78d8b29a998c13e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, azərbaycan, deputat, aşpa
ai, azərbaycan, deputat, aşpa
Azərbaycandan Aİ diplomatlarına xəbərdarlıq: münasibətlərin gələcəyi necə olacaq?
16:51 26.08.2024 (Yenilənib: 11:11 27.08.2024) Politoloq vurğulayıb ki, Azərbaycan-Rusiya əməkdaşlığı Aİ ilə münasibətlərdə önəmli rol oynayır.
BAKI, 26 avqust — Sputnik. Avropa İttifaqının (Aİ) bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Azərbaycan və Aİ münasibətlərinin hamar olmadığı hər kəsə bəllidir. Bununla belə bu nahamarlıq şəraitində Azərbaycanla Aİ-nin müəyyən ölkələri arasında iqtisadi tərəfdaşlıq genişlənməkdə davam edir. Lakin Azərbaycanın ictimai-siyasi həyatında baş verənlərə Aİ-nin yanaşması rəsmi Bakının mütəmadi etirazlarına səbəb olur.
Azərbaycanın Avropa sturukturları ilə münasibətlərindəki gərginlik bu ilin yanvarında ən yüksək mərhələsinə çatdı. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti təşkilatla əməkdaşlığı və onda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərar qəbul etdi. Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib. Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifini Almaniya nümayəndə heyətindən deputat Frank Şvabe vermişdi. Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs vermiş həmin deputatları, o cümlədən də Frank Şvabeni "arzuolunmaz şəxslər" siyahısına daxil edib.
Azərbaycan Aİ münasibətlərindəki gərginliyin səbəbləri müxtəlifdir. Açıq şəkildə qeyd etmək olar ki, Azərbaycanın geosiyasi mövqeyi Qərbi qane etmir. Rəsmi Bakının regional müstəvidə qurduğu əməkdaşlıqlar, imzaladığı strateji tərəfdaşlıq sazişləri Aİ-nin Cənubi Qafqazla bağlı maraqlarına daban-dabana ziddir. Aİ istəyir ki, Azərbaycan da Ermənistan kimi yaxın qonşuları ilə münasibətini Qərbin istəkləri əsasında qursun. Lakin bu gözləntilər Azərbaycan və Aİ arasındakı körpüləri hər keçən gün daha çox "yandırır", normal münasibətlərin qurulmasını mümkünsüz edir.
Bəs Azərbaycan-Aİ münasibətlərini hansı gələcək gözləyir?
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a danışıb.
Politoloqun sözlərinə görə, Avropa İttifaqı ilə münasibətlərin inkişafı hamar deyil:
"Bizim Aİ-nin on ölkəsi ilə sıx münasibətlərimiz var. Rəsmi Brüssel isə bu münasibətləri gözardı edərək Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edir. Deyərdim ki, bu, onların köhnə vərdişidir. Onların özlərini çox ağıllı saydıqlarından bizim üçün problemlər yaratmağa çalışırlar. Azərbaycan dövləti münasibətləri bərabərhüquqluluq prinsipi əsasında qurulmasının tərəfdarıdır. Rəsmi Bakı daxili işlərinə qarışılmasını istəmir. Hər ölkənin öz siyasi prioriteteləri, təhlükəsizlik konsepsiyaları var. Bu baxımdan Aİ-nin tələbləri qəbuledilməzdir. Avropa ölkələri Azərbaycan-Ermənistan münasibətlərindəki tənzimləmə prosesinə müdaxilələri ilə bizə yeni problemlər yaradırdılar".
Tofiq Abbasov həmçinin qeyd edib ki, Azərbaycan dövləti bəyan etdiyi prinsiplərdən geri çəkilmir:
"Zaman-zaman Aİ-nin yüksək rütbəli diplomatları tərəfindən Azərbaycana qarşı səsləndirilən fikirlər də məhz Bakının öz siyasətindən güzəştə getməməsi ilə bağlıdır. Ai-nin tutduğu mövqe, sərgilədiyi ədalətsiz yanaşma Vətən Müharibəsindəki qələbəmizdən sonra daha çılpaq şəkildə özünü göstərdi. Aİ diplomatları Azərbaycanı gərginlik mənbəyi, Ermənistanı isə qurban kimi təqdim etməyə çalışırdılar. Onların sülh prosesinə müdaxilələri prosesləri dalana dirəyirdi. Rəsmi Bakının BMT-nin dörd qətnaməsini icra etməsi Aİ üçün gözlənilməz oldu".
Politoloq bildirir ki, Azərbaycan siyasi hakimiyyəti tərəfindən verilən qərarlar Bakıda qəbul olunur. Aİ isə Azərbaycanın suveren siyasət yürütməsi ilə barışa bilmir.
"Regiona sülh gətirəcəyi iddia edilən mülki missiyanı Azərbaycan ərazisində yerləşdirmək istəyirdilər. Amma bu bizim daxili və xarici siyasətimizə uyğun gəlmirdi deyə buna etiraz etdik. Ümumilikdə, Aİ-nin istəkləri Azərbaycanın xarici siyasəti ilə uzlaşmır. Buna görə də rəsmi Bakı bu istəkləri rədd edir. Azərbaycan XİN-in avropalı iki diplomata da xəbərdarlığı önəmli məqamdır. Bütün karyeralarını Azərbaycana qarşı fəaliyyətə həsr etmiş şəxslərin Bakıya gəlişi məqsədəuyğun hesab edilmir. Bu Aİ-nin digər məmurları və diplomatları üçün də mesajdır" - politoloq qeyd edib.
T.Abbasov vurğulayıb ki, Azərbaycan-Rusiya əməkdaşlığı da Aİ ilə münasibətlərə ciddi təsir edir:
"Onlar istəyirdilər ki, Azərbaycan Rusiyadan uzaqlaşsın. Rəsmi Bakı müharibədən sonra regional əlaqələrin inkişaf etidirilməsi üçün "3+3" fomratını təklif etmişdi. Azərbaycana deyirlər ki, bölgənin əsas dövlətlərindən olan Rusiyadan uzaqlaş. Halbuki biz Rusiya ilə müttəfiqik və həmahəng təhlükəsizlik məsələrini həll edirik, eyni zamanda vacib layihələri icra edirik. Rusiya liderinin bu yaxınlarda Azərbaycana səfəri də, düşünürəm ki, Qərb üçün aydın mesaj oldu. Azərbaycan və Rusiya əməkdaşlığın inkişaf tempini daha da artırmaq niyyətindədirlər. Azərbaycan Rusiya, Türkiyə, Özbəkistan və Çinlə strateji əməkdaşlığı inkişaf etdirir. Xarici siyasət həyata keçiriləndə də bu ölkələrin mövqeləri nəzərə alınır, məsləhətləşmələr aparılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.