Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tomas Bax BOK-dan gedir: Daha seçilməyəcəm

© AP Photo / Jae C. HongBeynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax - Sputnik Azərbaycan, 1920, 11.08.2024
Abunə olmaq
BOK-un yeni rəhbəri 2025-ci ilin martında təşkilatın Yunanıstanda keçiriləcək sessiyasında seçiləcək.
BAKI, 11 avqust — Sputnik. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax yeni müddətə seçilməyəcək.
Bu barədə o özü jurnalistlərə məlumat verib.
Daha əvvəl bildirilmişdi ki, BOK-un prezidenti kimi Baxın səlahiyyətlərini genişləndirən Olimpiya Xartiyasına düzəlişin qəbulu ilə bağlı qərar təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında qəbul edilməyib. BOK rəhbəri seçkilərinin 2025-ci ilin martında təşkilatın Yunanıstanda keçiriləcək sessiyası zamanı keçirilməsi planlaşdırılıb.
"Mən sizin bütün şərhlərinizi həqiqətən yüksək qiymətləndirirəm... Dərin düşünəndən sonra bu qənaətə gəldim ki, Olimpiya Xartiyasında nəzərdə tutulmuş müddətdən artıq mandatımı uzatmağa ehtiyac yoxdur" - Bax deyib.
Bundan əvvəl Tomas Bax kriket idman növünün dünyada, o cümlədən ABŞ-da populyarlığının artması səbəbindən Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına daxil ediləcəyini bildirmişdi.
03.04.24, 16:32
Tomas Bax kimi insanlar dünya idmanını gözdən salırlar - Zaxarova
Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax kimi insanlar dünya idmanını və olimpiya hərəkatını nüfuzdan salırlar. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, həmçinin qeyd edib ki, Rusiya bütün maraqlı ölkələrlə "Bax olimpizmi deyil, əsl olimpizm" prinsipləri əsasında bərabər siyasiləşdirməyən ədalətli idman fəaliyyətinin tərəfdarıdır.
Zaxarovanın fikrincə, idman əməkdaşlığı Qərb tərəfindən siyasiləşdirilib, insanların milliyyətə görə təcrid edilməsi və bölünməsi postament üzərində qoyulur.
Daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax prankerlər Vovan və Leksus ilə söhbətində etiraf etmişdi ki, BOK ukraynalılardan rusiyalı idmançıların və ya idman rəsmilərinin internetdə Rusiya hakimiyyətini dəstəkləyən bəyanatlarını izləməyi xahiş edib.
BOK-un müəyyən etdiyi qaydalara görə, vətənpərvər bəyanatlar rusiyalı idmançıların və idman rəsmilərinin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında hətta neytral statusda belə iştirakına buraxılmamasına səbəb ola bilər. Bax bildirib ki, BOK səviyyəsində idmançıların ictimai bəyanatlarına nəzarət edən nəzarət komissiyası fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0