Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Paris-2024": Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar

© AFP 2024 / ANDREJ ISAKOVICOsman Nurmaqomedov, arxiv
Osman Nurmaqomedov, arxiv - Sputnik Azərbaycan, 1920, 08.08.2024
Abunə olmaq
Hazırda Azərbaycanın aktivində dörd medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.
BAKI, 8 avqust — Sputnik. Bu gün Azərbaycanın daha üç idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Onlardan ikisi sərbəst güləşçi, biri isə gimnastdır.
Sərbəst güləşçilər Əliabbas Rzazadə (57 kiloqram) və Osman Nurmaqomedov (86 kiloqram) mübarizəyə 1/8 finaldan qoşulacaqlar.
Bədii gimnast Zöhrə Ağamirova təsnifat mərhələsində top, halqa, lent və gürzlərlə hərəkətlərdə məharətini nümayiş etdirəcək.
Bu gün, həmçinin yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medal görüşünə çıxacaq.
Hazırda Azərbaycanın aktivində dörd medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov ikinci yeri tutub. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Xəbər lenti
0