https://sputnik.az/20240823/azerbaycan-xurma-ixracindan-28-milyon-dollara-yaxin-pul-qazanib---esas-bazar-rusiyadir-466841477.html
Azərbaycan xurma ixracından 28 milyon dollara yaxın pul qazanıb - Əsas bazar Rusiyadır
Azərbaycan xurma ixracından 28 milyon dollara yaxın pul qazanıb - Əsas bazar Rusiyadır
Sputnik Azərbaycan
Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13132 hektar xurma bağı var... 23.08.2024, Sputnik Azərbaycan
2024-08-23T09:18+0400
2024-08-23T09:18+0400
2024-08-23T09:18+0400
xurma
iqtisadiyyat
azərbaycan
ixrac
istehsal
meyvə
bağ
rusiya
milyon
dollar
https://cdnn1.img.sputnik.az/img/42246/54/422465466_0:0:3077:1731_1920x0_80_0_0_c0be67e9c39b40d8cc297fd3a0f78f0a.jpg
BAKI, 23 avqust — Sputnik. Azərbaycanda qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı özünü qeyri-neft məhsullarının ixracında da göstərir. Azərbaycanda ən çox ixrac olunan məhsullardan biri də təzə xurmadır. Bu il təzə xurma ixracında kəskin artım müşahidə edilir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 27,7 milyon dollar dəyərində 35362 ton təzə xurma ixrac olunub. Təzə xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,3%, miqdar ifadəsində 74,5% artıb. Azərbaycanın ixrac etdiyi təzə xurma bahalaşıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın 1 ton təzə xurmasının orta ixrac qiyməti 785 dollar (1334 manat) olub. Keçən ilin eyni dövründə isə 1 ton xurmanın orta ixrac qiyməti 727 dollar (1235 manat) təşkil edib. Beləliklə, illik müqayisədə bu il 1 ton xurmanın orta ixrac qiyməti 58 dollar (98,6 manat) artıb. Qeyd edək ki, xurma Azərbaycanın ən çox ixrac edilən kənd təsərrüfatı məhsulları sırasındadır. Xurma meyvələrindən müxtəlif cemlər, mürəbbə, spirtli içkilər və s. hazırlanır. Ekspert: "Azərbaycanda xurma istehsalına maraq artıb" Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək:"Azərbaycanda əsasən aran rayonlarında yeni intensiv xurma bağları salınıb. Beş il bundan öncə xurma istehsalına maraq çox azalmışdı və fermerlər hətta xurma bağlarını məhv edirdilər. Son dövrlərdə isə fermerlər xurma istehsalına maraq göstərir və yeni bağlar salırlar. Xurma istehsalına marağın artması ixraca da təsir göstərir. Nəticədə xurma ixracından gəlirlər artır. Son illər xurma qurusunun ixracı da xeyli artıb". O qeyd edib ki, bölgədə yaş xurmanın əsasən Azərbaycanda olması ölkəmizin xurma ixracında üstünlüyüdür:"Yəni məhsul sadəcə bizdədir, lakin xurmanın saxlanması çox xərc tələb edir. Bazarda sabitlik bir az pozulan kimi artıq xurma satışında problem yaranır. Başqa sözlə, hazır məhsul bağdan çıxıb birbaşa ixraca getsə, problem olmur və gəlir gətirir. Amma bu məhsul soyuducuda saxlansa, sərf etmir. Məsələn, almanı evdə azı 10-15 gün saxlamaq mümkündür, amma xurma tez xarab olur, belə saxlamaq olmur". Ekspert onu da əlavə edib ki, Azərbaycanın yaş xurma ixracında əsas bazarı Rusiyadır. "Azərbaycan Avropaya xurma ixracını artıra bilər" "Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov mediaya açıqlamasında bildirib ki, Azərbaycanın Avropa İttifaqı ölkələrinə xurma ixracı arta bilər:Bu il xurma ixracının 87%-i Rusiyanın payına düşüb Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 6 ayında Azərbaycanın cəmi xurma ixracının 87,7%-i Rusiyanın payına düşüb. Eyni zamanda Belarusa, Qazaxıstana, Moldovaya, Türkiyəyə və digər ölkələrə də məhsul ixrac edilib. Hələlik Komitə bu istiqamətdə 7 aylıq məlumatları açıqlamayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycan 127,2 milyon dollar dəyərində 165 min ton təzə xurma ixrac edib ki, bu da 2022-ci illə müqayisədə dəyər ifadəsində 39%, miqdar ifadəsində 11,7% çoxdur. Xurmanın əsas ixrac bazarı Rusiya olub. Belə ki, 2023-cü ildə Azərbaycanın cəmi təzə xurma ixracının 89%-i Rusiyanın payına düşüb. Xatırladaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2022-ci ilə olan hesabatına görə, Azərbaycan dünyada Çin və Cənubi Koreyadan sonra xurma istehsalçıları və ixracatçıları arasında üçüncü yeri tutur. Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13132 hektar xurma bağı var. Xurma bağları Azərbaycanın bütün regionlarında yaradılıb. Ölkədə ən çox xurma bağları Göyçay, Şəmkir və Ağdaşdadır. 2023-cü ildə ölkədə xurma istehsalı 2019-cu ilə nisbətən 5,6%, 2022-ci ilə nisbətən isə 1,5% artaraq 187,1 min ton olub. Xurma bağlarını sığortalamaq mümkündür Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır. Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən sığorta edir. Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir. Məsələn, Göyçay rayonunda yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun sığota haqqı 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə, fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240805/azerbaycanin-ab-olkelerine-xurma-ixraci-keskin-artib-466436730.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42246/54/422465466_348:0:3077:2047_1920x0_80_0_0_7482bd3de9c46fa11017707f3ca0d5dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xurma, azərbaycan, ixrac, istehsal, meyvə, bağ, rusiya, milyon, dollar
xurma, azərbaycan, ixrac, istehsal, meyvə, bağ, rusiya, milyon, dollar
Azərbaycan xurma ixracından 28 milyon dollara yaxın pul qazanıb - Əsas bazar Rusiyadır
Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13132 hektar xurma bağı var. Xurma bağları Azərbaycanın bütün regionlarında yaradılıb.
