https://sputnik.az/20240808/abs-nefti-ve-qazina-elvida-harrisin-siyaseti-karbohidrogen-layihelerine-nece-tesir-edecek-466360685.html
ABŞ-ın neft ehtiyatları ciddi şəkildə aşağı enib
ABŞ-ın neft ehtiyatları ciddi şəkildə aşağı enib
Sputnik Azərbaycan
Bundan əvvəl analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 600 min barel azalacağını proqnozlaşdırırdı. 08.08.2024, Sputnik Azərbaycan
2024-08-08T11:30+0400
2024-08-08T11:30+0400
2024-08-08T12:59+0400
neft
yazarlar
kəmalə harris
abş
yaşıl
enerji
qaz
https://cdnn1.img.sputnik.az/img/42376/51/423765131_0:91:1921:1171_1920x0_80_0_0_0ed0d227e2c76d4444295dab55cbf500.jpg
BAKI, 8 avqust — Sputnik. Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 3 728 min barel azalaraq 429 321 min barel təşkil edib.Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.Məlumata əsasən, bundan əvvəl analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 600 min barel azalacağını proqnozlaşdırırdı.Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatları ardıcıl altıncı həftədir ki azalır.Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.30.07.24, 10:01ABŞ nefti və qazına əlvida: Harrisin siyasəti karbohidrogen layihələrinə necə təsir edəcəkKamala Harrisin ABŞ prezident seçkilərində mümkün qələbəsi ABŞ-ın neft və qaz hasilatı sektoruna güclü zərbə vura bilər. Bunu "OilPrice"nin analitiki bildirib. Belə ki, Harrisin Kaliforniya Baş Prokuroru və Vitse-Prezident kimi təcrübəsinə əsaslansaq, o, prezident seçkilərində qalib gələrsə, "yaşıl gündəm"də Co Baydendən daha radikal fikirlərə sahib olacağı və neft və qaz şirkətlərinin fəaliyyətinə qarşı çıxacağı aydın olur. Məqalədə vurğulanıb ki, Kaliforniyanın baş prokuroru kimi Harris neft şirkətlərinə, o cümlədən "Chevron"a qarşı məhkəmə iddiaları qaldırıb və bu şirkətləri təhlükəli materiallarla səhv rəftara görə təqib edib. Bundan əlavə, nəhəng bir şirkət olan "Plains All-American Pipeline" də 2015-ci ildə Kaliforniya sahillərində neft sızması səbəbindən hədəfə alınıb. Hələ 2000-ci illərin əvvəllərində, Harris San-Fransiskoda bölgə prokuroru olduğu dövrdə, o, o, təhlükəli tullantılar və digər ekoloji cinayətlər kimi məsələləri həll etməkdən ötrü öz departamentində ilk ekoloji ədalət bölməsini yaradıb. Məqalə müəllif qeyd edib ki, Harris layihənin yüksək maddi dəyərinə baxmayaraq, Kaliforniyanı keçid üçün nümunə ştatına çevirən "Yeni Yaşıl Sövdələşmə"nin qızğın tərəfdarı olub. Harris, həmçinin açıq şəkildə bəyan edib ki, o, neft və qaz hasilatı zamanı frekinqin (hidravlik qırılma) qadağan edilməsinin tərəfdarıdır ki, bu da onu iqlim fəalları arasında populyarlaşdırıb. Demokratlar, əgər Harris, ABŞ-ın növbəti prezidenti olarsa, ölkənin neft və qaz sənayesini məsuliyyətə cəlb edəcəyini və enerji keçidində uğurla hərəkət edəcəkyini gözləyirlər. Harris neft dövlətlərindən səs almayacaq Məqalədə o da qeyd edilib ki, Harris keçid məsələlərində sərt mövqeyinə görə Pensilvaniya kimi neft və qaz ştatlarından olan seçicilərin səslərini itirə bilər. Eyni zamanda hesab edilir ki, demokratlar Pensilvaniyada qalib gələ bilməsələr, seçkilərdə məğlub olmağa məhkumdurlar. Bu, Harrisin ya əsas seçici bazası üzərində diqqətini cəmləyəcəyindən, "yaşıl gündəmi" təbliğ edərək Pensilvaniya kimi neft ştatını itirmək riskindən, ya da Baydenin 2020 – ci ildə etdiklərini təkrarlayacağından - neft və qaz əyalətlərinin seçici səslərini qazanmaq üçün ritorikanı azalda biləcəyindən xəbər verir. Hər bir halda, Harris prezident seçkilərində qalib gələrsə, Ağ Ev ABŞ-dan karbohidrogenlərin hasilatını və tədarükünü əhəmiyyətli dərəcədə azaldacaq neft və qaz layihələrini "izləyəcək".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42376/51/423765131_119:0:1800:1261_1920x0_80_0_0_f47f886fc61d54b0bd3ab39cf23b0586.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
neft, kəmalə harris, abş, yaşıl, enerji, qaz
neft, kəmalə harris, abş, yaşıl, enerji, qaz
ABŞ-ın neft ehtiyatları ciddi şəkildə aşağı enib
11:30 08.08.2024 (Yenilənib: 12:59 08.08.2024) Bundan əvvəl analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 600 min barel azalacağını proqnozlaşdırırdı.
