https://sputnik.az/20240804/paris-yay-olimpiya-oyunlarinda-qizil-medal-qazanan-cudocularimiz-vetene-donubler-466470150.html
Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçularımız Vətənə dönüblər
Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçularımız Vətənə dönüblər
Sputnik Azərbaycan
Bundan əvvəl cüdo üzrə Azərbaycan millisi sonuncu dəfə 2008-ci ildə Elnur Məmmədlinin (73 kiloqram) iştirakı ilə Pekin Olimpiadasında qızıl medal əldə edib. 04.08.2024, Sputnik Azərbaycan
2024-08-04T10:04+0400
2024-08-04T10:04+0400
2024-08-04T10:04+0400
idman
paris
olimpiya
cüdo
qızıl medal
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1e/466374151_0:160:3072:1888_1920x0_80_0_0_99fd34a9b68294d66f70cc948ba24283.jpg
BAKI, 4 avqust - Sputnik. “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan azərbaycanlı cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Vətənə dönüblər.Olimpiya çempionlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.“Olimpiya çempionu olmaq möhtəşəm hissdir. Görüşdən sonra şokda olduğum üçün sevinə bilmədim”, - Azərbaycan cüdoçusu Hidayət Heydərov Heydər Əliyev Beynəlxalq Aeroportunda özü üçün təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib:O, ikinci dəfə Olimpiya çempionu olmaq istədiyini söyləyib:“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Aeroportunda özü üçün təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında sevincindən üç gündür yata bilmədiyini deyib.100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib:Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan H.Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.Yarışa səkkizdəbir final mərhələsindən start verən Zelim Kotsoyev isə birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. O, burada özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib. Həlledici raundda gürcüstanlı İlya Sulamanidzeyi ipponla məyus yola salan təmsilçimiz Olimpiya çempionu olub.Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi sonuncu dəfə 2008-ci ildə Elnur Məmmədlinin (73 kiloqram) iştirakı ilə Pekin Olimpiadasında qızıl medal əldə edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240802/beynelxalq-olimpiya-komitesi-azerbaycandan-uzr-isteyib-466458998.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/1e/466374151_171:0:2902:2048_1920x0_80_0_0_f6cf80013dc3d0f4b99682787748ac30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
paris, olimpiya, cüdo, qızıl medal, azərbaycan
paris, olimpiya, cüdo, qızıl medal, azərbaycan
Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçularımız Vətənə dönüblər
Bundan əvvəl cüdo üzrə Azərbaycan millisi sonuncu dəfə 2008-ci ildə Elnur Məmmədlinin (73 kiloqram) iştirakı ilə Pekin Olimpiadasında qızıl medal əldə edib.
BAKI, 4 avqust - Sputnik. “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan azərbaycanlı cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Vətənə dönüblər.
Olimpiya çempionlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
“Olimpiya çempionu olmaq möhtəşəm hissdir. Görüşdən sonra şokda olduğum üçün sevinə bilmədim”, - Azərbaycan cüdoçusu Hidayət Heydərov Heydər Əliyev Beynəlxalq Aeroportunda özü üçün təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib:
“Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Azərbaycan Cüdo Federasiyasına və məni dəstəkləyən xalqıma minnətdaram. Parisdə möhtəşəm şərait yaradılmışdı. Şükür ki, Vətənimə qələbə ilə döndüm”.
O, ikinci dəfə Olimpiya çempionu olmaq istədiyini söyləyib:
“Qarşıda bir sıra turnirlər, eləcə də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları var. Məqsədim bu yarışda da qızıl medal qazanmaqdır. Əgər iştirak edəcəyin yarışda özünəinam varsa, uğur da səninlə olacaq”.
“Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev Heydər Əliyev Beynəlxalq Aeroportunda özü üçün təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında sevincindən üç gündür yata bilmədiyini deyib.
100 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib:
“Duyğularımı sözlə ifadə etmək çətindir. Özümü çox yaxşı hiss edirəm. Vətənə qızıl medalla dönmək qürurverici hissdir. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan H.Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.
Yarışa səkkizdəbir final mərhələsindən start verən Zelim Kotsoyev isə birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Avropa və dünya çempionumuz adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki vaza-ari xalı ilə məğlub edən idmançımız yarımfinala vəsiqə qazanıb. O, burada özbəkistanlı Muzaffarbek Turoboyevə də vaza-ari ilə qalib gələrək finala yüksəlib. Həlledici raundda gürcüstanlı İlya Sulamanidzeyi ipponla məyus yola salan təmsilçimiz Olimpiya çempionu olub.
Qeyd edək ki, cüdo üzrə Azərbaycan millisi sonuncu dəfə 2008-ci ildə Elnur Məmmədlinin (73 kiloqram) iştirakı ilə Pekin Olimpiadasında qızıl medal əldə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.