Bakıya elektrikli avtobusların ilk partiyası gətirilib

© Photo : BTAelektrik mühərrikli avtobus
elektrik mühərrikli avtobus  - Sputnik Azərbaycan, 1920, 19.08.2024
Abunə olmaq
Avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.
BAKI, 19 avqust — Sputnik. Çinin "BYD" şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların Bakıya gətirilməsi prosesinə başlanılıb. Avtobusların ilk partiyası artıq Bakı şəhərinə çatıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

"Çinin "BYD" şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub", - məlumatda deyilir.

Qeyd edək ki, avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır.
Xatırladaq ki, elektrik avtobuslarının istehsalı layihәsindә İqtisadiyyat Nazirliyinə məxsus "Azәrbaycan İnvestisiya Şirkәti" ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә BYD şirkәtinin yerli tәrәfdaşı "SARDA Group" şirkәtlәrinә mәxsus "Electrify Azerbaijan" MMC-dir. BYD Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları investisiya qoymaq istəyir.
Daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur.
Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsalın 3-cü ilindәn şirkәt tәrәfindәn istehsal edilәcәk elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması nәzәrdә tutulub vә bu, 2030-cu ilә qədər avtobusların ümumi maya dәyәrinin 40 %-ni tәşkil edәcәk. Artıq bununla bağlı yerli potensialın reallaşdırılması imkanlarının araşdırılmasına başlanılıb.
Avtobusların yerli istehsalına 2025-ci ildә başlanılacaq. Bundan әlavә, bu ilin noyabr ayında Azәrbaycanda keçirilәcәk COP29 tәdbiri çәrçivәsindә BYD şirkәtinin elektrik mühәrrikli avtobuslarının ölkәmizә gәtirilmәklә istismara verilmәsi nәzәrdә tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Elektrikli avtobus - Sputnik Azərbaycan, 1920, 22.04.2024
CƏMİYYƏT
Çinli elektrobuslar Bakı küçələrini bəzəyəcək
Xəbər lenti
0