Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu ölkələrə Azərbaycandan çiyələk ixracı kəskin artıb

© AFP 2024 / MOHD RASFANÇiyələk, arxiv
Çiyələk, arxiv - Sputnik Azərbaycan, 1920, 12.05.2024
Abunə olmaq
Keçən il Azərbaycanın cəmi çiyələk ixracının 97%-i Rusiyanın payına düşüb. Ölkəmizdən Rusiyaya 1 ton çiyələyin orta ixrac qiyməti 2321 manat olub.
BAKI, 12 may — Sputnik. Azərbaycandan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinə təzə çiyələk ixracı kəskin artıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan:
Rusiyaya 18177 ton,
Qazaxıstana 546 ton
Belarusa 25,5 ton təzə çiyələk ixrac edib.
İllik müqayisədə ölkəmizdən Rusiyaya, Qazaxıstana və Belarusa çiyələk ixracı 2 dəfəyə yaxın artıb. Bu ölkələrdə çiyələyə tələbatın olması ixracın artmasına səbəb olur.
Keçən il Azərbaycanın cəmi çiyələk ixracının 97%-i Rusiyanın payına düşüb. Ölkəmizdən Rusiyaya 1 ton çiyələyin orta ixrac qiyməti 2321 manat olub.
Ötən il ümumilikdə ölkəmizdən 25,5 milyon dollar dəyərində 18748 ton təzə çiyələk xaricə ixrac edilib.
Qeyd edək ki, bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0