Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya yanacaq ehtiyatlarını artırdı

© Sputnik / Maksim Blinov / Mediabanka keçidМужчина заправляет канистру на автозаправочной станции
Мужчина заправляет канистру на автозаправочной станции  - Sputnik Azərbaycan, 1920, 23.08.2024
Abunə olmaq
Yığılan yanacaq ehtiyatı Rusiyanın daxili bazarının tələbatını ödəməyə kifayət edəcək.
BAKI, 23 avqust — Sputnik. Rusiyada ümumi benzin ehtiyatları 2,05 milyon tona, dizel yanacağı ehtiyatları isə 3,45 milyon tona qədər artıb.
"TASS" bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyinə istinadən xəbər verib. İdarədən bildiriblər ki, yığılan yanacaq ehtiyatı daxili bazarın tələbatını ödəməyə kifayət edəcək.
"Payız mövsümü ərəfəsində avtomobil yanacağının kifayət qədər ehtiyatı formalaşıb" - məlumatda deyilib.
Nazirlik əlavə edib ki, ölkədə pərakəndə satışda benzin və dizel yanacağının maya dəyərinin artım tempi ilin sonuna kimi inflyasiya həddində qalacaq.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya hökuməti avtomobil benzininin ixracına qoyulan qadağanın müddətini uzadıb. Belə tədbirlər yanacaq bazarında sabitliyi qorumaq üçün tətbiq edilib. Məhdudiyyətlər ilin sonuna qədər davam edəcək.
14.08.24, 15:38
Rusiya hökuməti benzinin ixracına qoyulan məhdudiyyəti uzadıb
Rusiya hökuməti benzinin ixracına qoyulan qadağanı 2024-cü il dekabrın 31-dək uzadıb.
Bu barədə çərşənbə günü, avqustun 14-də idarənin mətbuat xidmətindən məlumat verilib.
Nazirlər Kabinetinin Telegram-kanalında bildirilib ki, bu qərar cari mövsümi tələbat və neft emalı zavodlarında planlaşdırılan təmir işləri fonunda yanacaq bazarında sabitliyin qorunması məqsədilə qəbul edilib.
Qeyd olunub ki, məhdudiyyət Aİİ ölkələri də daxil olmaqla, beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklərə şamil edilmir. Qadağa vətəndaşların şəxsi istifadə üçün ixrac etdiyi yanacağa, eləcə də beynəlxalq yardım üçün nəzərdə tutulan ləvazimatlara şamil edilməyəcək.
Fevral ayında Rusiya hökuməti benzinin ixracına altı ay müddətinə, martın 1-dən avqustun 31-dək müvəqqəti qadağa qoymuşdu. Daha sonra, mayın sonundan iyunun 30-dək olan müddətə məhdudiyyət qismən götürülüb, bundan sonra iyul və avqust ayları üçün məhdudiyyətlər qüvvədə qalıb.
15.07.24, 20:08
Rusiya avqustdan etibarən benzin ixracına qadağaları bərpa edə bilər
Rusiya hökuməti avqustda benzinin ixracına qoyulan qadağanın ləğvini uzatmaya bilər. Bu barədə RİA Novosti Rusiya baş nazirinin müavini Aleksandr Novaka istinadən xəbər verir.
