CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çinli elektrobuslar Bakı küçələrini bəzəyəcək

© AFP 2024 / ROSLAN RAHMANElektrikli avtobus
Elektrikli avtobus - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
BYD Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları investisiya qoymaq istəyir.
BAKI, 22 aprel — Sputnik. Çindən Azərbaycana gətirilən 160 ədəd elektrik avtobus bu il xəttə buraxılacaq.
Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu avtobuslar Çinin "BYD" şirkətinə məxsusdur.
Xatırladaq ki, elektrik avtobuslarının istehsalı layihәsindә İqtisadiyyat Nazirliyinə məxsus "Azәrbaycan İnvestisiya Şirkәti" ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә BYD şirkәtinin yerli tәrәfdaşı "SARDA Group" şirkәtlәrinә mәxsus "Electrify Azerbaijan" MMC-dir. BYD Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları investisiya qoymaq istəyir.
Daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur.
Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsalın 3-cü ilindәn şirkәt tәrәfindәn istehsal edilәcәk elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması nәzәrdә tutulub vә bu, 2030-cu ilә qədər avtobusların ümumi maya dәyәrinin 40 %-ni tәşkil edәcәk. Artıq bununla bağlı yerli potensialın reallaşdırılması imkanlarının araşdırılmasına başlanılıb.
Avtobusların yerli istehsalına 2025-ci ildә başlanılacaq. Bundan әlavә, bu ilin noyabr ayında Azәrbaycanda keçirilәcәk COP29 tәdbiri çәrçivәsindә BYD şirkәtinin elektrik mühәrrikli avtobuslarının ölkәmizә gәtirilmәklә istismara verilmәsi nәzәrdә tutulur.
16.02.24, 22:43
Azərbaycanda elektrikli avtobuslar istehsal olunacaq
İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi planlaşdırılır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.
"Agentlik "2022-2026-cı illərdə sosial iqtisadi inkişaf starategiyası"na uyğun olaraq "yaşıl enerji" üzrə transformasiya layihələri həyata keçirir. Bununla bağlı ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının elektrik enerjisinə olan tələbatının alternativ enerji mənbələri hesabına tam təmin edilməsi hədəflənir. Bu cür avtobusların istehsal edilməsi ölkədə karbon qazı emissiyasının daha yaxşı idarə olunmasına gətirib çıxaracaq, alternativ enerji texnologiyasının ölkəyə transferinə təkan verəcək" - o, qeyd edib.
Seymur Adıgözəlov əlavə edib ki, bu hədəfin gələcəkdə digər sənaye zonalarında da, əsasən də Qarabağda fəaliyyət göstərən sənaye parklarında tətbiq edilməsi nəzərdə tutulub:
"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında hazırda mobil şəhərcik (sosial zona) hissəsi günəş panellərindən istifadə edilməklə işıqlandırılır, sənaye parklarının rezidentlərinin istehlak etdiyi elektrik enerjisinin bir hissəsinin günəş enerjisi hesabına təmin olunması nəzərdə tutulub".
Xəbər lenti
0