Paris-2024: Azərbaycan idmançıları olimpiadanı 7 medalla başa vurublar
15:30 11.08.2024 (Yenilənib: 16:06 11.08.2024)
© AFP 2024 / MIGUEL MEDINAHidayət Heydərov, arxiv
© AFP 2024 / MIGUEL MEDINA
Abunə olmaq
Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.
BAKI, 11 avqust - Sputnik. Azərbaycan idmançıları Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.
Azərbaycanı təmsil edən 48 idmançıdan cəmi 7-si medal qazanıb.
Azərbaycan idmançıları əldə edilən mükafatlardan sonuncusunu bu gün aktivinə yazdırıb.
Sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) üçüncü yer uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçedlidze ilə üz-üzə gəlib və 10:0 hesablı qələbəyə sevinib. Bununla da idmançımız üçüncü bürünc medalı Azərbaycana qazandırıb.
Ümumilikdə 7 medal qazanan idmançıların siyahısı:
Cüdo: Hidayət Heydərov (73 kq) - qızıl
Zelim Kotsoyev (100 kq) - qızıl
Boks: Alfonso Dominges (92 kq) - gümüş
Taekvondo: Qaşım Maqomedov (58 kq) - gümüş
Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) - bürünc
Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) - bürünc

Maqomedxan Maqomedov (97 kq) - bürünc
Medal qazana bilməyənlər:
Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi), Keişa Fatimə Zəhra (qadınlar, fərdi)
Bədii gimnastika
Zöhrə Ağamirova
Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)
Batut gimnastikası
Selcan Maqsudova
Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq)
Yunan-Roma güləşi
Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq)
Qadın güləşi
Mariya Stadnik (50 kq)
Atletika
Anna Skidan, çəkicatma
Boks
Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)
Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)
Basketbol
Qadın yığması, 3x3 növü
Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)
Triatlon
Rostislav Pevtsov
Qılıncoynatma
Anna Başta, (sablya)
Kamandan oxatma
Yaylagül Ramazanova
Üzgüçülük
Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə
Cüdo
Balabəy Ağayev (kişilər, 60 kq), Yaşar Nəcəfov (kişilər, 66 kq), Zelim Tçkayev (kişilər, 81 kq), Elcan Hacıyev (kişilər, 90 kq), Uşanqi Kokauri (kişilər, +100 kq), Leyla Əliyeva (qadınlar, 48 kq), Gültac Məmmədəliyeva (qadınlar, 52 kq) (Report)

08.08.24, 00:12
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Paris Yay Olimpiya Oyunlarında gümüş medalını qazanıb.
58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.
Rəqibinə zədə üzündən məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) də finala yüksəlib.
07.08.24, 21:16
"Hisslərimi sözlə ifadə edə bilmirəm. Olimpiadanın finalında olduğumu anlamaq çətindir". Azərbaycan Dövlət İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.
58 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finala çıxdığı üçün şokda olduğunu bildirib:
“Uşaqlıqdan bunu fikirləşirdim. Düşünürdüm ki, bu, qeyri-mümkündür. Ancaq tribunada olanların mənə görə sevindiyini gördüm. İnsanın uğuruna kiminsə heyran olması, dəstəkləməsi fantastikdir. Tanrıya şükür edirəm. İnanıram ki, Vətənə Olimpiya çempionu olaraq dönəcəyəm".
Qeyd edək ki, Qaşım Maqomedovun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq.
07.08.24, 19:17
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksəlib.
58 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda italiyalı Vito Dellakvila ilə qarşılaşıb.
Hər iki hissədə rəqibindən üstün olan Maqomedov yekunda qələbə qazanıb.
Bu nəticədən sonra taekvondoçumuz ən azı gümüş medalı özü üçün təmin edib.
07.08.24, 18:17
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.
Belə ki, 58 kiloqramda çıxış edən idmançı 1/4 finalda ispaniyalı Adrian Visente Yunta ilə qarşılaşıb. Rəqibinə 2:0 (11:5, 13:11) hesabı ilə qalib gələn taekvondoçumuz yarımfinala vəsiqə əldə edib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
07.08.24, 14:38
Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Maqomedov 1/4 finala yüksəlib. Təmsilçimiz ilk hissədə 7:4, ikinci yarıda 12:7 hesabı ilə üstün olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.