Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avstraliyalı idmançı Olimpiadada kokain alarkən saxlanıldı

© AFP 2024 / RODGER BOSCHNarkotik, arxiv
Narkotik, arxiv - Sputnik Azərbaycan, 1920, 07.08.2024
Abunə olmaq
Bildirilib ki, Fransanın paytaxtında keçirilən Oyunlarda ölkəsinin otüstü xokkey üzrə Olimpiya yığmasını təmsil edən idmançı kokaini şəhərin 9-cu rayonunda alıb.
BAKI, 7 avqust — Sputnik. Avstraliyalı idmançı Tomas Kreyq Parisdə kokain aldıqdan sonra polis tərəfindən saxlanılıb. Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Bildirilib ki, Fransanın paytaxtında keçirilən Oyunlarda ölkəsinin otüstü xokkey üzrə Olimpiya yığmasını təmsil edən idmançı kokaini şəhərin 9-cu rayonunda alıb.
Polis onu cinayət başında yaxalayıb və 1 qram kokain götürüb. 28 yaşlı avstraliyalı və ona qanunsuz maddə satan 17 yaşlı satıcı həbs edilib.
Xatırladaq ki, Avstraliyanın otüstü xokkey komandası Olimpiadanın 1/4 finalında mübarizəni dayandırsa da, Parisdə olmaqda davam edərək Oyunların bağlanış mərasimini gözləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0