"Biz ötən həftə iclas keçirdik. Prinsipcə, əgər vəziyyət gərgin olarsa, avqust ayında ixrac qadağasını uzatmayacağıq. Qadağa yalnız iyulun sonuna qədər uzadılıb" - Novak bildirib.
Novak əlavə edib ki, yekun qərar iyulun sonunda veriləcək.
Bu yaxınlarda Rusiyanın Federal Antiinhisar Xidmətindən bildirilib ki, onlar avqustun 1-dən benzin ixracına qoyulan qadağaya qayıtmağı dəstəkləyirlər.
30.06.24, 19:17
Rusiya hökuməti benzinin ixracına icazənin müddətini uzadıb
Rusiya hökuməti iyul ayında benzinin ixracına icazəni uzadıb.
Müvafiq qərar rəsmi hüquqi informasiya portalında dərc olunub.
Sənəddə bildirilib ki, benzinin digər ölkələrə tədarükünə qoyulan qadağa iyulun 31-dək tətbiq edilməyəcək.
Rusiya Federasiyasının Energetika Nazirliyinin rəhbəri Sergey Tsivilev bildirib ki, ixracın tənzimlənməsi üçün əvvəllər görülmüş tədbirlər öz effektivliyini sübut edib və daxili bazarı doyurub. Bununla bağlı benzinin ixracına qoyulan müvəqqəti qadağanın dayandırılmasının uzadılması qərara alınıb.
Tsivilev əlavə edib ki, Energetika Nazirliyi gündəlik olaraq yanacaq vəziyyətinə nəzarət edir.
"Bazarın ehtiyaclarından asılı olaraq əlavə addımlar atılacaq" – o bildirib.
Xatırladaq ki, 2024-cü il martın 1-dən Rusiyadan benzin ixracına qadağa qüvvəyə minib. Cəmi iki aydan sonra bu qadağa ləğv edilib. Mayın ortalarından başqa ölkələrə yanacaq ixrac edə bilərsiniz.
Bundan əvvəl Rusiya Federasiyasının Energetika Nazirliyi mövcud geosiyasi vəziyyət fonunda neft məhsulları bazarının informasiya təhlükəsizliyini qorumaq məqsədilə ölkədə yanacaq istehsalı ilə bağlı statistikanı bağlamaq qərarına gəlib.
01.03.24, 09:18
Rusiyanın benzin ixracına qadağa qoyması Azərbaycana necə təsir edəcək?
Rusiya bu ilin martın 1-dən altı ay müddətinə avtomobil benzininin ixracına qadağa qoyub. RF hökuməti qərara gəlib ki, yay tətili və tarla işləri, eləcə də neft emalı zavodlarında planlı təmir işləri zamanı tələbatın artmasını kompensasiya etmək lazımdır.
Müvəqqəti ixrac qadağası Avrasiya İqtisadi İttifaqı ölkələrinə (Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan), həmçinin Monqolustana, Özbəkistana şamil edilməyəcək.
Bəs, maraqlıdır Rusiyanın benzin ixracına qadağa qoyması Azərbaycana necə təsir edəcək?
İqtisadçı-ekspert Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyib ki, Azərbaycan idxaldan asılılığın azaldılması və ümumiyyətlə, idxalın diversifikasiya olunması strategiyasını yanacaq məhsullarına, o cümlədən benzinə də şamil edib:

