NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan neftinin rəqibi oyundan kənarda - xammal üçün rəqabət güclənəcək

© AP Photo / Charlie RiedelNeft buruqları
Neft buruqları - Sputnik Azərbaycan, 1920, 26.08.2024
Abunə olmaq
Qeyd etmək lazımdır ki, Liviya da Azərbaycan kimi Aralıq dənizi bazarına ən böyük neft tədarükçüsüdür.
BAKI, 26 avqust — Sputnik. Liviyanın şərqində parlament tərəfindən səlahiyyət verilən hökumət bütün yataqlardakı fors-major vəziyyətlə əlaqədar hasilatının və ixracının dayandırıldığını elan edib.

"Liviya hökuməti bütün yataqlarda, limanlarda, neft təşkilatlarında və müəssisələrində fors-major vəziyyəti, həmçinin hasilatının və ixracının növbəti xəbərdarlığa qədər dayandırılmasını elan edib", - Liviyanın şərqindəki Benqazidə yerləşən hökumətin bəyanatında deyilir.

Bu yaxınlarda, avqustun 7-də Liviya Milli Neft Korporasiyası (NOC) ən böyük "Əş-Şarara" yatağında fors-major vəziyyətə görə neft hasilatının dayandırıldığını elan edib. Daha sonra NOC "Fezzan regionu hüquqları uğrunda hərəkatın" etiraz aksiyaları fonunda yataqda hasilatın qismən azaldığını bildirib.
Ötən həftə məlum olub ki, avqustun əvvəlindən "Əş-Şarara" yatağında hasilatın dayandırılması təxminən 625 milyon dollar dəyərində ciddi itkilərə səbəb olub. "Əş-Şarara" yatağının bloklanması neft hasilatına birbaşa təsir göstərib ki, bu da sutkada təxminən 1,25 milyon bareldən 900 min barelə qədər azalıb.
Liviyadan tədarükün dayandırılması Azərbaycana sərf edir
Qeyd etmək lazımdır ki, Liviya da Azərbaycan kimi Aralıq dənizi bazarına ən böyük neft tədarükçüsüdür. Belə ki, Azərbaycan neftinin əsas idxalçısı olan İtaliya öz istehlakının təxminən 25%-ni Liviyadan idxal edir.
Azərbaycan 2024-cü ilin yanvar-iyun aylarında ən çox İtaliyaya - 4,2 milyon ton neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% azdır. Dəyər baxımından İtaliyaya ixrac həcmi də 9,5% azalaraq 2,7 milyard dollar olub.
Liviyadan tədarükün dayandırılması təkcə dünya bazarında neftin qiymətini yüksəltməyəcək, həm də Aralıq dənizi hövzəsində Azərbaycanın "qara qızılı" uğrunda rəqabəti gücləndirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Neft - Sputnik Azərbaycan, 1920, 13.08.2024
TƏHLİL
Neft yaxşıdır, amma risklidir: Azərbaycan davamlı iqtisadi inkişafı necə təmin edə bilər?
Xəbər lenti
0