Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qurban Qurbanov: Zaqreblə matça final oyunu kimi hazırlaşmışıq

© Sputnik / Murad OrujovQurban Qurbanov
Qurban Qurbanov - Sputnik Azərbaycan, 1920, 27.08.2024
Abunə olmaq
Hesabda geridə olsaq da, əsas mərhələyə vəsiqə qazanmaq şansımız var.
BAKI, 27 avqust — Sputnik. Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər.
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xorvatiya təmsilçisi "Dinamo"ya (Zaqreb) qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis sabah vacib oyuna çıxacaqlarını bildirib:
"Qarşılaşmanın mahiyyəti bəllidir. Bizim üçün olduqca vacib oyundur. Hesabda geridə olsaq da, əsas mərhələyə vəsiqə qazanmaq şansımız var. İnamımız böyükdür, yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, azarkeşlərimiz görüşdən narazı qalmasınlar. Matça final oyunu kimi hazırlaşmışıq. Rəqibimizi yaxşı tanıyırıq, güclü komandadır. Futbolçularım karyeralarının ən yaxşı oyununu göstərməlidirlər".
Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Xəbər lenti
0