Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala çıxıb

© AFP 2024 / LUIS ROBAYOAzərbaycan güləşçisi Həsrət Cəfərov (qırmızı geyimdə) və misirli Məhəmməd Əl-Sayed
Azərbaycan güləşçisi Həsrət Cəfərov (qırmızı geyimdə) və misirli Məhəmməd Əl-Sayed - Sputnik Azərbaycan, 1920, 07.08.2024
Abunə olmaq
İdmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub. O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib.
BAKI, 7 avqust — Sputnik. Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Report-un məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.
Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
07.08.24, 14:24
Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir. İdmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib.
1/8 finalda mübarizəyə başlayan Həsrət Cəfərov rəqibini məğlub edib - 9:0.
Beləliklə, o 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar.
Boksçumuz Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0