https://sputnik.az/20240824/xankendide-mdb-olkeleri-arasinda-kamandan-oxatma-yarisi-kecirilecek-466884191.html
Xankəndidə MDB ölkələri arasında kamandan oxatma yarışı keçiriləcək
Xankəndidə MDB ölkələri arasında kamandan oxatma yarışı keçiriləcək
Sputnik Azərbaycan
Federasiya prezidenti bu idman növünün işğaldan azad olunmuş Qarabağa gəlişini rəmzi hadisə adlandırıb. 24.08.2024, Sputnik Azərbaycan
2024-08-24T14:21+0400
2024-08-24T14:21+0400
2024-08-24T14:21+0400
idman
idman
federasiya
kamandan oxatma
azərbaycan
xankəndi
mdb
yarış
https://cdnn1.img.sputnik.az/img/40068/81/400688132_0:74:1200:749_1920x0_80_0_0_f3f71b3a7846db928ee707ab085200e1.jpg
BAKI, 24 avqust - Sputnik. Gələn il Azərbaycanda MDB ölkələri arasında kamandan oxatma yarışı keçirməyi planlaşdırılır. Bu sözləri Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyev kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.Onun sözlərinə görə, yarışlar Xankəndi şəhərində təşkil ediləcək.Federasiya rəhbəri AKOF-un qarşısında duran əsas hədəfləri açıqlayıb:“Hazırda məqsədimiz klubların sayını artırmaqdır. Çünki ölkəmizdə bu idman növü üzrə yaxşı potensial görünür. Əsas hədəfimiz kamandan oxatmanı yaşatmaq və inkişaf etdirməkdir. Buna görə də idmançılarımızın yaxşı nəticələr əldə etməsi üçün yüksək şərait yaradacağıq".Qurum rəhbəri hazırda ölkəmizdə kamandan oxatmada təşkilatlanmanın bəlkə də yaxşı səviyyədə olmadığını dilə gətiribDigər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40068/81/400688132_136:0:1200:798_1920x0_80_0_0_9de1be352e14c7099e999197cf998b30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
idman, federasiya, kamandan oxatma, azərbaycan, xankəndi, mdb, yarış
idman, federasiya, kamandan oxatma, azərbaycan, xankəndi, mdb, yarış
Xankəndidə MDB ölkələri arasında kamandan oxatma yarışı keçiriləcək
Federasiya prezidenti bu idman növünün işğaldan azad olunmuş Qarabağa gəlişini rəmzi hadisə adlandırıb.
BAKI, 24 avqust - Sputnik. Gələn il Azərbaycanda MDB ölkələri arasında kamandan oxatma yarışı keçirməyi planlaşdırılır. Bu sözləri Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyev kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, yarışlar Xankəndi şəhərində təşkil ediləcək.
"Bu idman növünün işğaldan azad olunmuş Qarabağa gəlişi rəmzi hadisədir", - Federasiyasının prezidenti bildirib.
Federasiya rəhbəri AKOF-un qarşısında duran əsas hədəfləri açıqlayıb:
“Hazırda məqsədimiz klubların sayını artırmaqdır. Çünki ölkəmizdə bu idman növü üzrə yaxşı potensial görünür. Əsas hədəfimiz kamandan oxatmanı yaşatmaq və inkişaf etdirməkdir. Buna görə də idmançılarımızın yaxşı nəticələr əldə etməsi üçün yüksək şərait yaradacağıq".
Qurum rəhbəri hazırda ölkəmizdə kamandan oxatmada təşkilatlanmanın bəlkə də yaxşı səviyyədə olmadığını dilə gətirib
"Amma istəyirik ki, Bakı ilə yanaşı, regionlarımızda da inkişafı təmin edək”, - A.Quliyev qyed edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.