BAKI, 23 avqust — Sputnik. Azərbaycanda qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı özünü qeyri-neft məhsullarının ixracında da göstərir. Azərbaycanda ən çox ixrac olunan məhsullardan biri də təzə xurmadır. Bu il təzə xurma ixracında kəskin artım müşahidə edilir. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 27,7 milyon dollar dəyərində 35362 ton təzə xurma ixrac olunub. Təzə xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 88,3%, miqdar ifadəsində 74,5% artıb.
Azərbaycanın ixrac etdiyi təzə xurma bahalaşıb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın 1 ton təzə xurmasının orta ixrac qiyməti 785 dollar (1334 manat) olub. Keçən ilin eyni dövründə isə 1 ton xurmanın orta ixrac qiyməti 727 dollar (1235 manat) təşkil edib. Beləliklə, illik müqayisədə bu il 1 ton xurmanın orta ixrac qiyməti 58 dollar (98,6 manat) artıb.
Qeyd edək ki, xurma Azərbaycanın ən çox ixrac edilən kənd təsərrüfatı məhsulları sırasındadır. Xurma meyvələrindən müxtəlif cemlər, mürəbbə, spirtli içkilər və s. hazırlanır.
Ekspert: "Azərbaycanda xurma istehsalına maraq artıb"
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək:
"Azərbaycanda əsasən aran rayonlarında yeni intensiv xurma bağları salınıb. Beş il bundan öncə xurma istehsalına maraq çox azalmışdı və fermerlər hətta xurma bağlarını məhv edirdilər. Son dövrlərdə isə fermerlər xurma istehsalına maraq göstərir və yeni bağlar salırlar. Xurma istehsalına marağın artması ixraca da təsir göstərir. Nəticədə xurma ixracından gəlirlər artır. Son illər xurma qurusunun ixracı da xeyli artıb".
O qeyd edib ki, bölgədə yaş xurmanın əsasən Azərbaycanda olması ölkəmizin xurma ixracında üstünlüyüdür:
"Yəni məhsul sadəcə bizdədir, lakin xurmanın saxlanması çox xərc tələb edir. Bazarda sabitlik bir az pozulan kimi artıq xurma satışında problem yaranır. Başqa sözlə, hazır məhsul bağdan çıxıb birbaşa ixraca getsə, problem olmur və gəlir gətirir. Amma bu məhsul soyuducuda saxlansa, sərf etmir. Məsələn, almanı evdə azı 10-15 gün saxlamaq mümkündür, amma xurma tez xarab olur, belə saxlamaq olmur". Ekspert onu da əlavə edib ki, Azərbaycanın yaş xurma ixracında əsas bazarı Rusiyadır.
"Azərbaycan Avropaya xurma ixracını artıra bilər"
"Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov mediaya açıqlamasında bildirib ki, Azərbaycanın Avropa İttifaqı ölkələrinə xurma ixracı arta bilər:
"Artıq Azərbaycan xurması Macarıstan, Polşa, Çexiya və Estoniya kimi ölkələrə az da olsa ixrac edilib. Tədricən ixracın miqdarı artacaq, məhsulumuz həmin bazarlarda özünə yer tutacaq. Biz eyni zamanda Moldova, Belarus, Qazaxıstana və Birləşmiş Ərəb Əmirliklərinə də xurma ixrac edirik".
Bu il xurma ixracının 87%-i Rusiyanın payına düşüb
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 6 ayında Azərbaycanın cəmi xurma ixracının 87,7%-i Rusiyanın payına düşüb. Eyni zamanda Belarusa, Qazaxıstana, Moldovaya, Türkiyəyə və digər ölkələrə də məhsul ixrac edilib. Hələlik Komitə bu istiqamətdə 7 aylıq məlumatları açıqlamayıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycan 127,2 milyon dollar dəyərində 165 min ton təzə xurma ixrac edib ki, bu da 2022-ci illə müqayisədə dəyər ifadəsində 39%, miqdar ifadəsində 11,7% çoxdur. Xurmanın əsas ixrac bazarı Rusiya olub. Belə ki, 2023-cü ildə Azərbaycanın cəmi təzə xurma ixracının 89%-i Rusiyanın payına düşüb.
Xatırladaq ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2022-ci ilə olan hesabatına görə, Azərbaycan dünyada Çin və Cənubi Koreyadan sonra xurma istehsalçıları və ixracatçıları arasında üçüncü yeri tutur. Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13132 hektar xurma bağı var. Xurma bağları Azərbaycanın bütün regionlarında yaradılıb. Ölkədə ən çox xurma bağları Göyçay, Şəmkir və Ağdaşdadır. 2023-cü ildə ölkədə xurma istehsalı 2019-cu ilə nisbətən 5,6%, 2022-ci ilə nisbətən isə 1,5% artaraq 187,1 min ton olub.
Xurma bağlarını sığortalamaq mümkündür
Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır. Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən sığorta edir. Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir. Məsələn, Göyçay rayonunda yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun sığota haqqı 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə, fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.