"Biz bunu əvvəlki illərin statistikasında davamlı olaraq görürük. Məsələn, Azərbaycan Rusiyadan 2021-ci ildə 148000 tona yaxın, 2022-ci ildə 100000 tona yaxın, 2023-cü ildə isə 40,2 min ton "Aİ-95" premium markalı benzin idxal edib. Deməli, 2022-ci ildə 40 faizədək, 2023-cü ildə isə 60 faizədək Rusiyadan idxal azalıb. 2023-cü ildə Rusiyadan "Aİ-92" markalı benzinin idxalı isə cəmi 17 min ton olub ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27 faizinə bərabər olub. Bu, o deməkdir ki, Azərbaycan bu istiqamətdə idxaldan asılılığı azaldır. 2024-cü ildə də Azərbaycanda eyni tendensiya ilə benzin idxalında azalma planlaşdırılırsa, Rusiyada benzin ixracına qadağa qoyulması ölkəmiz üçün narahatçılıq yaratmır".

© Photo : courtesy of Eldaniz Amirovİqtisadçı-ekspert Eldəniz Əmirov
İqtisadçı-ekspert Eldəniz Əmirov - Sputnik Azərbaycan, 1920, 29.02.2024
İqtisadçı-ekspert Eldəniz Əmirov
"2027-ci ildən istehsalın tam gücü ilə başlaması planlaşdırılır"
Ekspert bildirib ki, yerli benzin istehsalı ilə bağlı mövcud zavodlarda yenidənqurma işləri aparılır və 2027-ci ildən istehsalın tam gücü ilə başlaması planlaşdırılır:
"Əvvəlki açıqlamalarda bildirilirdi ki, 2027-ci ildə zavodlarda modernləşmə işləri yekunlaşaraq yüksək oktanlı benzinlərin kütləvi istehsalına başlaması nəzərdə tutulur".
"İdxalda azalma davamlı xarakter daşıyır"
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da Sputnik Azərbaycan-a bildirib ki, keçən il Azərbaycan xaricdən ümumilikdə 86000 ton "Aİ-95" premium markalı benzin (illik müqayisədə 13,5 faiz azalma), 2000 ton "Aİ-98" super markalı benzin idxal edib:

"Yəni yüksək oktanlı benzin markalarının ümumi idxal həcmi 88000 ton olub. İdxalda azalma davamlı xarakter daşıyır. Çünki 2022-ci ildə də 2021-ci ilə nisbətən yüksək oktanlı benzin idxalı azalmışdı. Pik dövrdə yüksək oktanlı benzinin ölkəyə ümumi idxal həcmi 98000 ton olub".

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
"Daxili bazarda problem olmayacaq"
Ekspert diqqətə çatdırıb ki, Rusiyadan Azərbaycana idxal olunan yüksək oktanlı benzinin ümumi benzin idxalındaki xüsusi çəkisi 47 faiz təşkil edir:

"Azərbaycan bir çox ölkələrdən benzin idxal edir, bunların içərisində Belarus, Rumıniya, Yunanıstan, Gürcüstan və digərləri var. Ona görə də bu istiqamətdə Azərbaycan üçün hansısa problem yoxdur, bu, şaxələndirilmiş idxaldır. Digər tərəfdən, bu il ötən illə müqayisədə daha az həcmdə yüksək oktanlı benzin idxalı olmalıdır. Çünki təxminən bu ilin dördüncü rübü üçün artıq Azərbaycan yüksək oktanlı benzinin istehsalını həyata keçirəcək. Ona görə də daxili bazarda problem olmayacaq".

Azərbaycan Rusiyadan nə qədər benzin idxal edib?
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il Azərbaycan Rusiyadan 17387 ton "Aİ-92" markalı, 40261 ton "Aİ-95" markalı və 357 ton "Aİ-98" markalı benzin tədarük edib.
Azərbaycanın xarici ölkələrdən cəmi idxal etdiyi 64976 ton "Aİ-92" markalı benzinin 27 faizi, 86000 ton "Aİ-95" markalı benzinin 47 faizi və 2000 ton "Aİ-98" markalı benzinin 18 faizi Rusiyanın payına düşüb.
"Aİ-92" benzinin qiymətini Tarif Şurası müəyyən edir
Xatırladaq ki, Azərbaycanda "Aİ-92" markalı benzinin qiymətini Tarif Şurası müəyyən edir. Sonuncu dəfə yanacağın qiyməti 4 yanvar 2021-ci il tarixində artırılıb.

Həmin vaxt "Aİ-92" markalı benzinin 1 litrinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının 1 litrinin qiyməti isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb.

Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Tarif Şurası bu qərarı istehsal olunan neft məhsullarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması məqsədi ilə neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işlərinin davam etdirilməsi, tənzimlənən qiymətlərin sayının azaldılması, bazar münasibətlərinin formalaşdırılması istiqamətində dövlət siyasətini nəzərə alaraq verib.
"Aİ-95" və "Aİ-98" benzinlərin qiymətini isə dövlət tənzimləmir
2022-ci ilin iyul ayında Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, Aİ-98 markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib. "Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətlərini isə dövlət tənzimləmir.
Azərbaycanda benzin istehsalı artır
Əlavə edək ki, ötən il Azərbaycanda illik müqayisədə avtomobil benzininin istehsalı 13,4 faiz artaraq 1,4 milyon ton olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
benzin - Sputnik Azərbaycan, 1920, 24.11.2023
İQTİSADİYYAT
Rusiyadan benzin ixracına qadağa aradan qaldırıldı: Bu, Azərbaycan üçün nə deməkdir?
Xəbər lenti
0