BAKI, 8 avqust — Sputnik. Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 3 728 min barel azalaraq 429 321 min barel təşkil edib.
Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan əvvəl analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 600 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-ın kommersiya neft ehtiyatları ardıcıl altıncı həftədir ki azalır.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
ABŞ nefti və qazına əlvida: Harrisin siyasəti karbohidrogen layihələrinə necə təsir edəcək
Kamala Harrisin ABŞ prezident seçkilərində mümkün qələbəsi ABŞ-ın neft və qaz hasilatı sektoruna güclü zərbə vura bilər. Bunu "OilPrice"nin analitiki bildirib.
Belə ki, Harrisin Kaliforniya Baş Prokuroru və Vitse-Prezident kimi təcrübəsinə əsaslansaq, o, prezident seçkilərində qalib gələrsə, "yaşıl gündəm"də Co Baydendən daha radikal fikirlərə sahib olacağı və neft və qaz şirkətlərinin fəaliyyətinə qarşı çıxacağı aydın olur.
Məqalədə vurğulanıb ki, Kaliforniyanın baş prokuroru kimi Harris neft şirkətlərinə, o cümlədən "Chevron"a qarşı məhkəmə iddiaları qaldırıb və bu şirkətləri təhlükəli materiallarla səhv rəftara görə təqib edib. Bundan əlavə, nəhəng bir şirkət olan "Plains All-American Pipeline" də 2015-ci ildə Kaliforniya sahillərində neft sızması səbəbindən hədəfə alınıb.
Hələ 2000-ci illərin əvvəllərində, Harris San-Fransiskoda bölgə prokuroru olduğu dövrdə, o, o, təhlükəli tullantılar və digər ekoloji cinayətlər kimi məsələləri həll etməkdən ötrü öz departamentində ilk ekoloji ədalət bölməsini yaradıb.
Məqalə müəllif qeyd edib ki, Harris layihənin yüksək maddi dəyərinə baxmayaraq, Kaliforniyanı keçid üçün nümunə ştatına çevirən "Yeni Yaşıl Sövdələşmə"nin qızğın tərəfdarı olub. Harris, həmçinin açıq şəkildə bəyan edib ki, o, neft və qaz hasilatı zamanı frekinqin (hidravlik qırılma) qadağan edilməsinin tərəfdarıdır ki, bu da onu iqlim fəalları arasında populyarlaşdırıb.
Demokratlar, əgər Harris, ABŞ-ın növbəti prezidenti olarsa, ölkənin neft və qaz sənayesini məsuliyyətə cəlb edəcəyini və enerji keçidində uğurla hərəkət edəcəkyini gözləyirlər.
Harris neft dövlətlərindən səs almayacaq
Məqalədə o da qeyd edilib ki, Harris keçid məsələlərində sərt mövqeyinə görə Pensilvaniya kimi neft və qaz ştatlarından olan seçicilərin səslərini itirə bilər. Eyni zamanda hesab edilir ki, demokratlar Pensilvaniyada qalib gələ bilməsələr, seçkilərdə məğlub olmağa məhkumdurlar.
Bu, Harrisin ya əsas seçici bazası üzərində diqqətini cəmləyəcəyindən, "yaşıl gündəmi" təbliğ edərək Pensilvaniya kimi neft ştatını itirmək riskindən, ya da Baydenin 2020 – ci ildə etdiklərini təkrarlayacağından - neft və qaz əyalətlərinin seçici səslərini qazanmaq üçün ritorikanı azalda biləcəyindən xəbər verir.
Hər bir halda, Harris prezident seçkilərində qalib gələrsə, Ağ Ev ABŞ-dan karbohidrogenlərin hasilatını və tədarükünü əhəmiyyətli dərəcədə azaldacaq neft və qaz layihələrini "izləyəcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.