Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Paris-2024”: Hacı Əliyev 1/2 finalaçıxa bilməyib

© Photo : Kadir Caliskan / UWWHacı Əliyev
Hacı Əliyev - Sputnik Azərbaycan, 1920, 10.08.2024
Abunə olmaq
Bundan əvvəl Maqomedxan Maqomedov rəqibi üzərində 9:0 hesablı qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.
BAKI, 10 avqust - Sputnik. Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ikinci görüşünü keçirib.
65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev 1/4 finalda Macarıstan təmsilçisi İsmail Muszukayevlə mübarizə aparıb.
Görüşdə H.Əliyev rəqibinə 3:10 hesabı ilə məğlub olub.
Buna baxmayaraq Hacı medal şansını saxlayıb. Belə ki, Muszukayev finala vəsiqə qazanacağı təqdirdə idmançımız bürünc uğrunda yarışmaq şansı əldə edəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
10.08.24, 15:05
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.
Görüşdə təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.
Bundan əvvəl Maqomedxan Maqomedov rəqibi üzərində 9:0 hesablı qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
10.08.24, 14:20
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev isə meksikalı Ostin Qomeslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən Maqomedxan Maqomedov da 1/8 finalda Dominikan Respublikasından Luis Miqel Peresi sınağa çəkib. Rəqibi üzərində 9:0 hesablı qələbə qazanan idmançı 1/4 final mərhələsinə yüksəlib.
Paris-2024 avqustun 11-də başa çatacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.
10.08.24, 13:42
Azərbaycanın daha bir sərbəst güləşçisi “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
97 kiloqram çəki dərəcəsində çıxış edən Maqomedxan Maqomedov 1/8 finalda Dominikan Respublikasından Luis Miqel Peresi sınağa çəkib. Rəqibi üzərində 9:0 hesablı qələbə qazanan idmançı 1/4 final mərhələsinə yüksəlib.
Bu gün, həmçinin digər sərbəst güləşçi Hacı Əliyev (65 kiloqram) xalça üzərinə çıxacaq. O, 1/8 finalda meksikalı Ostin Qomeslə üz-üzə gələcək.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0